XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə128/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   124   125   126   127   128   129   130   131   ...   179

276 
 
edirdi”
1
. Nəhayət, qəhqəhə Dionisizmin digər üzüdür, bəlkə də, tanrıdan daha çox 
onun tərəfdaşları və dostları, Silenisi, satirləri, təlxəkləri və hoqqabazları tərəfindən, 
indi  isə  Zərdüşt  tərəfindən  təqdim  olunurdu.  “Gülməyi  öyrən!”  “Faciənin  doğu-
luşu”nın 1886-cı il nəşrinin müqəddiməsinin sonunda “Zərdüşt belə deyib” kitabın-
dan sitat gətirir.  
Bəlkə də yunan təcrübəsində (faciənin ehtimal olunan qədim forması) kome-
diya  mübaliğəli  satir-tamaşa  formasında  faciəvi  vəziyyətdən  asılı  olaraq,  əksər 
müsbət aspektində faciədir. Lakin xəyali sevinci və günahı yüngülləşdirmə laqeyd-
liyini aradan qaldıraraq qayğıdan azad edilmiş istənilən faciəvi hiss –qaranlığın və 
təhlükənin bilinməyən fəthi mənfidir və bəlkə də elə bu səbəbdən tamaşaçıya daha 
qaranlıq və təhlükəlidir. Bu təsvirdə, Esxildən gətirilən sitata əsasən, faciə əbədiyyən 
“qısa”, “qəhqəhə ilə qalib gəlinən” və “sonda hətta ən böyük tragiklərin belə dağıt-
malı  olduqları  saysız-hesabsız  qəhqəhə  dalğaları”  “varlığın  əbədi  komediyasına 
dönüş”dür
2
 
Bu əhval-ruhiyyədə Nitşe artıq yeni faciəvi dövrün gəlişini elan etmək üçün o 
qədər  də  güclü  deyil.  Son  dərəcə  ziddiyyətli  olaraq,  o,  bütün  bunları  faciəvi  ruhu 
devirmə  və  öz  zamanının  tragik  dövründən  çıxma  biləcəyi  üçün edirdi:  “Bu  günə 
qədər varlığın komediyası hələ də özünün “sağlam” halına gəlməmişdir. Hələlik biz 
faciə dövründə, mənəviyyat (əxlaq) və dinlər dövründə yaşayırıq”. Əvvəlki faciəvi 
dövrə (və ya bu faciəvi dövrlər ikidirmi?) indi bir üçüncusunu də əlavə etməliyik. 
Çünki  biz  özümüz  bu  mənəvi  xəstəliklər  və  nəsli  kəsilmiş  duyğularla  dolaşırıq. 
Nitşeni açıq-aydın nə tragik, nə də komik filosof adlandırmaq olmaz. Onun mövqe-
lərini hansısa janrla məhdudlaşdırmaq çətindir, onların bizə qoyduqları faciə anlayışı 
və  ya  yüngül  əyləncə  deyil,  ancaq  nə  edəcəyimizi  daha  dərindən  və  daha  tənqidi 
ölçüb-biçmək və beləliklə, özümüzü və dünyamızı anlayaraq bu dövrü daha yaxşı 
tədqiq  etmək  üçün  lazım  olan  çaşdırıcı  və  qeyri-müəyyən  hisslərdir.  Qəhqəhə  və 
nəşə  müxtəlif  tonallıqlara  kölgələnir.  Onlar  indi  Dionisizmdəki  kimi  deyil,  Apol-
lonçu klassisizmdəki kimi vaxtaşırı gərgin səthiliyə və sakitliyə keçirlər. Nitşe belə 
ifadə edir: Eh, yunanlar! Onlar necə yaşamağı bildilər. Onun üçün cəsurluqla üzdə 
dayanmaq,  ağıl,  şərab  tuluğu,  zahiri  pərəstişkarlıq, formal  inam,  ahəngdarlıq, söz, 
bütövlükdə  Olimpin  zühuru  tələb  olunur”
3
.  Başqa  vaxtlar  Nitşe  özünü  hər  necə 
təqdim etsə də, oxucular onu son dərəcə dəqiq və son dərəcə ciddi qəbul edirlər: “İlk 
faciə” əsərində, bu qorxusuz kitabın sonunda oxuyuruq: “O, “Parlaq elm” kitabının 
təkrar nəşrinin müqəddiməsində əhəmiyyətli düzəliş kimi yazırdı: “Ehtiyatlı olun! 
Burada  nəsə  tamamilə  əxlaqsız  və  kinli  olaraq  təqdim  olunur:  istehza  (təqlid), 
şərhsiz”.  Nitşe  qəfil  və  dəyişən  vəziyyətləri  güman  edir  və  sonra  onlar  bir  çox 
nöqsanlı maska kimi öz-özünə düşür. Bir sözlə, nə faciə, nə də sonrakı faciəvi yazı-
larda faciə olaraq özünü sübut edən heç bir şey yoxdur, əslində “Faciənin doğulu-
şu”nda da  heç  vaxt  olmayıb.  Yunan  gülərüzlülüyü  Nitşenin  birinci  kitabının  incə 
çalarında  daim  əlaqələndirildi.  Belə  ki,  Qədim  Birisi  özü  üçün  “əbədi  əyləncə 
                                                        
1
 “Zarathustra”. (3
rd
 part) “The Seven Seals (Or: the Yes and Amen Song), ” 1; tərc. Kaufmann.  
2
 The Gay Science, 1; tərc. Kaufmann.  
3
  The  Gay  Science,  Preface  for  the  Second  Edition,  3;  cf.  Twilight  of  the  Idols,  “Expeditions  of  an 
Untimely Man” 10; The Will to Power, §§798-9.  


277 
 
hazırlayır”  və  “varlığın  əbədi  sevinci”ndən  kənarlaşır,  “birisini  yaşadacaq  niyyət 
ilə:... yüksəliş... və komik” xəstəliklərdən sağaldaraq laqeyd komik artist lovğalıqla 
“həyatın  bütün  ilahi  komediyasına”  və  “incəsətin  komediyasına”  gözünü  dikir
1

Metafizik xəyalpərəstliyin yoxluğunda bəşəriyyətin inadcıl qabiliyyətsizliklə yüksək 
və  gülməli  yaşaması  barədə  nəsə  olur.  Bu  da  Nitşedə  faciə  probleminin  bir  par-
çasıdır. Bu, o şəxsdir ki, fikir ayrılığının zənginliyi və hələlik bütün hadisənin müba-
hisə doğuran olması ilə əvvəldə olduğu kimi, sonda da iradəsinə tabe etdi.  
“Faciənin  doğuluşu”nda  Nitşe  metafizikasi.  Tez-tez  Şopenhauer  metafi-
zikasının  fərziyyəsinin  kökünə  istinadən  güman  edilir  ki,  “Faciənin  doğuluşu”nın 
əsas dəlilləri Nitşenin sonralar tənqid və rədd etdiyi Apollon, Dionis və incəsənətin 
daha  böyük  funksiyası  haqqındadır.  Yulian  Yonqun  bəyan  etdiyi  kimi,  “Faciənin 
doğuluşu”  Şopenhauer  metafizikasının  modifikasiyasız  birləşdirən  olduqca  geniş 
razılaşma”dır
2
. Müvafiq olaraq, şərhçilər arasında münaqişənin əsli ondan ibarətdir 
ki, Nitşe həyatın dəyəri haqqında Şopenhauerin pessimist nəticələrini (sonluğunu) 
qəbul edir. Younq öz mübahisəli mövqeyini “pessimizmin kritik məsələsində insan 
mövcudluğunun  dəyərini  Şopenhauer  qiymətləndirməsi  (...)  təsdiq  etmişdi”
3
.  Bu 
yazıda  nəticə  tamamilə  Şopenhauerdə  olduğu  kimi,  “Faciənin  doğuluşu”nun 
metafizikasında da fərziyyə əsaslıdır. Ona görə də o rədd edilməlidir, çünki fərziy-
yənin zəmanəti yoxdur. Bu paradoksal iddiadır: “Faciənin doğuluşu”nda, xüsusilə, 
istək əzabdır, yaxud fərdiyyətçilik xəyalidir ideyaları olaraq, Şopenhauerə aid çoxlu 
elementlər var. Beləliklə, əgər birisi onları Nitşenin incəsənət və onun günahı yün-
gülləşdirən  gücü  haqqında  iddialarını  dəstəkləmək  üçün  oxumağa  çalışırsa,  onda 
çətinliklər və hətta ziddiyyətlər meydana çıxır. Məsələn, əgər dünyanın əsas təsiri 
dünyada Dionisin təqlid etdiyi İstək və İfadə kimi sadəcə əzabdırsa, onda hər ikisi 
ağrılı  və  sevincli  olur.  Fərdiləşdirmə  Şopenhauerin  düşündüyü  kimidirsə,  kifayət 
qədər  səbəb  əsasında  Dionisin  xəyalı  dağıdan  və  bizi  yenidən  birləşdirən illüziya, 
həm də “əşyalar üzərində yayılmış illüziya” olaraq müəyyələşdirilib.  
Eynilə, bu, yenə Şopenhauer üslubunda fərdiləşdirmədirsə, Apollonda olduğu 
kimi “şərin ilkin səbəbi” və ya “lənət” onu şöhrətləndirən, umulan illüziyadır. Nitşe 
iddia etdiyi kimi, insan varlığı incəsənətdə – Apollon və Dionis misalında olduğu 
kimi, cəfəng əzabdırsa, həqiqətən, bu həyat “əbədi” yaşamağa dəyərmi? 
Bu çətinliklər üçün əsas səbəb əslində Nitşenin guya Şopenhauer fərziyyələ-
rinin  incəsənət  haqqında  nəticələrini  dəstəkləməməsi  deyildir:  bu,  onun  metafizik 
fərziyyələrinin  son  dərəcə  mürəkkəbliyi  və  tez-tez  qeyri-şopenhauerçi  təbiətidir. 
Həqiqətən, əgər biz Apollon və Dionisin məsələsini bir kənara buraxaraq, “Faciənin 
doğuluşu”nun metafizik əsası üzərində fikrimizi cəmləşdirsək, daha çox gərginliklər 
və ziddiyyətlər ortaya çıxar. Əsasən üç məsələ ətrafında cəmləşdirilir: istəyin növü 
(bütöv  və  ya  bölünmüş),  fərdiləşdirilmənin  vəziyyəti  (xəyalı  və  həqiqi)  və  incə-
sənətin  inkişafının  imkanları.  Burada  əvvəlcə,  “Faciənin  doğuluşu”ndakı  Şopen-
hauer elementləri və erkən Nitşe metafizikasının səbəbləri araşdırılır, geniş mənada, 
qeyri-şopenhauerçi kimi təhlil edilir.  
                                                        
1
 “Faciənin doğuluşu” §1, §5, §7, §17.  
2
 Young Julian. Heidegger's Philosophy of Art. Cambridge University Press, 2001, p. 26, 179 pages 
3
 Young J. Heidegger's Philosophy of Art. Cambridge University Press, 2001, p. 26, 179 pages 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə