X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
95
məlumat banklarını yaratmaq, bu məlumatların təhlilini və 
onlardan istifadəni təşkil etmək, arayış-məlumat fəaliyyətini 
həyata kecirmək;  İnformasıya  sistemlərindən radioelektron, 
video, audio, kino, foto çəkilişlərdən, digər  metod və 
vasitələrdən istifadə etmək; Rabitə müəssisələrinə  əməliyyat-
axtarış  tədbirlərinin texniki-təşkilatı  təminatına dair şərtləri 
müəyyənləşdirmək və onların icrasına nəzarət etmək; 
Səlahiyyətləri daxilində Nazirlikdə kargüzarlıq işinin, habelə 
kəşfiyyat və  əks-kəşfiyyat fəaliyyətinin sənədləşdirilməsi, 
əməliyyat, arxiv və istifadəsi qaydalarını müəyyən etmək, arxiv 
işinin aparılmasına dair tələbləri müəyyənləşdirmək, kəşfiyyat 
və  əks-kəşfiyyat tədbirlərini özündə  əks etdirən  əməliyyat-
qeydiyyat işlərinin növlərini, qeydiyyatı  və aparılması 
qaydalarını  təsdiq etmək; Azərbaycan Respulikasının Dövlət 
Sərhəd Xidməti ilə razılaşdırılmış qaydada     Azərbaycan 
Respulikasının dövlət sərhədində əməliyat-axtarış, kəşfiyyat və 
əks-kəşfiyyat tədbirlərini həyata keçirmək; Xarici xüsusi 
xidmət və hüquq mühafizə orqanları ilə  əlaqələr qurmaq, 
qanunverciliklə müəyyən edilmiş qaydada onlarla əməliyyat 
məlumatlarının və xüsusi texniki vasitələrin mübadiləsini 
həyata həyata keçirmək; Nazirliyin baş idarə,  şöbə  və digər 
qurumlarınin  əsasnamələrini təsdiq edir, onların fəaliyyətinə 
nəzarəti təşkil edir və  işinin  əlaqələndirilməsini təmin edir; 
Qanunvericiliklə müəyyən edilmiş qaydada milli 
təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Nazirliyin hərbi 
qulluqçularını  hərbi xidmətdə saxlanılmaqla Azərbaycan 
Respublikasının dövlət orqanlarına ezam edir; 
         Udüsü    vü    üğüdşnnfе    fçеfkgj  aüfdşnüеştş    rünfеf  
luöşküt vşpük  hkyftdfkgt  aüfdşnnüеştş    tşəfğdfnft  
yftqtmukşsşdşl  flеdfkgtvf vf  iq  aüfdşnnüеü  şvfküvfçşdş  
tüəfküеşt  rüğşt  hkyftdfkgt küriüdükş    еüküaştvüt  nəzarət 
еdilir.  
           11 iyul 2000-ci il tarıxdə  təsdiq edilmiş Azərbaycan 
Respublikası vergi məcəlləsinin 20-ci maddəsində qeyd 
olunur ki, Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), 
habelə tutulması dövlət, gömrük orqanlarının səlahiyyətlərinə 


 
96
aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla
vergilərin tam vaxtında ödənilməsinə    nəzarəti həyata 
keçirirlər.                           
           Azərbaycan Respublikasında dövlət vergi orqanlarını 
müvafiq icra hakimiyyəti orqanı  və bilavasitə ona tabe olan 
vergi orqanları  təşkil edir. Vergi orqanları öz səlahiyyətləri 
çərcivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini 
həyata keçirirlər. Vergi orqanları öz fəaliyyətini yerli dövlət 
hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata 
keçirirlər. Vergi orqanları  tərəfindən onların səlahiyyətləri 
daxilində  qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər 
üçün məcburidir. 
      
Azərbaycan Respublikası vergi məcəlləsinin 23-cü 
maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 
kameral və  səyyar vergi yoxlamalarını, operativ vergi 
nəzarətini kecirmək; vergi ödəyicilərindən bütün maliyyə 
sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd 
vəsaitləri, qiymətli kağızları  və başqa qiymətliləri,  
bəyannamələri və vergilərin hesablanması  və ödənilməsi ilə 
bağlı olan digər sənədləri qanunverciliklə müəyyən edilmiş 
qaydada yoxlamaq, habelə yoxlamaların kecirilməsi zamanı 
yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və 
ya onun vəzifəli  şəxslərindən lazımı izahatlar, arayışlar və 
məlumatlar almaq; vergi ödəyicilərinin gəlir götürmək üçün 
istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması 
ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında 
(ərazilərində) qanunverciliklə müəyyən edilmiş qaydada 
xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, 
sənədləri və  əşyaları götürmək, mülkiyyətində  və ya 
istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) 
müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq edilmiş 
qaydada invertarizasiyasını aparmaq; vergi ödəyicilərindən 
vergi qanunvericiliyinin pozulması hallarının aradan 
qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən 
yoxlanmalı olduğu halda auditor rəyini tələb etmək; qanunla 
müəyyən edilmiş qaydada vergi qanunverciliyinin pozulması 


 
97
ilə bağlı  işlərə baxmaq, hüquqi və fiziki şəxsələrin vergi 
borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları 
və inzibati cərimələr tətbiq etmək; müəyyən edilmiş 
müddətlərdə ödənilməmiş vergilərin faizlərin, maliyyə 
sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən 
edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 
Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesabla-
rından qanunverciliyə müvafiq olaraq hesablanmış vergilər 
üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sank-
siyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər 
kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərən-cam 
vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 
Vergi orqanları öz səlahiyyətləri çərcivəsində Əməliyyat-
axtarış  fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada 
vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata 
keçirtmək; “Əməliyyat-axtarış 
fəaliyyəti haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş 
hallarda və qaydada binalara (yaşayış sahələri istisna olmaqla) 
qurğulara və torpaq sahələrinə daxil olmaq və baxış kecirmək. 
Əməliyyat-axtarış 
fəaliyyəti haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və 
qaydada nəzarət qayda-sında mal alqısını  həyata keçirtmək; 
Azərbaycan Respub-likasının Cinayət-Prosessual Məcəlləsi ilə 
müəyyən edilmiş qaydada təhqiqat aparmaq; 
aksiz markası ilə markalanmalı olan malların markalanmadan 
satışının həyata keçirməsi aşkar edildikdə, həmin malları 
siyahiya almaq və vergi ödəyicisində  və ya onun razılığı ilə 
vergi orqanlarının vəzifəli  şəxsləri tərəfindən müəyyən edilən 
yerlərdə məsul saxlamaya qoymaq; mütəxəssisləri, ekspertləri, 
tərcüməçiləri, müşahidəçiləri cəlb etmək; 
məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası 
olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların 
satışını qanunverciliyə uyğun olaraq təşkil etmək; 


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə