Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə338/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   334   335   336   337   338   339   340   341   ...   359
 
Prezident İlham Əliyevin
bəyanatı
- Hörmətli Vladimir Vladimiroviç. 
İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvətə görə Sizə təşəkkürümü bildirmək istərdim. Mən yenidən 
Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl 
də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim 
görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə 
Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu 
əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb. 
Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında 
bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik 
səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət 
əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə 
alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 
üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert 
qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox 
geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə
dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili 
işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu 
münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə 
yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də 
gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-
birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün 
məsələləri həll edəcəyik. 
Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat 
intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki
ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə 
artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq. 
Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. 
Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə