Xarici siyasət fəaliyyəti 1 Nitqləri, çıxışları, bəyanatları, müsahibələri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə341/359
tarix28.11.2023
ölçüsü2,51 Mb.
#135887
1   ...   337   338   339   340   341   342   343   344   ...   359
Xarici siyasət 
fəaliyyəti 
260 
kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti 
çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxardıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə 
əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın 
suverenliyini möhkəmlədir. 
Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, 
Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin 
ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır. 
İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi 
məlumatlandıracağam. 
İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam. 
Xoş gəlmisiniz. 
 
XXX
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: 
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə 
sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o 
vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim 
münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi 
görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz 
arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, 
ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd 
ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət 
kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək 
qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə 
bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, 
sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox 
bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli 
münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir. 
Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda 
bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə 
şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd 
etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz 
çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə 
gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun. 
Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim səylərimizi qiymətləndirirsiniz və düzgün 
olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə 
gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, 
bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili 
bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm 
əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən 
gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm 
amildir. 
Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə 
danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və 
münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol 
oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni 
nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi 
tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat 
kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində 
çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi 
də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək. 
Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki
Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə 
bir daha təşəkkür edirəm. 
Prezident 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   359




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə