Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə17/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   13   14   15   16   17   18   19   20   ...   359
Xarici siyasət 
fəaliyyəti 
12 
isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat 
külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə 
qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. 
Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına 
yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə 
çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına 
sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə 
ötürmə gücü yaradılacaqdır. 
Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, 
Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Mən 
hamımıza uğurlar arzulayıram. 
Sağ olun. 
 
x x x
Rumıniya Prezidenti 
Klaus Yohannis
dedi: “Çıxışınız üçün çox sağ olun, Prezident Əliyev. Eyni zamanda, 
yanaşmanız üçün də təşəkkür edirəm. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Mən çox nikbinəm ki, bu dəfə 
iqtisadiyyatlarımızın yaşıl iqtisadiyyata keçid etməsini bizə söyləmək imkanını verən belə bir komandamız var”. 
Sonra çıxış edən Macarıstanın Baş naziri 
Viktor Orban
hazırkı şəraitdə liderlərin ölkələrinin iqtisadi və 
enerji təhlükəsizliyini təmin etməli olduqlarını vurğuladı. Hökumət başçısı bütün bunların həll yolunun 
bərpaolunan enerji mənbələrinin müəyyənləşdirilməsindən və onların Avropaya nəqlindən ibarət olduğunu 
vurğulayaraq dedi: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla 
əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq 
olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi 
etibar edə biləcəyinin şahidi olmuşam. 
Bu gün enerji sahəsində Macarıstan adından bu sazişi imzalaya bildiyimiz üçün biz Azərbaycandakı, 
Gürcüstandakı və Rumıniyadakı dostlarımıza, həmçinin Avropa Komissiyasının Prezidentinə minnətdarıq”. 
Gürcüstanın Baş naziri 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə