Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə333/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   329   330   331   332   333   334   335   336   ...   359
Sergey Mixaylov:
Biz lap yaxın vaxtlarda Sizin bütün dünyada ardıcıl müsahibələrinizi müşahidə etmişik. 
Prezident İlham Əliyev:
Elədir. 
Sergey Mixaylov:
Məlum hadisələr haqqında müsahibələrinizin hamısını diqqətlə izləmişik. 
Prezident İlham Əliyev:
Fikrimcə, bütün prezidentlik illərim ərzində hər hansı dövrdə olduğundan daha 
çox müsahibəm olub. 
Sergey Mixaylov:
Bu zaman kəsiyi ərzində müsahibələr qalan bütün müddətdəkindən çox olub. 
Prezident İlham Əliyev:
Azərbaycanda məni hətta bəzən tənqid edirdilər ki, nə üçün mən nadir hallarda 
müsahibə verirəm. Hesab edirəm ki, müxtəlif tezislərlə və müxtəlif məsələlərlə əlaqədar kifayət qədər çıxış 
edirəm. Sadəcə, hesab edirdim ki, mən demək istədiklərimin hamısını çıxışlarımda demişəm. Lakin müharibə 
xüsusi vəziyyətdir, buna görə belə etməli oldum. 
Sergey Mixaylov:
Bu dövrdə müsahibələrinizin sayı misli görünməmiş dərəcədə çox olub. 
Prezident İlham Əliyev:
Yeri gəlmişkən, TASS agentliyi sağ olsun ki, sizin vasitənizlə öz baxışlarımı 
çatdırmağa imkan verib. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
252 
Mixail Qusman:
Bu əyləşən xanım Sizdən müsahibə götürəndir. 
Prezident İlham Əliyev:
Bəli, tanıdım. Çox vacib idi. Ona görə ki, bilirsiniz, biz müstəqilliyin lap ilk 
dövründən müəyyən informasiya boşluğu ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı idi, 
biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss 
edirik, təkcə qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə 
bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara 
qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə 
çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları 
qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu 
il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə 
həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı 
idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq. 
Çoxları deyir ki, biz informasiya müharibəsini udmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan 
qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni 
tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də 
bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü 
bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya 
tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin 
demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək 
arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan 
verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki
kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. 
Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı 
bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub 
saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə