Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə334/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   330   331   332   333   334   335   336   337   ...   359
Mixail Qusman:
Çox sağ olun. 
Prezident İlham Əliyev:
Siz sağ olun. 
Mixail Qusman:
Sizə bir hədiyyəmiz var. Bunu həmkarlara demək lazımdır. Hamı bilir ki, bu yaxınlarda 
İlham Heydər oğlunun yubileyi oldu. Bu, Azərbaycan Prezidentinin TASS lentlərində və fotoxronikasında tam 
arxividir. Burada 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil var. Sizin bütün prezidentlik dövrünün bütün 
arxividir. 
Prezident İlham Əliyev:
Sağ olun. Mənim belə arxivim yoxdur. 
Dövlətimizin başçısı da TASS agentliyinə xatirə hədiyyəsi təqdim etdi. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
253 
AZƏRTAC 
2022, 24 fevral 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 
Xarici siyasət 
fəaliyyəti 
254 
Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub 
Moskva şəhəri, 
22 fevral 2022-ci il 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər 
Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub. 
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi 
qarşıladı. 
Sonra birgə foto çəkdirildi. 
Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında 
görüş oldu. 
Prezident İlham Əliyevi salamlayan 
Mixail Mişustin dedi:
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi 
bir daha salamlayım. Bu gün Vladimir Vladimiroviç Putin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında 
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi 
təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə 
çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək 
üçün nə lazımdırsa edəcək. 
Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk. Bu dostluq bizim qardaş 
xalqlarımızın sıx əlaqələrinə əsaslanır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi 
qeyd olunur və bizim mehriban qonşuluğumuzun tarixinin kökləri əsrlərin dərinliyinə gedib çatır. Əsas odur ki, 
pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu 
barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. 
Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat 
sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal 
iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya 
bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç 
Overçuk kuratorluq edir. Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr 
verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, 
həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti 
Azərbaycan ilə əməkdaşlıq edir. 
Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik. Bizim 
tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu 
günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, 
həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək. 
Bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm 
Bəyanatını xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur 
marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Bizim zəngin 
gündəliyimiz var. Sağ olun. Biz şadıq ki, Siz bizim Rusiya Federasiyası Hökumətinin Əlaqələndirmə Mərkəzinə 
gəlmisiniz. Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimizin bütün aktual məsələlərini müzakirə etməyə hazırıq. Buyurun, 
söz Sizindir, hörmətli İlham Heydər oğlu. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə