X.Ə. Bayramzadə



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix23.11.2017
ölçüsü5,13 Kb.
#12114
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
107
hava qüvvələrinə onlar tərəfindən Azərbaycan Respublikasının 
dövlət sərhədinin havadan mühafizə olunması ilə  əlaqədar 
vəzifələrinin yerinə yetirilməsinə kömək göstərir;  şəxslərin və 
nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının dövlət 
sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını  təmin 
edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədilə 
şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və 
ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün 
terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal 
miqrantların yerdəyişməsinin qarşısının alınması üzrə tədbirlər 
görür; qanunvericiliklə müəyyən edilmiş qaydada 
rəsmiləşdirilmiş  sənədlər olduqda şəxslərin, nəqliyyat 
vasitələrinin, yüklərin və başqa  əmlakın müəyyən olunmuş 
məntəqələrdə Azərbaycan Respublikasının dövlət sərhədindən 
buraxılmasını  təmin edir; qanunvericiliklə müəyyən edilmiş 
qaydada narkotik vasitələrin, psixotrop maddələrin və 
prekursorların, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, 
partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu 
silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər 
kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən 
materialların və avadanlıqların, Azərbaycan Respublikasına 
gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması 
qadağan edilən digər  əşyaların, habelə Azərbaycan 
Respublikasının dövlət sərhədindən buraxılış  məntəqələrindən 
kənarda  əmlakın Azərbaycan Respublikasının dövlət 
sərhədindən keçirilməsinin qarşısının alınmasını  təmin edir; 
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə 
əlaqədar səlahiyyətləri daxilində  əməliyyat-axtarış, kəşfiyyat 
və  əks-kəşfiyyat fəaliyyətini həyata keçirir. qanunvericiliklə 
səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə  təhqiqat və 
ibtidai istintaq aparır, inzibati xətalar haqqında işlər üzrə icraatı 
həyata keçirir; Azərbaycan Respublikasının dövlət sərhədindən 
keçən  şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya 
Azərbaycan Respublikasından getmək hüququna dair 
sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq 
qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda 


 
108
qanunvericiliklə müəyyən edilmiş 
tədbirlərin həyata 
keçirilməsini təmin edir; kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-
axtarış  fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, 
əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu 
aparır,  əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata 
alır;  əməliyyat-axtarış  fəaliyyətinin digər subyektlərinin 
səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri 
hallarda təxirəsalınmaz tədbirlər keçirməkdə  həmin orqanları 
dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir; Dövlət 
Sərhəd Xidmətində rabitə sistemi və vasitələrinin inkişaf 
etdirilməsini və  təkmilləşdirilməsini, məlumat təhlükəsizliyini 
təmin edir; Azərbaycan Respublikasının sərhədboyu zonasında 
tətbiq edilən fövqəladə  və ya hərbi vəziyyət rejiminin 
təminində, fövqəladə halların qarşısının alınması  və onların 
aradan qaldırılması üzrə dövlət tədbirlərinin, həmçinin karantin 
tədbirlərinin həyata keçirilməsində qanunvericiliklə müəyyən 
edilmiş qaydada iştirak edir; daxili təhqiqatların aparılmasını 
təşkil edir; Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq 
olaraq digər vəzifələri yerinə yetirir. Dövlət Sərhəd Xidməti öz 
təyinatını  və  vəzifələrini həyata keçirmək üçün aşağıdakı 
hüquqlara malikdir: 
Azərbaycan Respublikasının dövlət sərhədinin 
mühafizəsinin və toxunulmazlığının təmin olunması sahəsində 
qanunvericiliklə müəyyən edilmiş  səlahiyyətləri həyata 
keçirmək; Azərbaycan Respublikasının dövlət sərhədindən 
keçən  şəxslərin qeydiyyatının aparılmasını, qanunvericiliklə 
müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və 
vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə buraxılmasını və 
ölkə hüdudlarından kənarlaşdırılmasını  təmin etmək; xidməti 
vəzifələri icra edərkən qanunvericiliklə müəyyən edilmiş 
hallarda və qaydada plomblanmış vaqonların, avtomobillərin, 
konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən 
gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük və 
digər aidiyyəti orqanlarla birlikdə (Xəzər dənizinin Azərbaycan 
Respublikasına mənsub olan bölməsində milli maraqlara 


 
109
təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük və 
digər aidiyyəti orqanların iştirakını  təmin etmək mümkün 
olmadığı hallarda isə milli təhlükəsizliyi və yaxud dövlət 
sərhədinin toxunulmazlığını  təmin etmək məqsədilə müstəqil 
surətdə) açdırılmasını 
təmin etmək; Azərbaycan 
Respublikasının dövlət sərhədindən keçən ayrı-ayrı  şəxslərə, 
nəqliyyat vasitələrinə, yüklərə  və başqa  əmlaka münasibətdə 
qanunvericiliklə müəyyən edilmiş  həcmdə  əməliyyat-axtarış 
tədbirlərinin həyata keçirilməsini təmin etmək; Azərbaycan 
Respublikasının dövlət sərhədinin mühafizəsi ilə  əlaqədar 
səlahiyyətləri daxilində  kəşfiyyat və  əks-kəşfiyyat tədbirləri 
planlaşdırmaq, həyata keçirmək və bununla bağlı  məsələləri 
həll etmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə 
istintaq və digər prosessual hərəkətləri həyata keçirmək; 
əməliyyat-məlumat, əməliyyat-sorğu, axtarış məlumatlarının və 
digər informasiyaların, hesabatların məlumat banklarını 
yaratmaq, bu məlumatların təhlilini və onlardan istifadəni təşkil 
etmək, arayış-məlumat fəaliyyətini həyata keçirmək; səlahiy-
yətlərinə aid edilmiş  məsələlər üzrə Azərbaycan Respub-
likasının qanunvericilik aktlarının və Azərbaycan Respub-
likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin sərhəd 
xidməti orqanları  tərəfindən icrasına nəzarət etmək; Dövlət 
Sərhəd Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün hüquqi və 
fiziki  şəxslərlə müqavilələr bağlamaq; milli təhlükəsizliyin, 
mülkiyyətin, insan hüquq və azadlıqlarının təmin edilməsi 
məsələləri üzrə müvafiq dövlət orqanları ilə qarşılıqlı  əlaqədə 
fəaliyyət göstərmək; müvəqqəti saxlama yerlərində xidmətin 
təşkilinə  nəzarət etmək; qanunvericiliyə müvafiq olaraq 
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə 
digər fəaliyyəti həyata keçirmək. 
Qeyd olunmuş komitə  və Hazirliklərin  Fəaliyyət  
istiqamətlərində göründüyü kimi. Əməliyyat axtarış  
fəaliyyətinin  həyata  keçirilməsinə prokuror  və    məhkəmə  
nəzarəti  ilə  yanaşı  idarə  nəzarətinin  də nəzərdə  tutulması  
əməliyyat  axtarış 
 
fəaliyyətinin  özünəməxsus 
xüsusiyyətlərində  irəli  gəlir.   Əməliyyat  axtarış  fəaliyyətinin  


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə