Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri


Birinci vitse-prezident Mehriban Əliyeva



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə328/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   324   325   326   327   328   329   330   331   ...   359
Birinci vitse-prezident Mehriban Əliyeva:
Bax, məhz bu, çox vacibdir. Ona görə ki, yadımdadır, bu iki 
il ərzində Prezidentin keçirdiyi müxtəlif tədbirlərin istər pandemiyaya, istərsə təbabətə aidiyyəti yox idi. Lakin 
mən hər dəfə ondan xahiş edirdim ki, həmin məqam üçün mühüm tezis hazırlayım, bu və ya digər formada xahiş 
edirdim ki, bu tezis səsləndirilsin, bilirəm ki, insanlar qulaq asır və inanırlar. Bu da real təsirini göstərdi. Bax, bu, 
çox kömək etdi. 
Prezident İlham Əliyev:
Yeri gəlmişkən, biz beynəlxalq səviyyədə də həm kömək edən, həm də “vaksin 
millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdən biriyik. Mən beynəlxalq tribunalardan çıxışlarımda 
dəfələrlə demişəm, rəqəmlər gətirmişəm ki, inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf 
etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu 
vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda 
davam edirlər. Mehriban deyir ki, biz yanvarda başlamışıq, lakin bu, çox çətin idi, çünki o vaxt, ümumiyyətlə, 
vaksinləri olanlar az idi, biz regionda birincilərdən biri olduq. Məhz yardım göstərmək, inkişaf etməkdə olan 
ölkələrə kömək göstərmək üçün biz başçılıq etdiyimiz Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi 
təşəbbüsünü, sonra isə Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş 
Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdük və bu sessiya keçirildi. Həmçinin nəinki 
başqalarına kömək etməyən və yalnız özü haqqında düşünən, həm də onlara lazım olduğundan qat-qat çox vaksin 
alan ölkələri qınayan müvafiq qətnamələr qəbul edildi. İndi mən həmin ölkələrin adlarını çəkmək istəmirəm, bu 
statistika bizdə var. Bu, qəbul edildi. Ona görə ki, həqiqətən qlobal mənzərəyə nəzər salsaq inkişaf etmiş ölkələr, 
- təbii ki, Avropa ölkələri, - özlərini tam təmin ediblər, amma belə adlanan üçüncü dünya ölkələrinin çoxunda 
hətta kimin ölməsi, kimin qalması statistikası belə aparılmır. Onlar, sadəcə, taleyin ümidinə qalıb. Biz təqribən 
80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərmişik. Bir çox ölkələrə vaksinlərlə - həm Çin vaksini, həm 
AstraZeneca ilə yardım göstərmişik və göstərməkdə davam edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 
ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün 10 milyon dollar könüllü ianə 
ayırmışıq və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi 
qiymətləndirib. Ona görə bu beynəlxalq format da çox vacibdir. Mən bilirəm ki, Rusiya da çox fəal kömək edib 
və edir. Yeri gəlmişkən, Rusiya bizə də həm PZR testləri ilə kömək edib, həm həkim briqadaları, həm də “Sputnik 
V” vaksini göndərib. Biz bilirik ki, bəzən ölkə daxilində də “Sputnik V” vaksini çatışmır, lakin bizim üçün artıq 
220 min doza ayrılıb. Əlbəttə, bizim istifadə etdiyimiz 12 milyon doza ilə müqayisədə bu, kiçik miqdardır, lakin 
hər halda bu da dostluq jestidir. Biz bunu belə qəbul etmişik. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə