Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə64/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   60   61   62   63   64   65   66   67   ...   148

________________Milli Kitabxana________________

Sazda nəva çalsan mənə, bir, ya iki pərdə götür,

Üç pərdə alsan, bil, məni şəksiz, qaçırdar bu nəva!

Söhbət cığallıqdan gedər, onda ki, üç-dörd atmışam,

Təkdir xalım, kimdir mənə görsün, cığal adı rəva?

Bəzən ayaqüstü əgər, atsam qumar qəsdilə zər,

Qaçdım oyundan tez uzaq, heç baxmadım da arxama.

Duşdü xəyalın bəndinə, canım mənim oldu əsir,

Feryad qoparsam da əgər, yoxdur yetən fəryadıma.

Heç bilmirəm, hardan-hara mən bağlıyam bu varlığa,

Mənası yoxdur varlığın, sən mənzilimdirsə fəna.

Heçdir gözümdə kainat, hümmət mənə vermiş qanad,

Ömrum boyu cəhd etmişəm bu kainatdan uçmağa.

Dardır vücudumçun məkan, olmuş ikiüzlü zaman,

Hər iki dünya ömrümə qəsd etdi, çatdırdı sona.

Mən şənü şövkət bilmədim, Sidrə deyil son məqsədim

Mən "Sidrətül-muntəha"ya qaçmaqla verdim intəha.

Sultana baş əysəm əgər, əndamıma lərzə düşər,

Bir ah ilə yanmış cigər, bu aləmi çulğar oda.

Qaçmaq deyəndə təkcə mən bu yeddiqat yerdən deyil,

Həm də qaçırmışdır məni səkkiz şəhər, yəni səma.

Mən yeddi qat Yerdən qaçıb, doqquz fələkdə sakinəm

Sayə o yerdə tapmışam, söykənmişəm tək allaha.

Sanma, qaçıb tərk eyləsəm zülmət xərabatını mən,

Qane olam İsa kimi dördüncü göy eyvanına.

İdrisə oxşatma məni, "xovfun" atıb zindanmı,

Qaçsam, qaçam bir əmr ilə səkkiz "rica" gülzarına.



________________Milli Kitabxana________________

Nə sübh vardır, nə gecə vəhdət yolunda, bəs odur,

Mən qaçmağa amədəyəm gündüz-gecədən daima.

İzlər dəyirmançı məni xaricdə bir bayquş kimi,

Qalmış əlacım ici, qaçam yeddi dəyirman damına.

Dostum, boqa aşiqlərə mütləq fənadan yaxşıdır,

Gör mən necə bir aşiqəm, olmuş işim tərki-bəqa.

Məqsəd əgər varlıqdadır, mən yoxluğu etdim qəbul,

Qaçdım özümdən ki, olam varlıq büsatından cüda.

Mütləq o varlıq sayəsi altında yox olsam əgər,

Axtardığım yoxluq olar onda nəsibim mütləqa!

Atsam əgər bu dar evi, atımı möhkəm nallaram,

Nal salmasın yolda gərək çapsam onu mən dördnala.

Gördüm: fələk ətrafını tutmuş zinakarlar bütün,

Qaçmaqda bildim çarəni, dünya olub darüz-zina.

Tüğyan qoparmışdır vəba, cəmdəklə dolmuşdur cahan,

Mən qaçmasam, bir gün tutar mütləq boğazımdan vəba!

Qəlbimdə qopmuş vəlvələ, bir mətləbim yetmiş ələ,

Mən istərəm qaçmaq elə bir yurda ki, vardır riza.

Vardı gözüm əllərdə ki, bir kəs əta etsin mənə,

İndi deyil lazım mənə, olsa iki aləm əta!

Olmuş kişi heyzi tamah, mən başını kəsdim onun,

Əl açmaram heç bir kəsə, adlansa da sahib-səxa!

Dovşan qadın heyzi görər, bu aləmə məlumdur,

Mənsə pələngəm, nisbətim çatmaz yəqin ki, dovşana?



________________Milli Kitabxana________________

3. PAXILLARI MƏZƏMMƏT

Sırf yalandır qəlbi əyri kəslərin dil əzbəri,

Fitnə əhli onların olmuş hər işdə rəhbəri.

Şeytan övladı olub, girmişlər insan cildinə,

Xəlqə olmuşlar ləkə, bundan utanmaz üzləri.

Bilməz özləri belə kimdir atası onların,

Bu cəhətdən Adəmə, İsaya var nisbətləri.

Bu cahanda hər biri röhbanü rəhbər olsa da,

Yoxdur əslində nə din, nə doğru yolla işləri.

İl quraqlıq keçsə, adətdir, pətəklər boş qalar,

Kəlləsi boş bu həriflər yelbeyindir, sərsəri.

Canları torpaq ağırlıqda, yelölçən başları,

Oxşayır daşsız tərazuyə, qurublar məhşəri.

Bir quru barsız ağacdırlar o Nuhun qovmutək,

Bir qarının təndirinə bağlanıb ümmidləri*.

Həm qoca, həm gəncləri iblisin ardınca gedər,

Bunların Əhməd deyil, iblis olub peyğəmbəri.

Məscid olmuş onlara sanki uşaqtək bir beşik,

Yəni, həm yatmaq yeri, həm də rahatlanmaq yeri.

Lövhüdə, mənzildə olmuşlar meyidlər ruhutək,

Üzdə insan, cismdə xatırladarlar divləri.

Onların qəlbi sönüb dostluqlarının şəmitək,

Mütləqa bədnam olub arvadlarıtək dinləri.

Var yeri, mən onları göhnə həvəngə oxşadam,

Başları yoxdur, həmişə zərbə almış dibləri.



________________Milli Kitabxana________________

Göy çadır altında bu şişəboğazlar daima,

Bir sürahidir, salınmış kəndirə gərdənləri.

Bir barama qurdutək acgözdür onlar, lovqarın,

Bal arısıtək, odur, bitmir yenə istəkləri.

Mərdi alçaldıb, tutar namərdi dövrantək uca,

Onların dövran kimi yoxdur vəfada əlləri.

Cütləşib halqa-qıfıltək, oldular erkək-dişi,

Xeyrə yol bağlandı, doğdu, bəslədi onlar şəri.

Lovğalıqla özlərindən dəm vurarlar daima,

Büsbütün əşan boş, naxış olar dəvətləri.

Onların nitqi suyunda bəslənilməz bir fıdan,

Qəlbi qardan da soyuq əşxasdır natiqləri.

Ummayın tər şerlər doğsun quru bir təbdən,

Kim deyər: gördüm şoranlıqda bitən nilufəri?

Qoysalar da şerimə qarşı cürük hədyanları,

Bu-Türabın qarşısında Bu-Ləhəbin yox yeri*.

Çərxin altında uzaqdan baxsalar dörd bir yana,

Aftafanı afitab kimi görər kor gözləri.

Sərsəm olmuşlar bu eşşəklər cəhalətdən, fəqət,

Gəlməz İsa mətbəxindən bir ulaqtək yemləri.

Özlərindən çox aşağıda verirlər yer mənə,

Neftdir onlar, mən gülabam, doğrudur təbirləri.

Sussalar da mən olan yerdə necə dilsiz balıq,

Daldada əfı ilantək var zəhərli dilləri.

Mədənindən təbimin altun saçarkən aləmə,

Dəhşətə düşmüş civətək daşlanar xatirləri.



________________Milli Kitabxana________________

Canları tutmuş üşütmə, titrəyərlər qibtədən,

Kürk edib də, üstünə çəkmiş adımı hər biri.

Onlara sanki dilimdən asiman vermiş cavab,

"Hirsinizdən partlayın!" - Mən də dedim bu sözləri.

Dil qılıncı onların bir tük də kəsməzdi belə,

Sözlərim oldu bütöv, onlar itiltdi xəncəri.

Cəbrayıl könlüm xəndənginə özü vermiş qanad,

Ehtiyacım yox, hərifdən istəyəm quzğun pəri*.

Onların qəlbi kəlamım meyvəsindən barlanar,

Qarğalar əncir yeyər, məhrum edər bülbülləri.

Bir çörək almaq üçündür - hey döyərlər qapımı,

Bir dəyirman üstə getməzlər ki, yoxdur dənləri.

Sümsünərlər şir dalınca tülkütək bunlar mənim,

Bəlkə ceyran dümsüyündən lay ola nemətləri.

Şənimə Bijən kimi dar bir quyu olmuş məkan,

Sübh vaxtı yandırar ahım odu düşmənləri.

Rüstəməm, əldə kamanım, durmuşam mən pusquda,

Qəflətə dalmış nə xoş Əfrasiyabın gözləri.

Qoy haray salsınlar onlar, qorxma, Xaqani, sənə,

Su olub, od olsalar da, çatmaz əsla gücləri.

Ver bəzək, hör zülfünü məna əliylə şerinin,

Çatlasın bağrı rəqibin, görcəyin o dilbəri.

Ey cəhənnəm maliki! Sən onlara vermə əzab!

Hər sözüm oddur mənim, olsa əgər qeyrətləri.

Çarmıxa yeddi cəhənnəmdə çəkirsən, çəkmə qəm,

Mən varamsa, arizu eylər cəhənnəm özləri.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə