Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
P R E Z İ D E N T K İ T A B X A N A S I
Xarici siyasət
fəaliyyəti
252
Mixail Qusman:
Bu əyləşən xanım Sizdən müsahibə götürəndir.
Prezident İlham Əliyev:
Bəli, tanıdım. Çox vacib idi.
Ona görə ki, bilirsiniz,
biz müstəqilliyin lap ilk
dövründən müəyyən informasiya boşluğu ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı idi,
biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss
edirik, təkcə qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə
bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara
qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə
çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları
qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu
il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə
həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı
idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq.
Çoxları deyir ki, biz informasiya müharibəsini udmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan
qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni
tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də
bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə
xüsusi təşəkkürümü
bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya
tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin
demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək
arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan
verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər,
o cümlədən ona görə ki,
kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi.
Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı
bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub
saxlanıb.
Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb.
Dostları ilə paylaş: