Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə327/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   323   324   325   326   327   328   329   330   ...   359
Xarici siyasət 
fəaliyyəti 
249 
düşməyimiz oldu ki, qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz onları elə yoxlamalıyıq 
ki, sonradan dəyişməyək. Ona görə ki, belə vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə 
Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət edir və bu ismarıcları verirdi. Əlbəttə, burada 
insanların Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu etimadın nə dərəcədə vacib olması 
bir daha təsdiqləndi, ona görə ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi. Əlbəttə, 
skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi 
ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı 
şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin 
alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız 
valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur. Səhiyyə Nazirliyi belə də elan edir ki, bu, 
yalnız valideynlərin qərarı ilə həyata keçir. Ona görə də bu iki tədbirin kompleksi ən optimal ssenari üzrə hərəkət 
etməyə imkan verdi. Əlbəttə, belə bir ehtiyatlı optimizm var ki, “omikron” epidemiyanın sonu ola bilər. Bununla 
bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları 
yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: 
tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, - vurğulamaq istəyirəm ki, bu komanda təkcə 
həkimlərdən ibarət olmamalıdır, - ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar 
vermişik. Bu, öz təsirini göstərib. Bu, elə mövzudur ki, fürsətdən istifadə edib, hamıya cansağlığı arzu etmək 
istəyirəm. Ona görə ki, əlbəttə, bu iki il hamı üçün çox mürəkkəb olub. Kimlərinsə daha uğurlu sağalmasına 
baxmayaraq, təəssüf ki, kimlərinsə müalicəsi nisbətən uğursuz olur, insanlar vəfat edir. Bizdə də ölənlər olur. Çox 
ümid etmək istərdim ki, biz artıq bu bəlanın sonuna yaxınlaşırıq. 
Mixail Qusman:
Mehriban xanım, qeyd etmək lazımdır ki, cənab Prezident televiziya formatında müraciət 
edirdi, yaşı “18+” olanlar isə Sizin yazdıqlarınızı sosial şəbəkələrdə oxuyurdular. Obyektivlik naminə həm də 
daim sosial şəbəkələr vasitəsilə müraciət edirdilər. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə