Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə343/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   339   340   341   342   343   344   345   346   ...   359
 
x x x
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi. 
 
Prezident İlham Əliyevin
çıxışı
- Sabahınız xeyir, əziz dostlar, hörmətli komissar Simson, hörmətli komissar Varhelyi. 
Hörmətli qonaqlar, xanımlar və cənablar. 
Hamınızı Azərbaycanda salamlamaq istəyirəm və bizi ziyarət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. 
Bildiyiniz kimi, keçən il iclasımız videokonfrans vasitəsilə olmuşdu. Lakin pandemiya ilə bağlı bəzi 
narahatçılıqlara baxmayaraq, çox şadam ki, siz iclasda şəxsən iştirak etmək qərarını verdiniz. Eyni zamanda
təəssüf hissi ilə demək istəyirəm ki, iclasın bəzi iştirakçılarının koronavirusa yoluxması aşkar olunub və buna 
görə də onlar bu gün fiziki olaraq burada iştirak edə bilmirlər. Mən onlara möhkəm cansağlığı, tezliklə 
sağalmalarını arzulayıram. Əminəm ki, Azərbaycan həkimləri onların mümkün olduğu qədər tez normal həyata 
qayıtması üçün hər şey edəcəklər. 
Qeyd etdiyim kimi, keçən il iclas videokonfrans formatında keçirildi. Bu gün biz qarşılıqlı əlaqəmizin 
ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək 
üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral 
ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq. 
Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il 
biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə 
biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. Biz çox şadıq ki, 2020-ci ilin 
sonuncu günü - dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, - 
azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin 
tamamlanması haqqında məlumat verdik. Əlbəttə ki, mən layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı 
bildirmək istəyirəm, ilk növbədə, Avropa Komissiyasına. Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı 
olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin 
koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu gün iki 
komissarın burada olması faktı buna dəlalət edir. Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək 
verdiyi üçün Prezident Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə