X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
98
     Azərbaycan Respublikası vergi məcəlləsinin 24-cü 
maddəsinə 
əsasən Vergi orqanlarının vəzifələri  
aşağıdakılardır: 
Vergilərin düzgün hesablanmasına,  tam və vaxtında 
ödənilməsinə    nəzarət etməyə; vergi qanunverciliyinə tam və 
dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni 
mənafelərini gözləməyə  və müdafiə etməyə; vergi 
qanunverciliyinin pozulması hallarına dair məlumatları 
toplamağa, təhlil etməyə  və qiymətləndirməyə, belə halların 
baş verməsinə  gətirib çıxaran səbəblərin və  şəraitin aradan 
qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə; 
vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və 
kommersiya sirrinin qorunması qaydalarına riayət etməyə  və 
onu təmin etməyə; vergi ödəyiciləri vergi yoxlamalarının 
nəticələri haqqında  aktın, habelə qanunve-riciliklə müəyyən 
edilmiş hallarda vergi orqanının qərarınlın surətini verməyə; 
tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata 
keçirməyə və s. 
 Azərbaycan Respublikasının 18 aprel 2006 tarixli 
Prezidentin fərmanı ilə  təsdiq edilmiş  Ədliyyə Nazirliyi 
haqqında  Əsasnamədə Nazirliyin fəaliyyət istiqamətləri 
göstərilmişdir. Orada qeyd edilir ki, Ədliyyə Nazirliyi 
penitensial müəssisələrin fəaliyyətini təşkil edir və  nəzarəti 
həyata kecirir, həmcini qanunvericiliklə müəyyən edilmiş 
hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır. Nazirliyə 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə 
təyin və  vəzifədən azad edilən Azərbaycan Respublika-sının 
Ədliyyə Naziri rəhbərlik edir. Nazir nazirliyə  həvalə edilmiş 
vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata kecirilməsi 
ücün  şəxsən məsuliyyət daşıyır. Nazirlik Əsas-namə ilə 
müəyyən edilmiş  fəaliyyət istiqamətlərinə uyğun olaraq 
aşağıda qeyd olunan  vəzifələri həyata kecirir. 
Penitensiar xidmətin fəaliyyətini təşkil etmək və  
penitensiar müəssisələrin idarə olunmasını, o cümlədən rejim 
qaydalarının, təhlükəsizlik tədbirlərinin,  əməliyyat- axtarış 
fəaliyyətinin həyata kecirilməsini təmin etmək; 


 
99
Cəzaları icra edən müəssisə  və orqanların fəaliy-yətinə
cəzaların icrası  və  həbsdə saxlama zamanı normatif hüquqi 
akların tələblərinə, o cümlədən cəzaların çəkilməsi  şərtlərinə 
əməl olunmasına nəzarəti həyata keçirmək; 
Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə  əlaqədar 
olmayan cəzaların icrasını, azadlıqdan məhrumetmə, azadlığın 
məhdudlaşdırılması,  habelə barələrində həbs qətimkan tədbiri 
seçilmiş  şəxslərin saxla-nılması, mühafizəsi və müşayiət 
olunmasını  təşkil etmək və bu sahələrdə  nəzarəti həyata 
keçirmək; 
 Məhkumların hüquqlarının müdafiəsini, onların maddi-
məişət təminatının həyata kecirilməsini, habelə onlara tibb 
xidmətinin göstərilməsinin təmin olunmasını təşkil etmək; 
       Nazirliyin  sistemində maddi və maliyyə  vəsaitlərinin 
uçotunu təşkil etmək, onların istifadəsinə  nəzarət etmək, 
stuktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılması ilə 
əlaqədar müvafiq tədbirlər görmək; 
      Qanunverciliyə uyğun olaraq, dövlət sirrinin və  məxfilik 
rejiminin qorunması üçün zəruri tədbirlər, habelə  fəaliyyət 
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək; 
       Nazirlik  öz  vəzifələrini həyata kecirmək üçün bi sıra 
hüquqlara malikdir. Nazirlik sisteminə daxil olan qurum-
ların fəaliyyətini yoxlamaq və təftişini həyata kecirmək. 
Ədliyyə sahəsi üzrə dövlət və yerli özünü idarə orqanlarına, 
fiziki və hüquqi şəxslərə  zəruri məlumatlar barədə sorğu 
vermək və onlardan məlumatlar, sənədlər almaq; Məhkumların 
və  həbsdə sağlanılan  şəxslərin müşayiətini təşkil etmək və 
penitensial müəssisələrin mühafizəsini həyata kecirmək 
məqsədi ilə xüsusi bölmələr yaradmaq; Penitensial 
müəssisələrdə  təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 
tədbirlər həyata kecirmək; Məhkümların təhlükə-sizliyini və 
mühafizəsini təmin edən obyektlərin kino, foto və video 
cəkilişlərinə icazə vermək; Ibtidai istindaq və əməliyyat-axtarış 
fəaliyyəti ilə  əlaqədar qanunvericiliklə müəyyənləşdirilmiş 
hüquqlar həyata kecirmək;            


 
100
 Azərbaycan Respublikasının 19 aprel 2006 tarixli 
Prezidentin fərmanı ilə  təsdiq edilmiş Fövqəladə Hallar 
Nazirliyi haqqında  Əsasnamədə Nazirliyin fəaliyyət 
istiqamətləri göstərilmişdir. Orada qeyd edilir ki, Fövqəladə 
Hallar Nazirliyi Mülki müdafiəni,  əhalinin və  ərazilərin 
fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqə-ladə 
halların qarşısının alınması  və  nəticələrinin aradan 
qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin
sənayedə  və dağ  mədən işlərində texniki təhlükəsizliyinin,   
tikintidə  təhlükəsizliyin təmin olunmasını, dövlət material 
ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, 
texnogen və terror təhlükələrinə  məruz qalan strateji 
əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların 
mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və 
humanitar yardımların idarə olunmasını  təşkil edir və  həyata 
keçirir;  
Nazirliyə Azərbaycan Respublikasının Prezidenti 
tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan 
Respublikasının Fövqəladə Hallar Naziri rəhbərlik edir. Nazir 
nazirliyə  həvalə edilmiş  vəzifələrin yerinə yetirilməsi və 
hüquqların həyata kecirilməsi ücün şəxsən məsuliyyət daşıyır. 
Nazirlik 
Əsasnamə ilə müəyyən edilmiş 
fəaliyyət 
istiqamətlərinə uyğun olaraq aşağıda qeyd olunan  vəzifələri 
həyata kecirir. 
  Müvafiq  dövlət orqanları ilə birlikdə öz səlahiyyətləri 
daxilində ölkənin milli təhlükəsizliyi üçün mühüm infrastruktur 
obyektlərinin siyahısını; 
Fövqəladə halların qarşısının alınması  və  nəticələrinin aradan 
qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli 
Konsepsiyasının və digər dövlət proqramlarının yerinə 
yetirilməsini təmin etmək; 
Təhlükə doğura biləcək obyektlərdə qanunverciliklə  və 
normativ-texniki sənədlərlə müəyyən edilmiş texniki 
təhlükəsizlik tələblərinə  əməl edilməsinə  nəzarəti həyata 
keçirmək; 


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə