XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə130/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   126   127   128   129   130   131   132   133   ...   179

280 
 
varisliyin  bir  hissəsidir  və  əslində,  onun  ən  fərqləndirici  xüsusiyyətidir.  Anoloji 
olaraq, əgər faciə gələcəyə işarə edirsə, yenə də Qərb ənənənin klassik köklərindədir 
və o faciənin ən təmiz və təbii forması burada axtarılmalıdır. Bura o yerdir ki, hər 
kəs faciəvi mahiyyətin mənbələrini – bir tərəfdən, həm faciəvi əsərləri, həm də tragik 
tamaşaları, digər tərəfdən, tez-tez faciə və bəzən faciə görünüşünə bürünmüş qeyri-
müəyyən aldadıcı yola yönəldən tamaşaları izləyə bilər. Bir münasibətə görə, ən azı, 
Nitşenin faciə haqqında fikirləri hamı tərəfindən tam qəbul edilir: bu, sadəcə qədim 
Yunanıstanda  ağıla  gəlmiş  faciənin  çox  qədim  ənələrini  yenidən  ifadədəsi  idi. 
Nitşenin bu mövzudakı düşüncəsindəki yenilik onun bayağı jesti ləğv etməsidir.  
Faciə Nitşe üçün ətrafında uzaq keçmişin, əslində, dünya tarixinin fırlandığı 
tək dayaq nöqtəsidir: Tədricən və minilliklər boyunca Asiyadan Avropaya hər şey 
onun  inkişafına  aparıb  və sonra  asta-asta  və  səmərəsiz  mədəniyyət  nailiyyətin  bu 
görünməmiş zirvəsindən aşağı düşür. Çünki faciə Nitşenin nəzərincə klassik dün-
yada mühüm  yer tutur. Nitşenin gözlərində həm də müasir dünya özünü faciə ilə 
müqayisədə müəyyən etməlidir. Əmin olmaq lazımdır ki, Nitşenin faciə mütaliəsi 
əks-səda yaratmayacaqdı. O, nəyi öyrənməli olduğunu müəyyənləşdirsə də (həyatın 
sürətləndirilməsi,  mədəni  böhran,  yaxud  mədəni  yorğunluq  hissləri,  maddiyyata 
reaksiya, mənəviyyatın əsaslandırılması, tələbatı qanuniləşdirmə ehtiyacı və nüfuzlu 
keçmişə imkan yaratmış bütün faktorlar), arzuların və qorxuların müasir istiqamə-
tindən faydalanmadı. Ən azı Avropada klassiklər uzun müddət narahatlıqların əla-
məti olmuşdu. Nitşenin xüsusi töhfəsi onun klassik mədəniyyətin ölçüsünü, xüsusilə 
sitayiş olunan müqəddəs şeyləri bütünlükdə özündə gizlədən şeyləri –məsələn, onun 
coşğun,  ehkamlaşmış  zorakılığı  aşkarlaması  idi.  Beləliklə,  Nitşe  yunan  faciəsinin 
qapılarını açdı və klassik uzaq keçmişdən tamamilə dağılmış enerjini açıb azad etdi.  
Onun ardınca, bəzi tarixi abidələrdə uzaq keçmişin tədqiqatı zamanı faciə və 
faciəvilik,  fəlsəfədə,  estetikada  və  ədəbi  tənqiddə  sorğu-suallar  silsiləsi  qayəsinin 
əsas  bəndləri  oldu.  Ancaq  bu,  hər  şeydən  əvvəl  mifdə,  ayin  və  antropologiyada 
nəzərə  çarpırdı.  Ellinizm  və  primitivism  bu  cərəyanın  ilkin  dəyərləri  arasında  idi: 
Erkən yunan kultu və kultun öz kultu (Xüsusən, C. G. Freyzer “Qızıl çələng” (1890) 
və “Kembric dindarları” adlı əsərlərində mif və ayinlərdə faciənin mənşəyini izlə-
məyə  can  atmışdı).  Bu  cərəyanın  aparıcı  qüvvəsi  Nitşe  özü  idi.  Belə  ki,  onun  adı 
ardınca gələn uzun bir davamçılara bağlandı və indi o, bu törəmələrə görə məsuliyyət 
daşıyır. O, açıq qoyduğu suallara görə qəbul edilməyə bilərdi. Həqiqətən, Nitşenin 
insan həyatına, yaxud fəlsəfəsinə baxışı onun pərəstiş etdiyi, sualları şübhələrlə dolu 
olan yunan Presokratiklər kimi faciə əsaslıdır. Belə demək olar ki, fəlsəfənin digər 
baxışları kimi, Nitşe nə vaxtsa, paylaşdığı bir çox fikirlərə təkan, stimul verdi.  
Lakin bu gün də Nitşenin faciə ilə bağlı yazdıqlarına münasibət birmənalı de-
yil. Hətta bəziləri o yazılanların heç bir elmi dəyərinin olmadığını, sadəcə, düşün-
dürücü, “beyin fırtınası” yaradan (fikir oyadan) yazılar olduğunu iddia edirlər.  
Maks Şelerə görə faciəvilik. Alman filosof Maks Şeler (1874-1928) deyir ki, 
“Faciə deyə adlandırılan hadisə dəyər və dəyərlərin münasibətində baş verir”
1
. Şiler 
istər sənətdə, istərsə də həyatda olsun “fenomen olaraq faciə”nin üzərində dayanır. 
                                                        
1
 Sheler M. Zum Phanomen das Tragischen, Vom Umiurz der Werte, Leipzig, 1923, I, page 
240//Kuçuradi İ. Sanata felsefeyle bakmak. A. :Ayraç Yayınevi, 1997, s. 9, 133 səh.  


281 
 
Bir problemin araşdırılmasında sənət-həyat ayrımı etmək doğru olmayan bir şeydir.  
Faciə var olan bir hadisədir və Şelerə görə, “kainatın təməl elementidir
1

 
Deməli faciə yalnız insanla bağlı bir hadisədir. Ancaq Şelerin insanı yaşadığı 
dünyadan  qoparılmış  bir  insan  deyil.  İnsanlar  ortaq  bir  dünyada  yaşayır və 
dünya ilə bir münasibət qururlar. İnsanların bir-birinə münasibətindəki fərq-
lər, bu fərqlilikləri qəbul edə bilməmə hissi faciənin yaranmasına səbəb olur.  
Şelerə  görə,  “yaxşılıq”,  “gözəllik”,  “çirkinlik”  kimi  bir  dəyər  deyil.  “Faciə 
insanda, əşyada olan dəyərlərin vasitəsilə göz önünə çıxır
2
”.  
Faciəvi mübarizədə toqquşan dəyərlərin xüsusiyyəti yox edənlə, yox edilənin 
hər ikisinin yüksək və eyni zamanda, müsbət dəyər olmasıdır. Yox edilən bir insanın 
həyatı ola biləcəyi kimi, onun yaratdığı bir şey, arzusu, inancı, davamçısı da ola bilər. 
Ortadan qaldıran dəyər isə yox edilənə bərabər bir dəyərdir.  
Faciəvi mübarizədə qarşılaşan güclərin hər biri özünün haqlı olduğunu sübut 
etməyə çalışır və bu, təbiidir. Faciə isə onlardan birinin bu üstünlüyü əldə etməsi ilə, 
başqa sözlə, digərinin məhv edilməsi ilə yaranır. Faciənin təbiəti bunu tələb edir.  
Bir hadisənin faciəvi ola bilməsi üçün bir dəyərin yox olması, bu dəyəri yox 
edəcək başqa bir dəyərin də ona qarşı çıxması lazımdır.  
Şelerə görə, faciəvi bir hadisə insanla bağlı olmaya da bilər. Belə bir örnək 
göstərir: qızdırıcı qazanının partlaması nəticəsində yaranan yanğında rəsm qalereya-
sının  yanması  bir  faciədir.  Çünki  rəsmləri  qorumaq  üçün  quraşdırılmış  qızdırıcı 
rəsmlərin məhv olmasına səbəb olmuşdur
3
.  
Lakin çəkilən bu misalda da diqqətlə baxıldığında insan fenomeninin olduğu 
görünür.  Çünki  o  rəsmlərə  dəyər  verən  və  onun  məhv  olmasını  faciə  hesab  edən 
insandır.  
Estetikanın  milli  kimliyə  təsiri  qaçılmazdır.  Hər  xalqın  hər  millətin  özünə 
məxsus bir estetik düşüncə tərzi, estetik yanaşma üslubu vardır.  
 
Ədəbiyyat 
1.
 
Homo E. On The Birth of Tragedy, 4, emphasis in original. 728 pages.  
2.
 
Porter  J.  I.  The  Invention  of  Dionysus:  An  Essay  on  ‘The  Birth  of  Tragedy’. 
Stanford, CA: Stanford University Press. 2000, 225 pages.  
3.
 
Schiller  F.  [1791-2].  On  the  Art  of  Tragedy.  In  Friedrich  Schiller:  Essays  (Eds. 
Hinderer W. and Dahlstrom O. D.). New York: Continuum, 1993, 296 pages.  
4.
 
Sheler M. Zum Phanomen das Tragischen, Vom Umiurz der Werte, Leipzig, 1923, 
I, page 240//Kuçuradi İ. Sanata felsefeyle bakmak. A.:Ayraç Yayınevi,1997,133səh.  
5.
 
The  Gay  Science,  Preface  for  the  Second  Edition,  3;  cf.  Twilight  of  the  Idols, 
“Expeditions of an Untimely Man” 10; The Will to Power, §§798-9.  
6.
 
Young J. Heidegger's Philosophy of Art. Cambridge University Press, 2001, 179 
pages.  
7.
 
Zarathustra. (3
rd
 part) “The Seven Seals (Or: the Yes and Amen Song), ” 1; (tərc. 
Kaufmann).  
8.
 
Kuçuradi İ. Sanata felsefeyle bakmak. A. :Ayraç Yayınevi, 1997, s. 16, 133 səh.  
                                                        
1
 Yenə orada, səh. 237//s. 9 
2
 Yenə orada, page 242// səh. 12.  
3
 Kuçuradi İ. Sanata felsefeyle bakmak. A. :Ayraç Yayınevi, 1997, s. 16, 133 səh.  


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə