Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə336/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   332   333   334   335   336   337   338   339   ...   359
AZƏRTAC 
2022, 22 fevral 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
256 
Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər
Moskva şəhəri, 
22 fevral 2022-ci il 
Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının 
Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. 
 
Prezident Vladimir Putinin
bəyanatı
- Hörmətli İlham Heydər oğlu! Xanımlar və cənablar! 
Azərbaycan Respublikasının Prezidenti ilə birgə indicə bizim tərəfimizdən imzalanan Rusiya və 
Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə 
yeni səviyyəyə keçidi ilə əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas 
yekunudur. 
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik 
əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-
Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar 
sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban 
qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı 
müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik. 
Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksi ətraflı nəzərdən keçirildi. Biz hər 
şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik. Qeyd 
edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara 
çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir. 
Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, 
kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana 
Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq. 
Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar, 
Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan 
layihələrə qoşulmağa hazırdırlar. 
Sənayedə də səmərəli tərəfdaşlıq qurulub. Ötən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı 
üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın müştərək zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının 
və Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi 
tikilir. 
Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyətini bundan sonra da möhkəmləndirməyi vacib hesab 
edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya 
Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi. 
Rusiya və Azərbaycan arasında tibb və əczaçılıq sahəsində əməkdaşlıq aktivləşib. Ölkələrimiz koronavirus 
infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Pandemiyanın ən 
kəskin dövründə Rusiyanın aparıcı tibb müəssisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə 
göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü təşkil olunub. 
Humanitar sahədə də əməkdaşlıq ənənəvi olaraq yüksək səviyyədədir. Bu günlərdə Moskvada Azərbaycan 
Günlərinə start verilib. Bu tədbir çərçivəsində sərgilər, konsertlər, ədəbi qiraət və digər parlaq mədəni tədbirlər 
təşkil olunacaq. Öz növbəsində, martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin növbəti Forumu keçiriləcək. 
Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə 
minnətdarıq. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində 
rusdilli fakültələr fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 
deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük 
əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən 
çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır. 
Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət 
yetirdik. Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan
Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam 
həcmdə icrasının vacibliyi təsdiq edilib. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə