Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə337/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   333   334   335   336   337   338   339   340   ...   359
Xarici siyasət 
fəaliyyəti 
257 
Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən 
çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin 
mühafizəsi üzrə praktik məsələlər həll olunur. 
Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin 
sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib. Bizim sülhməramlılar vəziyyətin 
gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri 
aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər. Rusiyalı hərbi həkimlər koronavirus 
əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinləmə həyata keçirirlər. 
Regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək 
barədə razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə sərnişin və yük 
daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə 
layihələrin icraya hazırlanmasından gedir. Bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, 
əlbəttə ki, Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda maraqlıdırlar. 
Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin 
işə salınmasıdır. Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş 
görüb və görəcək. Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına 
hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik. 
Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və 
təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və 
Azərbaycanın ümumi maraqları var. 
Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə işə görə minnətdarlığımı bildirmək istərdim. Əminəm 
ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin 
bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. 
Diqqətinizə görə təşəkkür edirəm. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə