Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə350/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   346   347   348   349   350   351   352   353   ...   359
Xarici siyasət 
fəaliyyəti 
268 
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib 
Baki şəhəri, 
25 yanvar 2022-ci il 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və 
şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm 
Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. 
AZƏRTAC xəbər verir ki, iranlı naziri salamlayan 
Prezident İlham Əliyev dedi: 
- Hörmətli cənab nazir, hörmətli İran nümayəndə heyətinin üzvləri Azərbaycana xoş gəlmisiniz. Mən çox 
şadam ki, sizin Azərbaycana səfəriniz azad edilmiş torpaqlardan başladı. Siz dünən İrandan birbaşa Füzuliyə, 
Füzuli Beynəlxalq Hava Limanına təyyarə ilə gəlmisiniz, həm Füzulidə, həm Zəngilanda olmusunuz və biz bunu 
çox yüksək qiymətləndiririk. 
Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra 
İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün 
hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu 
görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, 
yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar. İqtisadiyyat Nazirliyinə müvafiq 
göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. 
Siz azad edilmiş torpaqlarda olan dağıntıları dünən öz gözlərinizlə görmüsünüz. Ermənistan işğal dövründə 
bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib. Ona görə bu böyük ərazidə - 10 min 
kvadratkilometrdən böyük olan ərazidə indi quruculuq işlərinə start verildi, amma gördüyünüz kimi, bu, çox 
genişmiqyaslı bir işdir. Yüzlərlə şəhər və kənd demək olar ki, yer üzündən silinib. Bərpa işlərinə start verildi və 
dediyim kimi, ümid edirəm ki, İran şirkətləri bu işlərdə fəal iştirak edəcəklər. 
Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm 
avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. 
Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. 
Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, 
İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir. 
Digər məsələlərə gəldikdə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik 
stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi – bütün bu və digər məsələlər dünən 
Şahin Mustafayevlə müzakirə olunub və hökumətlərarası komissiyanın işində, əlbəttə ki, prioritetlər sırasında 
olacaq. 
Onu da bildirməliyəm ki, noyabrın sonlarında İran İslam Respublikasının Prezidenti cənab Rəisi ilə 
keçirdiyim görüş çox uğurlu, əhəmiyyətli idi və İran-Azərbaycan əlaqələri üçün yeni imkanlar açır. Bu, 
əlaqələrimizin, dostluq, qardaşlıq əlaqələrimizin yeni səhifəsinin açılması deməkdir. 
Bir daha xoş gəlmisiniz. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə