92
təhlükəsizlik orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə
əsaslı normativ hüquqi baza yaradılmış, milli maraqların xarici
və daxili təhdidlərdən qorunması istiqamətində mühüm
tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və
digər sahələrdə sürətli inkişafı və dünya birliyinə inteqrasiyası
milli təhlükəsizlik sisteminin müasir dövrün tələblərinə və
beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir. Qlobal
və regional təhlükəsizliyin təmin edilməsində ölkəmizin
iştirakı, milli təhlükəsizliyə təhdid-lərin aşkarlanması və
qarşısının alınması
təhlükəsizlik orqanlarının yeni
texnologiyalardan və informasiya-kom-munikasiya
sistemlərindən, son elmi nailiyyətlərdən geniş istifadə etməsini,
əməkdaşlarının peşəkarlığının artirilma-sını
və digər
dövlətlərin xüsusi xidmət orqanları ilə tərəf-daşlıq
münasibətlərinin inkişaf etdirilməsini şərtləndirir.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin
mühafizəsi, habelə aqressiv separatizm, terrorizm və transmilli
mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər
təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının
fəaliyyətini daha da təkmiləş-dirmək, maddi-texniki bazasını
və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə
qərara alınmışdır:
Azərbaycan Respublikasında milli təhlükəsizlik
orqanlarının fəaliyyətinin təkminləşdirilməsinə dair dövlət
proqramı (2007-2011-ci illər) təsdiq edilsin.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini tənzimləyən
normativ hüquqi aktda həmin fəaliyyətin həyata
keçirilməsinə nəzarət məsələsi əks olunmuşdur. Qeyd
olunur ki, xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrini
lazimi səviyyədə yerinə yetirilməsi, kəşfiyyat və əks-
kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi zamanı
qanunçuluğa əməl olunması məqsədilə kəşfiyyat və əks-
kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar nəzarət
həyata keçirilir.
93
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili
nəzarəti Azərbayсan Respublikası qanunveriсiliyi ilə
müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində bu fəaliy-yətin
subyektləri həyata keçirilir. 29 iyun 2004 il tarixdə qəbul
edilmiş 7 avqust 2004 tarixdə mətbuatda dərc edildiyi gündən
qüvəyə minmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunu 22 maddəsi
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarətdən bəhs olunur.
Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımı
səviyyədə yerinə yetirilməsi, kəşfiyyat və əks-kəşfiyyat
tədbirlərinin təşkili və keçirilməsi zamanı qanun-çuluğa əməl
olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə
idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir. Kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
səlahiyyətlər çərcivəsində bu fəaliyyətin subyektləri,
idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının
Prezdenti həyata kecirir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektləri müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Prezdentinə öz fəaliyyətləri barədə mütəmadi
hesabat verirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinin rəhbərləri məlumatların etibarlılığına,
obyektifliyinə və Azərbaycan Respublika-sının Prezdentinə
vaxtında catırılmasına görə şəxsi məsuliyyət daşıyırlar. Əks
Kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə
nəzarətin həyata kecirməsi “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Əks Kəşfiyyat fəaliyyə tinin təşkili, taktikası, üsulları və
vasitələri, o cümlədən bu subyeklərə kömək edən və ya etmiş
şəxslər barədə məlumatlar bu fəaliyyətin subyektləri
rəhbərlərinin və Azərbaycan Respublikasının Prezdentinin
nəzarəti istisna olmaqla, digər nəzarətin predmetinə daxil
deyildir.
31 mart 2004-cü il tarixdə təsdiq olunmuş Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Haqqında
94
Əsasnamədə əməliyyat axtatrış fəaliyyətini həyata kecirən
Milli Təhlükəsizlik Nazirliyinin subyekt kimi hüquq və
vəzifələri öz əksini tapmışdır. Əsasnamədə qeyd edilir ki, Milli
təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-
kəşfiyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata
keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat
və ibtidai istintaq aparır; Kəşfiyyat, əks-kəşfiyat və əməliyyat-
axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların,
əşyaların və digər informasıya mənbələrinin əməliyat uçotunu
aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata
alır; Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair
məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya
cinayət işləri üzrə yazılı tapşırirqlarını, habelə əməliyyat-
axtarış fəaliyyətinin subyeklərinin qərarlarını yerinə yetirir;
Əməliyyat-axtarış
fəaliyyətinin digər subyeklərinin
səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri
hallarda təxirəsalınmaz tədbirlər kecirməklə həmin orqanları
dərhal məlumatlandırır və onlara lazımı kömək göstərir; maddi
və maliyyə vəsaitlərinin uçotunu təşkil edir, onların istifadəsinə
nəzarət edir, struktur bölmələrin fəaliyyətini yoxlayır və
təftişini həyata keçirir; Milli təhlükəsizliyin təmin olunması,
səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması,
qabaqlanması, qarşısının alınması və açılması məqsədi ilə
kəşfiyyat, əks-kəşfiyat, və bununla əməliyyat-axtarış və digər
tədbirlərin planlaşdırmaq, həyata kecirmək və bununla bağlı
məsələləri həll etmək; Dövlət sirrinin mühafizəsi, vəziyyəti,
hərbi obyektlərə gələn əcnəbilər və vətəndaşlığı olmayan
şəxsləri müşahidə etmək, silah və sursatın, talanması və ya
onların istifadıəyə yararsız vəziyyətə gətirilməsı, hərbi təlimlər,
hərbi texnika və sılahın sınaqdan kecirilməsi, qoşunların və
hərbi hissələrin dislokasıyası yerlərinin dəyişdirilməsi barədə
Silahlı Qüvvələr və başqa silahlı birləşmələrdən məlumat
almaq; Könüllülük və konspirasiya əsasında milli təhlükəsizlik
orqanlarına kömək edə bilən şəxslərlə məxfi əməkdaşlıq
münasibətləri qurmaq; Əməliyyat- məlumat, Əməliyyat-sorğu,
axtarış məlumatlarının və digər informasıyaların, hesabatların
Dostları ilə paylaş: |