Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə349/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   345   346   347   348   349   350   351   352   ...   359
Xarici siyasət 
fəaliyyəti 
267 
qiymətləndirilir. Yəni, aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox 
böyük imkandır. 
Avropa, eləcə də növbəti onillik ərzində tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət 
yetirir. Biz istərdik ki, güclü hidrogen sənaye sektorumuz olsun. Avropa böyük hidrogen bazarıdır və biz üçüncü 
ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, 
regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir. 
Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün 
Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var. Biz bu gün fikir mübadiləsi 
aparmalıyıq ki, qısa və uzunmüddətli əməkdaşlığımız necə formalaşdırılmalıdır. Gələcəkdə bizim Məşvərət 
Şuramız həm də ümumi təmiz enerji məsələlərinin həllində fikir mübadiləsi aparmaq üçün faydalı platformaya 
çevriləcək. 
Xanımlar və cənablar, nazirlər, cənab Prezident, mən bununla öz çıxışımı bitirirəm və ümid edirəm ki, siz 
fikir mübadiləsi əsnasında bəzi ideyalarla çıxış edəcəksiniz. Ümid edirəm ki, bu gün bizim maraqlı 
müzakirələrimiz olacaq. Sağ olun. 
 
x x x
 
Pərviz Şahbazov:
Xanım komissar Simson, Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyində roluna dair 
fikirlərinizə və ətraflı çıxışınıza görə təşəkkür edirəm. İndi isə mən təşəkkürümü bildirirəm ki, siz bizimlə bu 
layihə üzrə əməkdaşlıq istəyinizi bildirdiniz və bununla bu açılış sessiyamız başa çatır. 
Cənab Prezident, çox sağ olun ki, bizimlə oldunuz. 
 
x x x
Toplantı işini panel sessiyalarla davam etdirib. 
AZƏRTAC 
2022, 4 fevral 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə