Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə339/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   335   336   337   338   339   340   341   342   ...   359
Xarici siyasət 
fəaliyyəti 
258 
Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, 
özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, 
regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən 
əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan 
sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi 
də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar 
əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu sahə 
həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və 
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir 
Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək istərdim ki, 
Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. 
Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçenov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz 
əməkdaşlıq potensialını artırmaq niyyətindəyik. 
Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya və 
Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə 
yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı 
məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb 
və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni 
sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq. 
Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə 
Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna 
görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, 
- otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt 
keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və 
Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və 
Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin 
göstəricisidir. Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün 
erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan 
Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, 
erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, 
Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi 
nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında 
münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. 
Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz 
aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, 
delimitasiyası və digər məsələləri də əhatə edəcək. 
Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə 
müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün 
hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla 
həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan 
birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi 
işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər. 
Hörmətli Vladimir Vladimiroviç, dəvətə, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm. Fürsətdən 
istifadə edib Rusiyanın dost, müttəfiq xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək istərdim. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə