Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri


Mixail Qusman: İlham Heydər oğlu, Siz Qoşulmama Hərəkatını xatırlatdınız. Bu Hərəkat daha çox



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə329/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   325   326   327   328   329   330   331   332   ...   359
Mixail Qusman: İlham Heydər oğlu, Siz Qoşulmama Hərəkatını xatırlatdınız. Bu Hərəkat daha çox 
1960-cı illərdə populyar idi. Siz dediniz ki, indi Hərəkata Azərbaycan sədrlik edir. Dünya arenasında 
Qoşulmama Hərəkatının yeni amil kimi yaranması meyli varmı? Çünki bu, onunla bağlıdırmı ki, ona 
Azərbaycan sədrlik edir. Lakin prinsipcə müasir dünyada yeni qüvvə kimi bu, nə qədər aktualdır?


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
250 
Prezident İlham Əliyev:
Fikrimcə, buna tələbat var. Biz bu missiyaya çox məsuliyyətlə yanaşmışıq. Mən, 
əlbəttə, bizi heç kimlə müqayisə etmək istəmirəm. Lakin siz də qeyd etdiniz ki, müəyyən mərhələdə Hərəkat öz 
dinamikliyini itirdi. Yəqin ki, bu, nəsillərin dəyişməsi ilə əlaqədar idi. Hər halda Qoşulmama Hərəkatının 
başlanğıcında Tito, Nasir... durmuşdular. 
Mixail Qusman:
Bandaranaike... 
Prezident İlham Əliyev:
Əlbəttə, bu xadimlər siyasi arenadan getdikdən sonra yəqin ki, müəyyən boşluq 
əmələ gəldi. Lakin beynəlxalq ictimaiyyətin belə qütbləşməsi də ümumilikdə ehtimal ki, öz rolunu oynayıb, çünki 
o, necə isə yavaş-yavaş sönməyə başladı. Biz nisbətən yeni üzvük. Biz 10 ildən bir az artıqdır ki, seçilmişik və 
sözün əsl mənasında, bir neçə ildən sonra bizə belə etimad göstərildi, yekdilliklə seçildik. Bizə özümüz daxil 
olmaqla, 120 ölkə səs verdi. Bizim missiyamızın hansı dərəcədə uğurlu olmasını deyə bilmərik. Lakin 
sədrliyimizin bir il uzadılması faktı yenə də bizim öz funksiyamızı yerinə yetirməyimizdən xəbər verir. Bakıda, 
sədrliyi öz üzərimizə götürdüyümüz sammitdə mən dedim ki, biz beynəlxalq hüququ, ədaləti qoruyacaq və üzv 
ölkələrin maraqlarını müdafiə edəcəyik. Biz bunu edirik. Biz beynəlxalq hüququ və ədaləti 2020-ci ildə bərpa 
etdik, üzv ölkələrin maraqlarını isə öz imkanlarımız hüdudunda müdafiə edirik. Dediyim kimi, humanitar-maliyyə 
yardımı və qlobal arenada mühüm tezislərin artikulyasiyası ilə. Hesab edirəm ki, Hərəkatın institutlaşdırılması 
istiqamətində müəyyən addımların atılması üçün potensial mövcuddur. Çünki bu, təşkilat deyil, Hərəkat 
adlandırılıb. Həm ölkə daxilində, həm də bəzi ölkələr arasında ziddiyyətlər olmasına baxmayaraq, hər halda bu, 
BMT-dən sonra ikinci təşkilatdır. Lakin Azərbaycanın həm vicdanlı üzv kimi və rəhbər kimi rolu artıq tanınıb. 
Bir daha deyirəm ki, Hərəkatın bütün üzv ölkələrinin bizi iki dəfə dəstəkləməsi, - ölkələr arasında çox ciddi 
qarşıdurmalar mövcuddur, - məhz bizim xarici siyasətimizin qarşıdurmasız kursundan xəbər verir, əksinə, bu 
siyasət əməkdaşlığa və imkanlar çərçivəsində köməyə hədəflənib. Bu istiqamətdə işləyən bizik. Fikrimcə, məkan 
mövcuddur və biz onun içərisinə çox səmərəli şəkildə yerləşə bilərik. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə