Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə347/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   343   344   345   346   347   348   349   350   ...   359
 
x x x
 
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı
xanım Kadri Simsonun çıxışı
- Sağ olun. 
Hörmətli Prezident Əliyev. 
Hörmətli nazir Şahbazov. 
Zati-aliləri, xanımlar və cənablar. 
Bu gün sizinlə Məşvərət Şurasının iclasını açıq elan etməkdən olduqca məmnunam. Çıxışıma təşəkkür 
bildirməklə başlamaq istərdim. İlk olaraq, bu gün tədbirə ev sahibliyi edən Prezident Əliyevə və nazir Şahbazova 
təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir ki, mən bu tədbirdə iştirak edirəm. Birbaşa isə, ilk dəfədir. 
Görürəm ki, bu gün Məşvərət Şurasının toplantısında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər iştirak 
edir. Sizin burada olmağınız Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün nə dərəcədə əhəmiyyətli 
olmasının kifayət qədər sübutudur. İkincisi, mən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın 
artırılmasında Azərbaycanın göstərdiyi səylərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, bizim qaz 
təchizatı təhlükəsizliyi baxımından çox vacib bir məqamdır və Azərbaycan Avropa İttifaqı üçün etibarlı 
tərəfdaşdır. 
İndi isə keçək bugünkü müzakirələrimizə. 
Bu günün gündəliyi qarşımızdakı çağırışları və imkanları aydın şəkildə əks etdirir. Onlardan bəziləri Cənub 
Qaz Dəhlizinin istismarına aiddir. Biz onları birinci sessiyada müzakirə edəcəyik. Digər məsələlər enerji 
sistemlərimizin uzunmüddətli planlarına aiddir. Buna ikinci sessiyada baxılacaq. İcazə verin, bu məsələlərin hər 
biri üzrə bəzi fikirləri bölüşüm. 
İlk olaraq, bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi 
işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı 
ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz 
nümunəsidir. Ötən ilin dekabrından Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr 
qaz nəql edilib. 
Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən 
skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə