107
hava qüvvələrinə onlar tərəfindən Azərbaycan Respublikasının
dövlət sərhədinin havadan mühafizə olunması ilə əlaqədar
vəzifələrinin yerinə yetirilməsinə kömək göstərir; şəxslərin və
nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət
sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin
edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədilə
şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və
ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün
terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal
miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər
görür; qanunvericiliklə müəyyən edilmiş qaydada
rəsmiləşdirilmiş sənədlər olduqda şəxslərin, nəqliyyat
vasitələrinin, yüklərin və başqa əmlakın müəyyən olunmuş
məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən
buraxılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş
qaydada narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv,
partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu
silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər
kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən
materialların və avadanlıqların, Azərbaycan Respublikasına
gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması
qadağan edilən digər əşyaların, habelə Azərbaycan
Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən
kənarda əmlakın Azərbaycan Respublikasının dövlət
sərhədindən keçirilməsinin qarşısının alınmasını təmin edir;
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə
əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir. qanunvericiliklə
səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və
ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı
həyata keçirir; Azərbaycan Respublikasının dövlət sərhədindən
keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya
Azərbaycan Respublikasından getmək hüququna dair
sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq
qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda
108
qanunvericiliklə müəyyən edilmiş
tədbirlərin həyata
keçirilməsini təmin edir; kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-
axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların,
əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu
aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata
alır; əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin
səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri
hallarda təxirəsalınmaz tədbirlər keçirməkdə həmin orqanları
dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir; Dövlət
Sərhəd Xidmətində rabitə sistemi və vasitələrinin inkişaf
etdirilməsini və təkmilləşdirilməsini, məlumat təhlükəsizliyini
təmin edir; Azərbaycan Respublikasının sərhədboyu zonasında
tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin
təminində, fövqəladə halların qarşısının alınması və onların
aradan qaldırılması üzrə dövlət tədbirlərinin, həmçinin karantin
tədbirlərinin həyata keçirilməsində qanunvericiliklə müəyyən
edilmiş qaydada iştirak edir; daxili təhqiqatların aparılmasını
təşkil edir; Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq
olaraq digər vəzifələri yerinə yetirir. Dövlət Sərhəd Xidməti öz
təyinatını və vəzifələrini həyata keçirmək üçün aşağıdakı
hüquqlara malikdir:
Azərbaycan Respublikasının dövlət sərhədinin
mühafizəsinin və toxunulmazlığının təmin olunması sahəsində
qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata
keçirmək; Azərbaycan Respublikasının dövlət sərhədindən
keçən şəxslərin qeydiyyatının aparılmasını, qanunvericiliklə
müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılmasını və
ölkə hüdudlarından kənarlaşdırılmasını təmin etmək; xidməti
vəzifələri icra edərkən qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada plomblanmış vaqonların, avtomobillərin,
konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən
gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və
digər aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycan
Respublikasına mənsub olan bölməsində milli maraqlara
109
təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və
digər aidiyyəti orqanların iştirakını təmin etmək mümkün
olmadığı hallarda isə milli təhlükəsizliyi və yaxud dövlət
sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə müstəqil
surətdə) açdırılmasını
təmin etmək; Azərbaycan
Respublikasının dövlət sərhədindən keçən ayrı-ayrı şəxslərə,
nəqliyyat vasitələrinə, yüklərə və başqa əmlaka münasibətdə
qanunvericiliklə müəyyən edilmiş həcmdə əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsini təmin etmək; Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar
səlahiyyətləri daxilində kəşfiyyat və əks-kəşfiyyat tədbirləri
planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri
həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə
istintaq və digər prosessual hərəkətləri həyata keçirmək;
əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və
digər informasiyaların, hesabatların məlumat banklarını
yaratmaq, bu məlumatların təhlilini və onlardan istifadəni təşkil
etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək; səlahiy-
yətlərinə aid edilmiş məsələlər üzrə Azərbaycan Respub-
likasının qanunvericilik aktlarının və Azərbaycan Respub-
likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin sərhəd
xidməti orqanları tərəfindən icrasına nəzarət etmək; Dövlət
Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və
fiziki şəxslərlə müqavilələr bağlamaq; milli təhlükəsizliyin,
mülkiyyətin, insan hüquq və azadlıqlarının təmin edilməsi
məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərmək; müvəqqəti saxlama yerlərində xidmətin
təşkilinə nəzarət etmək; qanunvericiliyə müvafiq olaraq
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə
digər fəaliyyəti həyata keçirmək.
Qeyd olunmuş komitə və Hazirliklərin Fəaliyyət
istiqamətlərində göründüyü kimi. Əməliyyat axtarış
fəaliyyətinin həyata keçirilməsinə prokuror və məhkəmə
nəzarəti ilə yanaşı idarə nəzarətinin də nəzərdə tutulması
əməliyyat axtarış
fəaliyyətinin özünəməxsus
xüsusiyyətlərində irəli gəlir. Əməliyyat axtarış fəaliyyətinin
Dostları ilə paylaş: |