Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə15/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   11   12   13   14   15   16   17   18   ...   359
Xarici siyasət 
fəaliyyəti 
11 
Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclas 
keçirilib 
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib 
Bakı şəhəri, 
17 dekabr 2022-ci il 
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri 
arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması 
mərasimi ilə bağlı plenar iclas keçirilib. 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib. 
Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım 
Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı 
qarşıladı. 
Sonra birgə foto çəkdirildi. 
Plenar iclası açan Rumıniya Prezidenti 
Klaus Yohannis
qonaqları salamladı və çıxış etdi. Dördtərəfli 
sazişin əhəmiyyətindən danışan Rumıniya Prezidenti bildirdi ki, bu sənəd qeyd olunan ölkələr arasında bir sıra 
mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Həmçinin perspektivdə hələ görülməli işlərin 
çox olduğunu qeyd edən Rumıniya Prezidenti dedi: “Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca 
rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan 
istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. 
Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir”. 
Avropa Komissiyasının Prezidenti 
Ursula fon der Lyayen
isə qeyd etdi ki, bu Saziş Avropa İttifaqını 
Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa 
kömək edəcək. Ursula fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından 
məmnunluğunu ifadə edərək dedi: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün 
bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan 
arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı 
bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, 
həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və 
Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə 
kömək edəcək. 
Sonra dövlətimizin başçısı iclasda çıxış etdi. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə