Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
P R E Z İ D E N T K İ T A B X A N A S I
Xarici siyasət
fəaliyyəti
255
məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji
planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var.
Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik.
Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda
etimad, sülh və təhlükəsizlik
tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı
faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə
biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk
növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm,
bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il
noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı
tamamilə reallaşdıra bilək.
Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə,
biz diplomatik münasibətlər
yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl
olmasaydı,
yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə bizim hüquq-müqavilə baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz
arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə
xidmət edəcək.
Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox
minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V”
vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə
işləmək niyyətindəyik.
Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin
çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn
praktiki məsələləri
müzakirə edəcəyik. Sağ olun.
Dostları ilə paylaş: