X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə34/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
104
beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası 
hüquq-mühafizə orqanlarına köməklik göstərir. 
Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli 
şəxsləri tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər 
cinayətlər, gömrük qaydalarının pozulması  işləri və 
Azərbaycan Respublikasının gömrük orqanlarının normal 
fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalar haq-qında işlər 
üzrə icraat zamanı, habelə  əməliyyat-axtarış  tədbirləri həyata 
keçirilərkən qanunçuluğa  əməl olunmasına nəzarəti həyata 
keçirir. 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq 
aşağıdakı hüquqları vardır: 
Ona həvalə edilmis vəzifə    və funksiyaları yerinə 
yetirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil 
olmaqla hüquqi-təşkilati formasından asılı olmayaraq, 
müəssisələrdən və təşkilatlardan, habelə vəzifəli şəxslərdən və 
fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək. 
Tabeçiliyindəki idarələrin,  müəssisələrin və təşkilatların 
fəaliyyətinə  rəhbərlik etmək, onların  əsasnamələrini və 
nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini təyin etmək, 
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını  və  təftişini 
həyata keçirmək. 
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət 
Proqramının ( 2004 – 2006-ci illər ) təsdiq edilməsi barədə” 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü 3 sentyabr 
tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə və Dövlət Qullugunu İdarəetmə Şurası yanında 
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya 
tapşırılmışdır ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət 
Proqramının yerinə yetirilməsi ilə  əlaqədar görülən işlərin 
vəziyyətini təhlil etsin və bu barədə altı ayda bir dəfə 
Azərbaycan Respublikasının Prezidentinə  məlumat təqdim 
etsin. 
Dövlət Proqramı üzrə tədbirlərin 3.7-ci bəndində nəzərdə 
tutulmuş korrupsiyaya qarşı mübarizə  məqsədi ilə hüquq-


 
105
mühafizə orqanları aparatlarında daxili nəzarətin təşkil 
edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezi-dentinin 
2004-cü il 30 iyun tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin 
strukturunda Daxili Təhlükəsizlik  İdarəsi yara-dılmışdır. 
Həmçinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil 
Cinayətkarlıqla Mübarizə  İdarəsində korrupsiya cinayətləri 
üzrə əməliyyat-axtarış tədbirləri şöbəsi yaradılmışdır. Vergilər 
Nazirliyinin Daxili Nəzarət Baş  İdarəsinin strukturu və 
funksiyaları  təkmilləşdirilərək onun bazasında Daxili Audit 
Baş  İdarəsi və Daxili Təhlükəsizlik  İdarəsi yaradılmışdır. 
Dövlət Gömrük Komitəsinin Daxili Təhqiqat-lar  İdarəsi 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr 
tarixli fərmanı ilə Daxili Təhlükəsizlik İdarəsi adlandırılmışdır. 
Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Sərhəd Xidmətində 
daxili nəzarətin həyata keçirilməsi ayrıca struktur bölmələrə 
həvalə olunmuşdur. 
12 dekabr 2002-ci ildə Azərbaycan Respublika-sının 
Dövlət Sərhəd Xidməti haqqında  Əsasnamədə göstərilir ki, 
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan 
sonra Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası 
prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış, 
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi 
sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş  səlahiyyətləri həyata keçirən mərkəzi icra 
hakimiyyəti orqanıdır. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində 
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbay-can 
Respublikasının qanunlarını, Azərbaycan Respub-likası 
prezidentinin fərman və 
sərəncamlarını, Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərar və  sərəncamlarını, 
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələri,  Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin 
normativ hüquqi aktlarını rəhbər tutur. Dövlət Sərhəd Xidməti 
ona həvalə edilmiş  vəzifələri bilavasitə  və tabeliyindəki hərbi 
hissələr və digər orqanlar vasitəsilə  həyata keçirir. Dövlət 
Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və 


 
106
digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi 
aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri
sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur 
bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. 
Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və 
azad-lıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüv-
vələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur. 
Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin təşkili 
ümümiyyətlə, Dövlət Sərhəd Xidməti bilavasitə Azərbaycan 
Respublikasının Prezidentinə tabedir və ona hesabat verir. 
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının 
komandanı Dövlət Sərhəd Xidmətinə  rəhbərlik edir. Dövlət 
Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. 
Dövlət Sərhəd Xidmətinin rəisi Dövlət Sərhəd 
Xidmətinin işini təşkil edir, onun fəaliyyətinə  rəhbərlik edir. 
Həvalə edilmiş  vəzifələrin yerinə yetirilməsi və hüquqların 
həyata kecirilməsi ücün şəxsən məsuliyyət daşıyır. Dövlət 
Sərhəd Xidmətinin baş idarə, idarə, şöbə və digər qurumlarının 
əsasnamələrini, nizamnamələrini təsdiq edir, onların 
fəaliyyətinə  nəzarəti təşkil edir və  işinin  əlaqələndirilməsini 
təmin edir; işçilərlə  əmək müqavilələrinin bağlanılması  və 
onlara xitam verilməsi məsələlərinə dair vəzifəli  şəxslərin 
səlahiyyətlərini müəyyən edir; Əsasnamə ilə müəyyən edilmiş 
fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıda qeyd olunan  
vəzifələri həyata kecirir.  Azərbaycan Respublikasının dövlət 
sərhədində real və potensial təhdidlərin dəf edilməsini, sərhəd 
boyu zonada əhalinin, mülkiyyətin hər cür əməllərdən 
qorunmasını, onların qarşısının alınmasını  təşkil edir; 
səlahiyyətləri daxilində  sərhəd münaqişələrinin nizama 
salınması üçün tədbirlər görür, zəruri hallarda həmin 
münaqişələrin həlli məqsədilə aidiyyəti dövlət orqanlarına 
müraciət edir; Azərbaycan Respublikasının Silahlı 
Qüvvələrinin Hava hücumundan müdafiə qoşunları  və  hərbi 


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə