Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə346/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   342   343   344   345   346   347   348   349   ...   359
Xarici siyasət 
fəaliyyəti 
265 
yoxdur. Biz hamımız bunu başa düşürük. Əlbəttə ki, Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji 
potensialına malik ölkə olduğundan, sözsüz ki, biz öz məsuliyyətimizi başa düşürük. Sizə deyə bilərəm ki, biz 
daha yaxşı imkanlar yaratmaq üçün gələcəkdə də məsuliyyətli şəkildə davranacağıq. Bundan əlavə, həmçinin 
demək istərdim ki, bizim birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi 
məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına 
kömək edir, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək 
edir. 
Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edim ki, biz bu yola 
çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin 
bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq 
və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın 
ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək. 
Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Məşvərət Şurasının iclasına uğurlar 
arzulayıram. Sağ olun. 
 
x x x
Azərbaycanın energetika naziri 
Pərviz Şahbazov:
Cənab Prezident, dərin məzmunlu çıxışınıza görə 
Məşvərət Şurası iştirakçıları adından Sizə minnətdarlığımızı bildiririk. Sizin təşəbbüsünüzlə yaradılmış Məşvərət 
Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsi olaraq, Sizin rəhbərliyiniz və tövsiyələrinizlə Cənub Qaz Dəhlizi 
layihəsinin reallaşmasına mühüm töhfələr verdi. Məşvərət Şurasının budəfəki iclasında da səsləndirdiyiniz 
fikirlər, aktuallaşdırdığınız məsələlər Cənub Qaz Dəhlizi üzrə gələcək fəaliyyətimiz üçün aydın istiqamətlərdir. 
Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinizə görə Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. 
İndi isə mən sözü Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsona vermək 
istəyirəm. O, həmçinin bizim Məşvərət Şurasının həmsədridir. Buyurun, xanım, söz sizindir. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə