104
beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası
hüquq-mühafizə orqanlarına köməklik göstərir.
Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli
şəxsləri tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər
cinayətlər, gömrük qaydalarının pozulması işləri və
Azərbaycan Respublikasının gömrük orqanlarının normal
fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalar haq-qında işlər
üzrə icraat zamanı, habelə əməliyyat-axtarış tədbirləri həyata
keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarəti həyata
keçirir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq
aşağıdakı hüquqları vardır:
Ona həvalə edilmis vəzifə və funksiyaları yerinə
yetirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil
olmaqla hüquqi-təşkilati formasından asılı olmayaraq,
müəssisələrdən və təşkilatlardan, habelə vəzifəli şəxslərdən və
fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək.
Tabeçiliyindəki idarələrin, müəssisələrin və təşkilatların
fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini və
nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini təyin etmək,
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və təftişini
həyata keçirmək.
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının ( 2004 – 2006-ci illər ) təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2004-cü 3 sentyabr
tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə və Dövlət Qullugunu İdarəetmə Şurası yanında
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya
tapşırılmışdır ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin
vəziyyətini təhlil etsin və bu barədə altı ayda bir dəfə
Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim
etsin.
Dövlət Proqramı üzrə tədbirlərin 3.7-ci bəndində nəzərdə
tutulmuş korrupsiyaya qarşı mübarizə məqsədi ilə hüquq-
105
mühafizə orqanları aparatlarında daxili nəzarətin təşkil
edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezi-dentinin
2004-cü il 30 iyun tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin
strukturunda Daxili Təhlükəsizlik İdarəsi yara-dılmışdır.
Həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsində korrupsiya cinayətləri
üzrə əməliyyat-axtarış tədbirləri şöbəsi yaradılmışdır. Vergilər
Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin strukturu və
funksiyaları təkmilləşdirilərək onun bazasında Daxili Audit
Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi yaradılmışdır.
Dövlət Gömrük Komitəsinin Daxili Təhqiqat-lar İdarəsi
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr
tarixli fərmanı ilə Daxili Təhlükəsizlik İdarəsi adlandırılmışdır.
Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Sərhəd Xidmətində
daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölmələrə
həvalə olunmuşdur.
12 dekabr 2002-ci ildə Azərbaycan Respublika-sının
Dövlət Sərhəd Xidməti haqqında Əsasnamədə göstərilir ki,
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan
sonra Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası
prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış,
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi
sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanıdır. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbay-can
Respublikasının qanunlarını, Azərbaycan Respub-likası
prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin
normativ hüquqi aktlarını rəhbər tutur. Dövlət Sərhəd Xidməti
ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi
hissələr və digər orqanlar vasitəsilə həyata keçirir. Dövlət
Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və
106
digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi
aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri,
sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur
bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.
Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və
azad-lıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüv-
vələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.
Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təşkili
ümümiyyətlə, Dövlət Sərhəd Xidməti bilavasitə Azərbaycan
Respublikasının Prezidentinə tabedir və ona hesabat verir.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının
komandanı Dövlət Sərhəd Xidmətinə rəhbərlik edir. Dövlət
Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd
Xidmətinin işini təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir.
Həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların
həyata kecirilməsi ücün şəxsən məsuliyyət daşıyır. Dövlət
Sərhəd Xidmətinin baş idarə, idarə, şöbə və digər qurumlarının
əsasnamələrini, nizamnamələrini təsdiq edir, onların
fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini
təmin edir; işçilərlə əmək müqavilələrinin bağlanılması və
onlara xitam verilməsi məsələlərinə dair vəzifəli şəxslərin
səlahiyyətlərini müəyyən edir; Əsasnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıda qeyd olunan
vəzifələri həyata kecirir. Azərbaycan Respublikasının dövlət
sərhədində real və potensial təhdidlərin dəf edilməsini, sərhəd
boyu zonada əhalinin, mülkiyyətin hər cür əməllərdən
qorunmasını, onların qarşısının alınmasını təşkil edir;
səlahiyyətləri daxilində sərhəd münaqişələrinin nizama
salınması üçün tədbirlər görür, zəruri hallarda həmin
münaqişələrin həlli məqsədilə aidiyyəti dövlət orqanlarına
müraciət edir; Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin Hava hücumundan müdafiə qoşunları və hərbi
Dostları ilə paylaş: |