Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə335/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   331   332   333   334   335   336   337   338   ...   359
 
X X X
 
Prezident İlham Əliyev dedi:
Çox sağ olun, hörmətli Mixail Vladimiroviç. Xoş sözlərə görə sağ olun. Siz 
tamamilə düzgün olaraq qeyd etdiniz ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. 
Bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik, 
həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. 
Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün 
vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi haldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin 
yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini 
də ətraflı nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu bildirdik. Ölkələrimiz 
arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək 
istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli 
işləməyimizin göstəricisidir. Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası 
komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
255 
məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji 
planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. 
Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik. 
Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda 
etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı 
faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə 
biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk 
növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, 
bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il 
noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı 
tamamilə reallaşdıra bilək. 
Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər 
yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl 
olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti 
haqqında Bəyannamə bizim hüquq-müqavilə baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz 
arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə 
xidmət edəcək. 
Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox 
minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V” 
vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə 
işləmək niyyətindəyik. 
Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin 
çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn praktiki məsələləri 
müzakirə edəcəyik. Sağ olun. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə