Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri


həmkarlarımıza Sizin söhbətinizdən özlərinin, necə deyərlər, praktiki fəaliyyətində istifadə etmələrinə



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə332/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   328   329   330   331   332   333   334   335   ...   359
həmkarlarımıza Sizin söhbətinizdən özlərinin, necə deyərlər, praktiki fəaliyyətində istifadə etmələrinə 
icazə verə bilərikmi?
Prezident İlham Əliyev:
Əlbəttə. Mən dediyim hər bir sözə görə məsuliyyət daşıyıram. 
Mixail Qusman:
Bu çıxışdan ümumi məkanda istifadə etmək olarmı? 
Prezident İlham Əliyev:
Birmənalı şəkildə olar. 
Mixail Qusman:
Mən Prezidentə sual vermək istəyirəm. Gəlin məsləhətləşək, həmkarlar? 
Prezident İlham Əliyev:
Mən öz praktikam barədə danışaram. Azərbaycan cəmiyyətinin müxtəlif 
kateqoriyalarının nümayəndələri ilə və media, - Azərbaycan və xarici media, - təmsilçiləri ilə mənim bütün 
söhbətlərim açıq keçirilir. Yəni, mən heç nəyi gizlətmirəm. Mən nə düşünürəmsə, onu deyirəm, öz sözlərimə görə 
cavabdehəm və düşünürəm ki, bu gün burada elə bir söz deyilməyib ki, ona görə bizlərdən kim isə xəcalət çəksin. 
Əksinə, mənim fikrimcə, biz çox mühüm məsələləri aydınlaşdırdıq. Mən Azərbaycanın mövqeyini bütün 
məsələlər barədə yetərincə dürüst ifadə edirəm və bağlı qapılar arxasında öz həmkarlarıma dediklərimi bu və ya 
digər dərəcədə açıq şəkildə də deyirəm. Ona görə indiki halda mən aşkarlığın tərəfdarıyam. Bəs siz? 
Mixail Qusman:
Onda indiki halda “off the record” formatını ləğv edirik. Bu istisnaya görə sağ olun. Bu, 
o deməkdir ki, qabaqcadan xəbərdarlıq edirəm, növbəti dəfə biz yenidən qayıdacağıq. 
Prezident İlham Əliyev:
Bəlkə ənənələrin əsasını siz qoyursunuz? 
Mixail Qusman:
İlham Heydər oğlu, heç də hamı bizimlə Sizin kimi açıq olmur, heç də hamı. 
Prezident İlham Əliyev:
Mən bilmirəm, siz ki məsuliyyətli insanları, dövlət başçılarını dəvət edirsiniz. 
Düşünmürəm ki, onlar sizə bir söz desinlər, ictimaiyyətə nə isə başqa söz. 
Mixail Qusman:
Bəziləri hətta bizim suallarımızı bilirlər. Belə də olur. 
Prezident İlham Əliyev:
Xeyr, mən hər bir suala cavab verməyə hazıram. Bir daha deyirəm, məndən ötrü 
hər hansı qapalı mövzu yoxdur. Xarici siyasətə gəldikdə isə, o cümlədən sizin qeyd etdiyiniz kimi, vəziyyətin 
həssaslığı nəzərə alınmalıdır. Buna görə düşünürəm ki, bu, düzgün yoldur. Çünki bu, hər hansı ikimənalı şərhi və 
hər hansı interpretasiyanı istisna edir. Mən öz mövqeyimin ən yaxşı interpretasiyasını özüm verə bilərəm, odur 
ki, belə də edirəm. Qəribə olardı ki, biz burada görüşək, sonra isə Azərbaycanda fikirləşsinlər, tapmaca tapsınlar, 
onlar orada bağlı qapılar arxasında nə barədə danışıblar? 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə