101
Nazirliyin yağından mühafizə, yanğın-xilasetmə, axtarış-
xilasetmə, qəza-xilasetmə birləşmələrinin, aviasiya dəstəsinin
və başqa qüvvələrinin fəaliyyətini təşkil etmək;
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən
mülki müdafiə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin
fövqəladə hallardan qorunması ilə bağlı müəyyən olunmuş
tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində
nəzarət etmək;
Mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə
bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin,
qanunverciliyə uyğun olaraq yaradılmış digər hərbi birləş-
mələrin və qurumların qarşılıqlı fəaliyyətini əlaqələndirmək;
Mülki müdafiə qoşunlarının, yanğından mühafizə xidməti
və digər hərbiləşdiriliş qurumların hərbi və səfərbərlik hazırlığı
səviyyəsinin saxlanmasını təmin etmək;
Fövqəladə hallarda və müharibə zamanı mülki müdafiə
və hərbiləşdirilmiş xüsusi mühafizə xidməti qüv-vələrinin,
yanğından mühafizə xidməti hissələrinin və digər qurumların
maddi-texniki və insan resurslarının səfərbər edilməsi
imkanlarının cari və perspektiv planlaşdırılmasını öz
səlahiyyətləri daxilində həyata keçirmək;
Mülki müdafiənin texniki idarəetmə sisteminin və
əhalinin hərbi əməliyyatlar zamanı və ya bunun nəticəsi olaraq
yaranmış və yarana biləcək təhlükələr barədə xəbər-dar
edilməsi sisteminin yaradılmasını və daim hazır və-ziyyətdə
saxlanmasını təmin etmək;
Potensial təhlükəli obyektlərin yerləşdiyi ərazilərdə lokal
xəbərdarlıq sisteminin yaradılmasını təmin etmək;
Sığınacaqların və mülki müdafiənin digər obyek-tlərinin,
o cümlədən ikili təyinatlı obyektlərin yaradılması və hazırlıq
vəziyyətində saxlanmasına, əhalinin radiasiya, kimyəvi və
bioloji müdafiəsinin təşkilinə metodiki rəhbərlik etmək və bu
sahədə nəzarəti həyata keçirmək;
Əhalinin içməli su təminatının təhlükəsizliyi məqsədi ilə
içməli su mənbələrinin istismarı zamanı təhlükəsizlik, sanitar-
102
gigiyena qaydalarına və normalarına əməl olun-masına
müvafiq dövlət orqanları ilə birgə nəzarət etmək;
Öz səlahiyyətlərini həyata keçirərkən insan və vətəndaş
hüquqları və azadlıqlarını təmin etmək və onların pozulmasının
qarşısını almaq;
Nazirlik sistemində maddi və maliyyə vəsaitlərindən
istifadəyə nəzarət etmək, müəyyən olunmuş qaydada uçotunu
və təftişini təşkil etmək;
Nazirlik öz vəzifələrini həyata kecirmək üçün bi sıra
hüquqlara malikdir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən
mülki müdafiə tədbirlərinin həyata keçirilməsi hazırlığını
müəyyən olunmuş qaydada yoxlamaq;
Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünü-idarəetmə
orqanları tərəfindən fövqəladə hallar zamanı əhalının və
ərazilərin müdafiəsi üçün nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi hazırlığını müəyyən edilmiş qaydada yoxlamaq;
Dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən
Nazirliyin nəzarət funksiyalarına aid edilmiş məsələlərlə bağlı
qanunverciliyin tələblərinə riayət olunmasını müəyyən
olunmuş qaydada yoxlamaq və pozuntu aşkar olunduğu
təqdirdə, qanunvericliklə müəyyən edilmiş tədbirlər görmək;
Nazirliyin səlahiyyətlərinə aid olan məsələlər barədə
lazım olan məlumatları və sənədləri əldə etmək üçün dövlət və
yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu
vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;
Qanunverciliklə müəyyən edilən hallarda və qaydada
əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, təhqiqat və
ibtidai istintaq aparmaq;
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyinin
stukturunda müəyyən
əməliyyat-axtarış
tədbirlərinin həyata kecirilməsi əsasən əməliyyat istintaq
idarəsinə tapşırılmışdır.
Azərbaycan Respublikasının 27 oktyabr 1998-ci il
tarixli Prezidentin fərmanı ilə təsdiq edilmiş Dövlət
Gömrük Komitəsi haqqında Əsasnamədə Komitənin
103
fəaliyyət istiqamətləri göstərilmişdir. Orada qeyd edilir ki,
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük
işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra
hakimiyəti orqanı olmaqla öz səlahiyyətləri daxilində
Azərbaycan Respublikasının iqtisadi mənafeyni və
təhlükəsizliyini qoruyur, gömrük siyasətini həyata
keçirir.Gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair
və diqər qanunvericiliyinə əməl olunmasını təmin edir.
Komitəyə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinin sədri rəhbərlik
edir. Sədr komitəyə həvalə edilmiş vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata kecirilməsi ücün şəxsən
məsuliyyət daşıyır. Dövlət Gömrük Komitəsi Əsasnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq
aşağıda qeyd olunan vəzifələri həyata kecirir.
Qaçaqmalçılıga və gömrük işi sahəsində digər cinayətlərə
qarşı mübarizə aparılmasını təşkil edir. Azərbaycan
Respublikasının gömrük orqanları tərəfindən bu cür cinayətlər
üzrə qüvvədə olan qanunvericilik aktlarına müvafiq olaraq
təhqiqat, ibtidai istintaq aparılmasını və əməliyyat-axtarış
fəaliyyəti həyata keçirilməsini təmin edir.
Gömrük qaydalarının pozulmasına və Azərbaycan
Respublikasının gömrük orqanlarının nominal fəaliyyətinə
qəsd edən inzibatı hüquqpozmalara qarşı mübarizəni təşkil
edir.
Narkotik vasitələrin və psixotrop maddələrin, silahların,
Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və
arxeoloji sərvətləri olan əşyaların, intellektual mülkiyyət
obyektlərinin, habelə digər malların gömrük sər-hədindən
qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər
sistemi hazırlayır və həyata keçirir.
Azərbaycan Respublikasının dəmir yolu vağzal-larında,
hava və dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin
fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və
Dostları ilə paylaş: |