Xəbər bülleteni №17


İqtisadiyyat və Sənaye Nazirliyi nə qədər asan lisenziya verdiyini açıqlayıb



Yüklə 426,33 Kb.
səhifə16/21
tarix04.02.2018
ölçüsü426,33 Kb.
#23642
1   ...   13   14   15   16   17   18   19   20   21

İqtisadiyyat və Sənaye Nazirliyi nə qədər asan lisenziya verdiyini açıqlayıb


16.12.2015

asan lisenziya 1İqtisadiyyat və Sənaye Nazirliyi dekabrın 16-da Bakı, Sumqayıt və Bərdədəki “ASAN xidmət” mərkəzlərində sahibkarlara xüsusi razılıq (lisenziya) təqdim edib. Transparency.az bildirir ki, lisenziyalar bina və qurğuların tikinti-quraşdırma işləri, dağ və buruq qazmalarının aparılması, dağ-mədən işləri, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının, baytarlıq preparatlarının satışı, qiymətli metalların və qiymətli daşların dövriyyəsi, tibb və əczaçılıq fəaliyyətləri, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası), şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları, ölkədaxili yük daşımaları sahələrində fəaliyyət üzrə verilib.

Prezident İlham Əliyev oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərman verib. Fərmana əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.

Rəsmi hesabata görə, o vaxtdan sahibkarlıq subyektləri İqtisadiyyat və Sənaye Nazirliyindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 200-dən artıq xüsusi razılıq (lisenziya) alıb.

Prezident 148 yaşayış məntəqəsinə və Naxçıvana 12 milyon manat ayırıb


17.12.2015

prezident-fermanPrezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlərə sərəncam verib. Sərəncama əsasən, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (Siyahı) 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə 2015-ci ilin dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılır.

Transparency.az-ın məlumatına görə, dövlət başçısının sərəncamında qeyd olunur ki, son illər torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilir: “Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir. Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb”.


Amerikada dollar bahalaşdı


17.12.2015

dollar 1ABŞ-ın Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) Açıq Bazar Komitəsi dekabrın 16-da uçot dərəcəsini 0,25 faizdən 0,5 faizə qaldırıb. Bununla da ABŞ Mərkəzi Bankının digər bankları kreditlə təmin etməsi şərti 2006-cı il iyunun 29-dan bəri ilk dəfə dəyişib. 0,25 faiz həddi həmin vaxt qoyulmuşdu.

Azadliq.org bildirir ki, ABŞ Mərkəzi Bankı son 10 ildə, xüsusən də 2008-ci ilin qlobal maliyyə böhranından sonra iqtisadiyyata dəstək üçün uçot dərəcəsini davamlı endirib. Məqsəd bankların daha ucuz kredit götürməsinə şərait yaratmaq olub. Bu isə banklara əhaliyə daha ucuz kredit verməsinə yol açıb. Son illər ABŞ iqtisadiyyatında vəziyyət düzəlib, işsizlik 5 faizə düşüb.

Uçot dərəcəsinin yüksəlməsi digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artıra bilər.

Dələduzluqda ittiham olunan məşhur futbolçu həbsə göndərildi


17.12.2015

mashallah ehmedovBinəqədi Rayon Polis İdarəsinin saxladığı məşhur futbolçu Maşallah Əhmədov həbs edilib. APA-nın məlumatına görə, Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Maşallah Əhmədov Bakı İstintaq Təcridxanasında saxlanır.

Məşhur futbolçu dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus sexdən Maşallah Əhmədovun 72 min manat dəyərində üzlük plitə götürüb pulunu ödəmədiyini bildirib. Həmin şikayət əsasında cinayət işi başlanıb, üstündən 3 il keçməsinə baxmayaraq Maşallah Əhmədov pulu ödəməyib.

Bu il dekabrın 14-də Binəqədi polisinə Maşallah Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daş götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Yusif Əzizov bildirib ki, Maşallah Əhmədov ondan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb, amma vədinə əməl etməyib.

Maşallah Əhmədovla bağlı ikinci şikayət birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.

56 yaşlı Maşallah Əhmədov Gəncə futbol məktəbinin yetirməsidir. 1978-ci ildən 1989-cu ilədək Bakının “Neftçi” komandasında oynayıb, 250-dən çox rəsmi oyunda 60-dan çox qol vurub. 1986-cı ildə o, SSRİ-nin ən güclü 3 hücumçusundan biri seçilib. Futbolçu karyerasını bitirəndən sonra bizneslə məşğul olub.


Yüklə 426,33 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə