XəZƏr universiteti erciyes universiteti



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə18/179
tarix23.01.2018
ölçüsü3,79 Kb.
#22108
1   ...   14   15   16   17   18   19   20   21   ...   179

38 
 
Səfəvilər sülaləsi iki əsrdən çox bir müddətdə dövləti idarə edə bildilər. Artıq 
XVI əsrin sonunda Şah Abbas dövlətdə üstünlüyü fars məmurlarına verərək azərbay-
can mentalitetinə yenidən fars ünsürlərinin daxil olmasına şərait yaratdı.  
Səfəvilər dövləti dağıldıqdan sonra Osmanlı işğalları dövrünün yeganə müs-
bət təsiri türk dili və adətlərinin saxlanılması oldu. XIX əsrin əvvəllərinədək türk-
çülük öz mövqelərini möhkəmləndirmiş, hətta Çar Rusiyası dövründə millətin for-
malaşması prosesi başlamışdır. Mirzə Fətəli Axundovun azərbaycan dilinin inkişaf 
etdirilməsi  və  əlifbanin  dəyişdirilməsi  uğrunda  mübarizəsi,  Həsən  bəy  Zərdabinin 
“Əkinçi”  qəzeti,  gənc  türklərin  təsiri  altında  Azərbaycanın  milli  sosial  demokrat 
maarifçi elitasının formalaşması millətin formalaşmasını təmin edəcək faktorlar idi. 
XX əsrin əvvəllərində milli burjuaziyanın və milli demokratların ziyalıların timsa-
lındakı  fəaliyyəti  Millətin  formalaşması  yəni  öz-özünü  dərk  etmə  səhifəsinin 
başlanğıcını qoydu.  
Azərbaycan  milli  ideyasının  formalaşması  tarixinin  yeni  mərhələsi  1918-ci 
ildə  Azərbaycanın  müstəqil  dövlət  elan  olunması  ilə  bağlıdır.  XX  əsrin  əvvəlində 
Azərbaycandakı ictimai-siyasi vəziyyəti xarakterizə edən M. Ə. Rəsulzadə yazırdı: 
“Bizdə milliyyətpərvərlik hissiyyatı öz azadlıq və istiqlalımızı, hətta bütün Türklərin 
xilasını  hədəf  qılmaq  surətilə deyil,  müstəqil  və  yarımmüstəqil  bir  halda  yaşayan 
digər islam və Türk dövlətlərinə qarşı səmimi hissiyyat və əlaqə göstərməklə təzahür 
etmiş, siyasi təmayüllərimiz çox zaman bu hüdudu keçməmişdir. Hətta “milliyyət” 
məfhumu belə bizdə son zamanlara qədər bütün aydınlığı ilə ortaya çıxmamışdı”. O 
zamankı milliyyətpərvərlərliyin mübarizləri islamçılıqla türkçülüyü çox da ayırmır, 
türklük naminə deyil, müsəlmanlıq naminə mübarizə aparırdılar[12] 
Özünüidentifikasiyanın kollektiv formaları- dini, etnik və sosiomədəni forma-
ları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmiş, “millət”, “milli ləya-
qət”, “ dövlət” kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-
ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdır [11].  
1920-ci il aprelin 28-də AXC süqut etdi. 1920-ci ildən 1988-ci ilin əvvəlinə 
qədər olan  dövrdə  kommunist  ideologiyasının səyləri  sayəsində  Azərbaycan  xalqı 
sovet xalqının bir hissəsi kimi təqdim edildi, milli maraqların unudulması üçün bütün 
səylər edildi. Sovet dövrü obyektiv əsasları olmayan və süni şəkildə yaradılmış cə-
miyyətin yeni identifikasiyasının bərqərar olması ilə fərqlənir [11].  
Azərbaycan  Respublikasının  suverenliyi  əldə  etməsi  milli  azərbaycançılıq 
ideyasının formalaşmasına zəmin yaratdı. 1993-cü ilin yayından başlanır və 2003-
cü ildə həmin ideyanın gerçəkləşməsi ilə başa çatdı. İctimai-siyasi sabitliyin bərqərar 
olması, ölkənin gələcək iqtisadi artımının və siyasi inkişafının əsaslarının yaradıl-
ması bu dövrün səciyyəvi cəhətləridir. [11].  
Bu illər ərzində milli ideya milli müstəqillik – suveren dövlət formulunda qəti 
inkişaf mərhələsinə çatmışdır. Heydər Əliyevin siyasəti nəticəsində “millət” anla-
yışının strukturuna özünüidentifikasiyanın bütün formaları daxil edilmişdir. [11].  
Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Və-
təni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Azərbaycanın po-
lietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir. Biz müasir Azərbaycanı səciy-


39 
 
yələndirən  bu  sərvətin  qədrini  bilməliyik.  Bu  dövrdən  etibarən  milli  identifikasi-
yanın yeni forması daha geniş və yenilənmiş formatda “azərbaycançılıq” ideologi-
yası ilə eyniləşdirilir. Məhz həmin dövrdə Azərbaycan millətinin dövlət müstəqilli-
yinin yaranması və möhkəmlənməsi kontekstində milli ideyanın formalaşması pro-
sesi tam başa çatmışdır. [11].  
Beləliklə,  Azərbaycan  tarixində  kimin  “kim”  olduğunun  yəni  kimliyinin, 
mənim “mən” olduğum mənliklə ifadəsinin vəhdətinin formalaşmasına təsir göstə-
rən daxili və xarici amilləryuxarıda sadaladıqlarımızdan ibarət olaraq, xalqın qarışıq 
geosiyasi və geomənəvi məkanda güclü təsirlərdən keçərək, spesifik əlamətləri qo-
ruya bilməsinin səbəblərini göstərir.  
Həqiqətən  də,  mənşəyinə  uyğun  olaraq  titul  etnikliyini  müəyyən  edən  əla-
mətləri hələ də qoruyan azərbaycan xalqı müxtəlif siyasi mənlik ifadələrinin növbə-
ləşdiyi uzun bir tarixi dövrdən keçmişdir.  
Ərazinin fiziki və antropoloji təməli, ünsiyyət obyektlərinin linqvistik və dini 
təsiri, mədəni diffuziyaya davamlılıq azərbaycanlılarda daxili güclü dözümlülük mə-
nəviyyatı yaratmışdır. Tarixi hadisələrin milli kimliyə müsbət və mənfi təsirlərinin 
öyrənilməsi qloballaşan dünyada yeni təsirlərə hazır olmaq üçün böyük əhəmiyyət 
daşıyır.  
 
Ədəbiyyat:  
1.
 
Mahmudov Y. M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı 2005. 140 s  
2.
 
Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, 2012 s26 və s 185 
3.
 
Cəfərov N. Azərbaycanşünaslığın əsasları, Bakı, 2005.  
4.
 
Cəfərov N. Azəraycan xalqının tarixi... Ümummilli idealları... Və azərbaycançılıq 
ideologiyası 
5.
 
Faiq Ələkbərov. Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV 
yazı. http://modern. az/articles/33492/1/.  
6.
 
Əyyubova S. Ç. Azərbaycan xalqının adət-ənənələri səyyah 
gündəliklərində//BakıUniversitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2001, № 
3. S. 163-179 
7.
 
Kazımov C. Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü. 
http://www. uludil. gen. az/4_fesil_009. html 
8.
 
Quliyev Ə. XVI əsrin ortalarında Azərbaycanda Səfəvilər dövlətinin ictimai-siyasi 
vəziyyəti, Bakı, 2011 
9.
 
Mədəniyyət tarixi və nəzəriyyəsi. M. J. Manafova, N. T. Əfəndiyeva və S. A. 
Şahhüseynovanın ümumi redaktəsilə, Bakı, 2010 
10.
 
Məmmədzadə M. B Milli Azərbaycan hərəkatı, Bakı, 1992, s 30 
11.
 
Mehdiyev R. 22 noyabr 2011. http://simsar. az/news/print-13933. html 
12.
 
M. Ə. Rəsulzadə və milli özünüdərk problemi. http://www. gunaz. 
tv/?id=4&vmode=1&sID=2585&lang=1 
13.
 
Ordahalli V. Milli mentalitet. http://online. baki-xeber. 
com/v4/2012/09/10/read=81250 
14.
 
Ömərov V. Azərbaycançılıq və milli mənlik şüuru. http://sesqazeti. 
az/az/news/kivdf/202261 
15.
 
Rəsulzadə M. Ə. Əsərləri, Bakı, 2001 cild 2, s 474 
Rus dilində:  
16.
 
Алекперов А. Тюрки Азербайджана. Баку 2001 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə