Xii XV əsrləRDƏ azərbaycanin məNƏVİ MƏDƏNİYYƏTİ



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə46/113
tarix02.12.2017
ölçüsü2,88 Kb.
#13691
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

 
145 
 
tın  bütünlüklə  sırf  hərbi  hərəkata  çevrilməsindən  uzun  müddət 
sonra  da  Səfəvilər  qardaşlığı  Kiçik  Asiyanın  əhalisi  türk  olan 
əyalətlərində  böyük  dayağı  olan  nəhəng  türk  qardaşlığı  olaraq 
qalmaqda idi» (116, 28).  
Şeyx Səfinin yaratdığı “səfəviyə” təriqəti öz mahiyyətinə gö-
rə ilkin  dövrlərdə sufiliyin  mötədil qanadına aid olub  şəriət-təri-
qət-həqiqət  formulunu  qəbul  edirdi.  Şeyx  bu  barədə  söyləyirdi: 
„... hər kim onun təqvası ola və şəriəti olmaya, o qabığı olmayan 
yemişə  bənzər  və  hər  kimdə  təriqət  ilə  həqiqət  var  ola  və  şəriəti 
olmaya  onun  nə  təriqəti  var  nə  həqiqəti”  (109,  707).  Göründüyü 
kimi,  təriqət  şeyxi  bir  sıra  təriqətlərdə  olduğu  kimi  şəriət  prin-
siplərindən imtinanı lüzumsuz sayır və şəriətin tələblərinin yerinə 
yetirilməsini  vacib  hesab  edirdi.  O  şəriəti  olmayan  kimsənin  nə 
təriqətinin,  nə  də  həqiqətinin  olmasına  inanmırdı.  Şah  İsmayıl 
Xətai  “Nəsihətnamə”  əsərində  şəriət-təriqət-mərifət  və  həqiqətin 
özünü  bilib  bu  yolda  möhkəm  olanların,  tərqi-övliyaların  yolu 
olduğunu vurğulayaraq yazırdı: 
 
Nə kim vardır bu surətdə göründi
Təcəlla şövqini munda gör indi. 
Ki, munda görmiyən can оnda görməz, 
Qalur оl vəslini, cananə irməz. 
Bu vəchin təfsiri Tövratü Incil
Edərlər оni fürqan əhli tə’vil. 
Şəriət və təriqət yоllarıdır, 
Ki, mə’rifət, həqiqət hallarıdır. 
Budur bu dört kitabın mə’nisi həm, 
Özün bilüb оlsan yоlda möhkəm. 
Yəqin əhli yanında yоl birikdi 
Ki, münkirlər bu dərgahdan sürükdi  (117, 231). 
 
Yaxud, 
 
Təriqi-övliya bir dоğru yоldur, 
Yetər hər yetənə kənduni yоldur.. 


 
146 
 
Əgər оlmaz isən bu yоlda gerçək
Vilayət süfrəsindən sən əlin çək (117, 232) 
 
Qeyd edək ki, mötədil sufilik (yaradıcısı, əsasən Cüneydi və 
onun  ardıclıları  olub)  şəriət-təriqət-həqiqət  formulunu  irəli  sürə-
rək, kamil insanın allaha qovuşmasının şəriət-təriqət-həqiqət mər-
hələlərindən  keçməklə  mümkün  olduğunu  bildirirdi  (bəzi  sufilər 
insanın  mənəvi  cəhətdən  saflaşaraq,  kamilləşərək  (əl-insan  əl-
kamil) allaha qovuşmasının dörd mərhələdən  – şəriət-təriqət-mə-
rifət-həqiqətdən ibarət olduğunu bildirirlər). Onlar, ifrat, nəzarət-
siz  „vəcdə“  gəlmənin  müsəlmançılığa  ziyan  vuracağını  söyləyir 
və buna qarşı çıxırdılar. Mötədillər təsəvvüflə ilahiyyatı birləşdir-
məyə  çalışaraq,  sufilərlə  ruhanilər  arasında  ziddiyyətləri  aradan 
qaldırmağa cəhd edərək şəriət prinsiplərinə əməl edilməsinə çalı-
şırdılar. Onlar Quran və sünnəyə sadiq qalıb səssiz zikr və sakit 
ibadət etməyi düzgün sayırdılar.   
“Səfəviyə” təriqətində də sufiliyə aid mürşüd-mürid münası-
bətləri, bəqa, fəna, məqam, hal, nəfsin mərtəbələri, vəcd və s. ki-
mi  sufi  elementlərindən,  eləcə  də  xəlvətə  çəkilmə,  riyaziyət,  sə-
ma, xirqə geyinmə, zikr, tac qoyma və s. kimi mərasim və adət-
lərdən də geniş istifadə olunurdu. 
“Səfəviyə”  təriqətində  mürşid-mürid  münasibətlərinin,  şeyx-
lik mərtəbəsinə yüksəlməyin, digər sufi təriqətlərində olduğu ki-
mi  mühüm  əhəmiyyəti  var  idi.  Öz  mürşidinə  sadiq  olma,  onun 
tapşırıq və göstərişlərini  danışıqsız yerinə  yetirmə, münasibətlər-
dəki  ciddi  nizamlılıq  və s.  keyfiyyətlər  sonradan  təriqətin  hərbi-
siyasi ordenə çevrilərək böyük uğurlar qazanmasında mühüm rol 
oynamışdı.  Ümumiyyətlə,  sufilikdə  şeyxlik  mərtəbəsinə  yük-
səlmə ancaq seyri-sülükün (təriqətə qəbul edilən kişinin, müridin  
ta əvvəldən sona - vüsalat məqamına yetişməsinə aparan mənəvi 
yolçuluq) təriqət şeyxindən öyrənməklə və əziyyətlərlə dolu mü-
ridlik  mərhələsini  keçməklə  mümkündür.  “səfəviyə”  təriqətində 
şeyx  bir  yol  göstərici,  hər  cür  problemlərin  həlli  üçün  müraciət 
edilə biləcək insan olub və tərbiyəedici funksiyaya malik mənəvi 


 
147 
 
bir  şəxs  idi.  Bu  barədə  Şah  İsmayıl  Xətai  şerlərinin  birində 
yazırdı: 
 
Mürid оldur оla əhli-iradət
Hər işdə var ala pirdən icazət (117, 231). 
 
Mürşid-mürid  münasibətlərinə,  müridlərin  tərbiyə  olunması 
məsələsində riyazət və xəlvətə çəkilmə kimi adətlərin  yerinə ye-
tirilməsinin önəminə diqqəti çəkən böyük sufi intellektualı Şeyx 
Səfiəddin söyləyirdi ki, “Mürid gərək kim mücahidət ilə riyazətdə 
üç qatla başından ayağınadək dərisi tökülə, ta onun adı mücahidə 
çəkilmiş xəlvətlü deyə bilələr” (109, 707).  
Səfəvi təriqəti özünəməxsus bir struktura malik idi. Təriqətin 
ideyaları  xüsusi  qurum  vasitəsilə  təbliğ  olunur  və  uzaq  yerlərdə 
olan  nümayəndələrə  çatdırılırdı.  Bu  təşkilatın  başında  “pir”,  ya-
xud “mürşid” dururdu. Əsas iş mürşid ilə müridlər arasında vasi-
təçi  rolu  oynayan  xəlifənin  (canişinin,  müavinin)  üzərinə  düşür-
dü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər,  həm də 
rəhbərlə birbaşa əlaqədə olurdu. Sonralar bu xəlifələr üçün xəlifə-
lər xəlifəsi deyilən vəzifə də yarandı. Xəlifələr dərvişlər və sufilə-
ri idarə edərək rəhbərin əmrini sözsüz həyata keçirirdilər. Xəlifə-
lər və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möh-
kəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə 
və  möhkəmlənməkdə  idi  (118,  48).  Artıq  hər  bir  Səfəvi  müridi, 
həm  də  hərbi  döyüşçü  funksiyasını  yerinə  yetirirdi.  Bu  barədə 
Fəzlüllah Xunci yazırdı ki, qızılbaşların sufi ordusu vardı və onlar 
döyüşə gedəndə səfəvi çalmasını çıxarıb dəbilqə qoyurdular (119, 
87). O, həmçinin Səfəvi müridlərinin öz şeyxləri uğrunda fədailər 
kimi qorxmazca döyüşməsindən də bəhs edir (119, 95). 
Şeyx Səfiəddin vəfat etdikdən sonra (1334-cü il) onun quru-
cusu  olduğu  təriqət,  varisləri  tərəfindən  idarə  edilməyə  başlayır. 
Onun oğlu Şeyx Sədrəddin Ərdəbili 59 il mürşidlik etmiş (1334-
1392/3),  Ərdəbildəki  müqəddəs  Şeyx  Səfi  məqbərəsi  də  məhz 
onun göstərişi və başçılığı altında on ilə inşa edilmiş, hətta məq-
bərənin  layihəsini  də  o,  özü  vermişdir.  Şeyx  Sədrəddinin  oğlu 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə