52
Urumgül Hanım, 23.11.2010, Almatı- Merkez, Ulu Cüz, Üniversite Mezunu, 53 yaşında.
Yercemal Akimsdıkbayeva, 14.11.2010, Almatı- Merkez, Ulu Cüz, Üniversite Mezunu, 69
yaşında.
14.09.2010, Türkistan- Otuzjıl Auılu, Ulu Cüz, Okur-yazar değil, 65 yaşında.
28.09.2010, Türkistan- Komünizm Bölgesi, Orta Cüz, Okur-yazar değil, 72 yaşında.
28.09.2010, Türkistan- Şornak Auılu, Orta Cüz, Üniversite Mezunu, 59 yaşında.
29.09.2010, Türkistan-Orangay Auılu, Orta Cüz, Üniversite Mezunu, 64 yaşında.
29.09.2010, Türkistan-Orangay Auılu, Kişi Cüz, Üniversite Mezunu, 64 yaşında.
ÖZET
Bildirinin konusu, sözlü tarih verileri ışığında, Kazaklarda kültürel mirasın ve millî
kimlik algısının dönemsel (Sovyet öncesi ve sonrası) değerlendirilmesidir. Nitel araştırma
yöntemine göre elde edilen veriler, Kazakistan’ın Türkistan, Çimkent ve Almatı şehirlerinde
50-96 yaş aralığındaki görüşmecilerin Kazakça ve Rusça sorulara verdikleri yanıtların neden-
lerini öğrenme maksatlı yapılan derinlemesine görüşmelerden ortaya çıkarılmıştır. Çalışma,
görüşmecilerin Sovyet donemini yaşayan insanlardan seçildiği için Sovyet dönemindeki
kültürel miras ve kimlik algısının ortaya çıkarılması bakımından da önem taşımaktadır.
Verilerde Kazak kültürünün kendileri için ne ifade ettiği, kimliklerinde kültürel mirasın
yerinin ne olduğu, nasıl bir gelişim ve değişim sürecinden geçtikleri ortaya konmaya çalışıl-
mıştır. Kültürel miras ve kimlik; bir insanın ve topluluğun var olması, kendi toplumunu
algılaması, aidiyet duygusunu ifade ettiği için kognitif (zihniyet) boyutu da işaret etmektedir.
Kazakistan’ın ve Kazak insanının kimliğinin tam olarak anlaşılmasında ülkeye özgü nite-
liklerin, kültürel özelliklerin ve gelenek-göreneklerin önemli yer tuttuğu anlaşılmıştır. Kazak
kimlik üretimi konusunda, Sovyet doneminin mirasları ve kültürel tortusuna değil, münha-
sıran geleneksel döneme ait ulusal kimliklerin yeniden inşası için kültürel miraslarına odak-
lanıldığı, Kazakların bağımsızlık sonrası süreçte kimlik ile aidiyetin ve kültürel mirasın geri
alınışına dair normatif (davranış) korunmacı bir boyutun oluştuğu görülmüştür. Bildiride,
“Uyum ve Bütünleşme”ile“Korunmacı Tavır”modelleriyle kültür ve kimliğin birbirileri
etkisi görülebilmiştir.
Anahtar Kelimeler: Kazakistan (Türkistan, Çimkent, Almatı), Kazaklar, Kültürel
Miras, Milli Kimlik.
53
AZƏRBAYCAN ƏRAZİSİNDƏ AŞKARLANMIŞ VIII-IX ƏSRLƏRƏ DAİR
İSLAM NUMİZMATİKASİ MATERİALLARI TARİXİ PROBLEMLƏRİN
HƏLLİNDƏ MƏNBƏ KİMİ
Məmmədova Aygün
Ayrı-ayrı pul dəfinələri və təksaylı sikkələrin tədqiq edildiyi İslam numiz-
matikası yeni faktiki materialın aşkarlanması sayəsində zənginləşməkdədir. XIX
əsrdən ali tədris ocaqlarında tədris edilən və hazırda aktuallığını qoruyan bu elm sa-
həsinin əsas tədqiqat obyekti olan müsəlman sikkələri həm təsadüfi, həm də arxeoloji
qazıntılar sayəsində aşkarlanaraq virtual saytlar və yeni nəşrlər vasitəsilə işıqlan-
dırılır, dövrümüzdə cərəyan edən bir sıra tarixi problemlərin həllinə yardım edir.
2006-cı ildə orta əsr Şəmkir şəhər yerində t. e. d. Tarix Dostiyevin (1, с. 465),
2008-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında Qalatəpə şəhər
məskənində Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, t. f. d. Təvəkkül Əliye-
vin (2), 2009-2010-cu illərdə Qəbələ rayonunun Səlbir ərazisində t. e. d., prof. İlyas
Babayevin (3, с. 75), 2011-сi ildə Şamaxı şəhəri yaxınlığında Gülüstan qalası ər-
azisində Ağsu-Şamaxı ekspedisiyasının rəhbəri, t. f. d. Akif Quliyevin (4) rəhbərliyi
ilə tapılmış “Ərəb Xilafəti sikkələri” adı ilə tanınan numizmatik tapıntılar Xilafətin
VIII-IX əsrlərə aid siyasi və iqtisadi tarixini açıqlayan önəmli faktiki qaynaqlardır.
Araşdırdığımız dövrün tarixi-numizmatik təhlili sübut edir ki, VI əsrin sonu -
VII əsrin əvvəllərində Azərbaycanın daxili pul dövriyyəsində əsasən Sasanilər döv-
lətinin müxtəlif şəhər-zərbxanalarında (Kerman, Suz, Nəhrtira, Mərv, Bişapur, Də-
rəbcərd, İstəxr, Səcəstan, Rey, Nəhavənd, Əbərşəhr, Ramhörmüzd, Ktesifon və s.),
qismən isə Azərbaycan zərbxanalarında (Gilan, Naxçıvan, Boquan (Bakı), Partav
(Bərdə), Dərbənd, Ərdəbil və s.) zərb edilmiş təxminən 4 q çəkiyə malik gümüş Sa-
sani drahmalarından, Qərb ölkələri ilə aparılan beynəlxalq ticarət əməliyyatlarında
isə sasani gümüşü ilə yanaşı Bizans solidlərindən və gümüş heksoqramlardan isti-
fadə edilmişdir (5, с. 77, 83).
Yüksək texniki səviyyədə zərb edilmiş, sabit çəki, əyar və tipə malik 4 q çəki-
yə malik zərdüştlük simvolikalı sasani gümüş drahması 400 ildən artıq bir dövrdə
Azərbaycanın daxili pul təsərrüfatında əsas dövriyyə vasitəsi olmaqla yanaşı, Sasa-
nilər dövlətinin süqutundan sonra da uzun müddət Ərəb Xilafətində və beynəlxalq
ticarətdə dünya pulu rolunu oynamışdır.
VII əsrin 30-40-cı illərindəki ərəb yürüşləri və daha sonra Albaniya ərazisində
cərəyan edən yüzillik ərəb-xəzər mücadiləsi Azərbaycanın istehsal qüvvələrinin və
şəhərlərarası əlaqələrin zəifləməsinə, zərbxanaların fəaliyyətində nizamsızlığa səbəb
olaraq, ölkənin ümumi iqtisadiyyatına və pul təsərrüfatına mənfi təsir göstərsə də,
onun tam məhvi ilə nəticələnmədi.
İlk ərəb xəlifələri işğal etdikləri ərazilərdə, o cümlədən, Azərbaycanda haki-
miyyətlərinin ilk illərində, əvvəllər istifadə edilən sikkə zərbi ənənəsini qorumağa
çalışmış və yerli əhalinin istifadə etdiyi sikkələrin görünüşündə kəskin dəyişikliklər
etməkdən çəkinərək, onlara kufi xəttilə bəzi islami ifadələr (məs. «Allahın adıyla,