Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə330/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   326   327   328   329   330   331   332   333   ...   359
Mixail Petrov, 
TASS agentliyinin baş redaktoru:
 İlham Heydər oğlu, icazə versəniz, bugünkü 
görüşümüzə nə ilə başlamağımıza qayıtmaq istərdim. Belə alındı ki, Siz Rusiya tərəfindən Donetsk 
respublikalarının tanınmasından sonra Prezident Putin ilə ünsiyyətdə olan ilk xarici dövlət liderisiniz. 
Aydındır ki, biz, əlbəttə, hamımız Prezidentin Bəyanatını, Rusiya Prezidentinin televiziya müraciətini 
eşitdik. Lakin bununla belə Siz vəziyyəti daxildən bilirsiniz və Putin ilə danışıqlardan sonra Siz ukraynalı 
həmkarlarınızla, türkiyəli həmkarınızla daim kontaktda olursunuz, hər halda, bu hadisəyə cəlb edilmiş 
olursunuz. Bu biliyinizlə, böyük təcrübənizlə Sizin proqnozunuz necədir? Aydındır ki, bu, ikitərəfli Rusiya-
Ukrayna vəziyyəti deyil, bu vəziyyət bütün dünyaya aid edilir. Bundan sonrakı inkişafı Siz necə 
görürsünüz? Bu, zaman etibarilə nə qədər davam edəcək? Həm region üçün və həm də bütün dünya üçün 
bunun nə dərəcədə ciddi fəsadları olacaq? Mən, əlbəttə, Sizdən danışıqlarda səslənən qapalı 
məlumatlardan söhbət açmağınızı xahiş etmirəm. Lakin bununla belə Sizin bu məsələyə verdiyiniz şəxsi 
qiymət necədir?
Prezident İlham Əliyev:
Bilirsiniz ki, proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı, çünki 
mən həmişə faktlardan istifadə etməyin, baş verən vəziyyəti bizə aid olan sahədə dəyərləndirməyin, bu vəziyyətin 
Azərbaycan üçün maksimum əlverişli formalaşması üçün mümkün olan hər şeyi etməyin tərəfdarıyam. Düzünü 
desəm, Azərbaycan ilə Ermənistan arasında münasibətlər, bu münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz 
vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir. Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına 
hədəflənməyimiz hələ ki, erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir. Buna görə də bu 
yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox 
çətindir. Fikrimcə, təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün 
əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir. Hətta İkinci Qarabağ müharibəsi başlananda, hətta o 
potensialla - həm siyasi, həm hərbi, həm iqtisadi potensialla biz hər şeyi qabaqcadan nəzərə ala bilmirdik. Çünki 
müharibəni qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və 
yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə 
də bunu demək olar. Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız təbii ki, büsbütün zidd 
bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar 
nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni, hansısa eyhamlar edilir. 
Mən eşitdim ki, sanksiya elan etmək istəmirlər, guya hesab edirlər ki, bu, onların elan olunmamasının 
qarşısının alınması amili ola bilər, elan isə onların nöqteyi-nəzərindən əl-qolu açacaq. Lakin bu, sizin kimi mənim 
də həm Rusiya televiziyasına, həm Türkiyə televiziyasına, həm də Britaniya televiziyasına, mənim linqvistik 
bacarıqlarım imkan verdiyi qədər baxaraq çıxardığım elə həmin təhlildir. Mən hansısa analogiyalar və analiz, 
vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, 
Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, 
bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə