Xülasə Məqalə «Dədə Qorqud»



Yüklə 200,17 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü200,17 Kb.
#49897
növüXülasə
1   2   3   4   5   6   7   8

təkcə adqoyma ilə bağlı deyil. Qəhrəmanlar döyüş meydanlarında da igid- 

lik  göstərirlər  və  bu  igidlik  onların  adlarmın  üstünə  ad  gətirir.  Məsələn, 

«Bəkilin boyu»nda Bəkil  oğlu İmran xüsusi  qəhrəmanlıq göstərir.  K afirb  

təkbətək  döyüşdə  onu  məğlub  edir.  Oğuz  dövbtinin  sərhədlərinin  toxu- 

nulmazlığmı  tə'm in  edir.  Bu  cür  qəhrəmanlıq  ad üstünə  ad  gətirir.  Dədə 

Qorqud gəlir,  onu  öyür. Yaxud  Səgrəyin  qəhrəmanlığım  götürək.  O,  qar- 

daşı Əgrəyi dustaqlıqdan xilas etmək üçün meydanda kafır qoşununa qar- 

şı tək döyüşür.



Qorxalqıq.

 Bu damğa oğuzlara məxsus olmayan, onların adına bağlan- 

mayan xüsusiyyətdir.  Dastarrda bu  damğam Yalıncıq oğlu Yalıncıq özün- 

də  hiss  etdirir.  Dastanda  qorxaqlıq  iki  aspektdə  oğuzlara tə 'sir  edir:  qor- 

xaqlığı  qəbul  edən və  etməyən.  Məhz Yalıncıq  oğlu Yalıncıq  qor-xaqlığı 

qəbul  edən  tipdir.  Qorxaqlığı  qəbul  etməyənlər  isə  igid  adma  ləkə  gətir- 

mək  istəməyənlərdir.  Məsələn,  Веугэк  qorxaqlığı  qəbul  etmir.  O,  xüsusi 

qəhrəman tipidir.  Qorxaqlığı qəbul edəıı isə xəyanətkar tipidir.  O,  istədiyi 

an yoldaşlarını,  qəhrəmanları  satır, onlara xəyanət edir. Alp Aruz isə qəh- 

rəman  olduğu  cpdər  qorxaqdır.  Məhz  bu  qorxaqlıq  onu'xəyanətə  sövq 

edir.  İç  Oğuzu  Daş  Oğuza  qarşı  qoyur.  Qorxaqlıq  və  qəhrəmanlıq  da  öz 

paradiqmalarını doğurur.  Sədaqət qəhrəmanlığın, xəyanət isə qor-xaqlığın 

tə'yini  kimi  dastanda üzə  çıxır.

Sədaqət.

  Bu  xüsusiyyətə  demək  olar  ki,  əksər  Oğuz  qəhrəmanlarında 

rast gəlirik.  Diqqotlə fikir versək görərik ki,  sədaqət hissi oğuzların da-xi- 

lində yaşayatı gizli  qayda-qanundur.  Ona ancaq  əməl  etmək  lazımdır.  Bu 

cəhətdən  Qaraca  çobanın  Oğuza  sədaqəti  xüsusi  seçilir.  O,  sədaqəti  ılə 

Oğuz cəmiyyətində xüsusi hörməto layiq görülür.  Dastanda sədaqətin tip- 

ləri  müxtəlifdir.  Ər  halalm a  sədaqətlidir,  oğul  ataya  sədaqətlidir,  qardaş 

qardaşa,  bacı  qardaşa sədaqətlidir.  Bu yerdə  sədaqət namusla çarpazlaşır.



Namus.

  Əxlaqi-etik  normalardan  эп  birincisidir.  Bu xüsusiyyət  Oğuz 

cəmiyyətində yüksək qiymətləndirilir.  Kafırlər Qazan xanın yurdunu yağ- 

malayandan sonra onun ailəsini də aparırlar. Bu boyda Şöklü M əliyin Qa­

zan xanın namusunu  sındırmaq  istəməsinə  Uruz dözmür,  oğul  qeyrəti  ib  

müqavimət  göstərir.  Anası  Burl a xatuna  deyir ki,  başqaları  mənim  ətim- 

dən  bir yesəbr,  sən  iki  ye.  Təki  ağam  Qazanın namusu  sınmasın.  Boyda 

Uruzun  dilindən  d ey ib n   şe'r  parçasında  namus  Oğuz  ailəsinin  xüsusi 

m e'yarı  kimi  diqqətə  çatdırılır.  Bütövlükdə  namus  dedikdə  bütün  Oğuz 

igidbrinin bu məsələyə müsbət münasibətini görürük.



Araya qılınc qoymaq.

  Namusun  nişanəsi  kimi  diqqəti  cəlb  edir.  «Əg- 

rəyin dustaq olduğu boy»da qardaşınm  dustaq olmasını  Səgrək öz namu- 

suna sığışdırmır.  Bunu ona tə'nə edəndə qardaşmın xilası üçün yollar ax-




tarır.  Ata-anası  onu  bu  yoldan  çəkindirmək  üçün  evləndirmək  istəyirlər. 

Toy  axşamı  Səgrək  gəlinlə  öz  arasına  qılınc  qoyur.  Onun  boyda  dediyi 

şe 'r parçası  qılıncı  araya qoymasının səbəbini  ifadə  edir.

Dastanda naınus məsələsi qadın və qızların öhdəsinə düşən,  Oğuz qız- 

larının  xarakterini  açmağa  körnək  edən  əsas  faktordur.  Banıçiçək  Bey- 

rəyin yolunu  16  il ona görə gözləyir ki,  adına başqa söz deyilməsin.



Qəhrəmanlıq  göstərən  qızlar.

  Əbülqazi  «Şəcəreyi-torakinıə»də  yazır 

ki,  Oğuz elində 7  qız qəhrəman qızlar kimi tanınmışdır.  Onlardan bir ne- 

çəsi «Dədə Qorqud»  dastamnda öz statuslarmda çıxış edir.  Dastanda Bur- 

la xatun, Banıçiçək və Selcan xatun ox atmağı,  at çapmağı, güləşməyi ba- 

caran cəngavər qızlar kimi  diqqəti cəlb edir.  Banıçiçək Beyrəyin igidliyi- 

ni  smamaq  üçüq  onu  yarışa  dəvət  edir.  Onlar  at  çapırlar,  güləşirlər.  Bu 

yarışda məqsəd  bir yandan Beyrəyin təpərini  smamaqdırsa,  ikinci tə-rəf- 

dən  özünün  də  rıəyə  qadir olduğunu göstərməkdir.  Bu xüsusiyyət  Selcan 

xatunda  da  vardır.  O,  Qanturalını  vəhşi  heyvanlarla  mübarizədə  gücünü 

sınamasından  sonra  sevməyə  başlayır.  «Gözüm  gördü  könlüm  sevdi» 

deyir.  Amma yenə  də  özünün  döyüşmək  bacarığını  Qanturalıya göstərir. 

Paltarmı  dəyişərək Qanturalınm üstünə gələn düşmən qoşununa qarşı vu- 

ruşur.  Lakin  Qarıturalı  el  tə'nəsindən  çəkinərək  onunla təkbətək vuruşub 

öz gücünü sübut edir.

Oğuz  qəhrəmanının  məğrurluğu.

  Məğrurluq  Oğuz  igidlərində  xüsusi 

keyfiyyətdir.  Qanturalının  Selcan  xatunla  üzbəüz  döyüşməsi  elə  onun 

məğrurluğundan  irəli gəlirdi.  Çünki  o,  vəhşi heyvanlarla mübarizədə  qa- 

lib golmişdi.  Selcam  götürüb  Oğuz ellərinə  qayıdanda  düşmən  qoşununa 

qarşı vuruşmuşdur. Amma istəmirdi ki,  Oğuzda Qanturalıya Selcan xatun 

kömək  etdi  desinbr.  yoxsa  düşmən  qoşununa  qalib  gələ  bilməzdi.  Biz 

hansı  Oğuz qəhrəmanmda bu xüsusiyyəti görmərik? Beləsi yoxdur.  Hətta 

İç  Oğuz bəybrində  də məğrurluq onların  daxili  məzm ununa hopub  igid- 

lik göstərməyə  sövq  edir.  Oğuz  igidlərinin  ən məğrurlusu  Qazan  xandır. 

0 ,  təkura  əsir  düşəndo  düşmənini  məğrur  olduğuna  görə  öymür.  Hətta 

Beyrək  ölüm  qabağı  məğrur-məğrur Aruza  deyir  ki,  aldadıb  ər  gətirmək 

arvad işidir.

Qəhrəmanın özünə layiq qız seçməsi.

  Bu  seçim  daha çox  Qanturalıya 

aiddir.  O,  Oğuzdan  ona görə  evlənmək istəmir ki,  bu qızlar türkmən  qız- 

ları kimi evdarlıqla məşğuldurlar. Qanturalı isə istəyir ki, o, uru durmamış 

halalı  ona baş  kəsib gətirsin.  Bir  sözlə,  o,  qəhrəmanlıqda  öziinə  tay  olan 

qızla evlənmək istəyir.



Qəhrəmanm sınaqdan keçirilməsi.

  Oğuz cəmiyyəti  üçiin bu,  çox vacib 

atributdur.  İgid  ona  görə  sınaqdan  keçirilir  ki,  onun  cəmiyyətdə  yeri



Yüklə 200,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə