Xülasə Məqalə «Dədə Qorqud»



Yüklə 200,17 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü200,17 Kb.
#49897
növüXülasə
1   2   3   4   5   6   7   8

türk xalqlarında pul vahidi kimi tanqadan da istifadə olunduğu məlumdur. 

Oğuz tacirb ri  qonşu tayfalarla ticarət əlaqələri  quraraq onlardan  Oğuzda 

az tapılan,  yaxud olmayan  şeyləri  alır,  hətta silah-sursat alış-verişi  də  et- 

mişlər.  Bunun izb rin ə уепэ «Dədə Qorqud kitabı»nda rast gəlirik.  «Bey- 

rəyin  boyu»nda  Baybecan  bəy  tacirləri  çağırıb  oğlu  üçün  ona  yaraşan 

silahların  alınmasını  xahiş  edir.  Oğuzların  ən  çox  ticarət  etdiyi  şəhərlər, 

ölkələr  arasında  Trabzon,  Bizans  mühüm  yer  tuturdu.  Onlar  Həştərxan, 

Səmərqənd,  İran tacirləri  ilə  də alış-veriş edirdibr.



Oğuzda  İslam.  Axirət.  Namaz.

  İslam  mütərəqqi  bir  dindir.  Oğuzlar 

Islamı  ona görə  qobul  etmişlər ki,  İslam  qanunları  türklərin  dini  e'tiqad- 

ları  ilə  üst-üstə  düşürdü.  Oğuzların  İslamı  qəbul  etməsi  «Dədə  Qorqud 

kitabı»ndakı  informasiyalara  görə,  VII  əsrdə  olmuşdur.  İlk  dövrlərdə 

oğuzlarda İslamı  qəbul  etmə prosesi  ləng getmişdir.  Türklər,  о  cümlədən 

Oğuz türkləri İslamı  qəbul edəndə müəyyən m aneələrb üzləşirdibr. Tari- 

xi  m ə'lum atlardan  aydmlaşdığına  görə.  qədim  türkbrdə  İsl^mın  qəbul 

edilməsi  yalnız  XII  əsrdə  tam  başa  çatmışdır.  «Dədə  Qorqud  kitabı»nda 

İslamı  qəbul  edən  ШгкЬг  miisəlman,  etməyənlər  isə  kafır  adlanırlar. 

Oğuzlar arasmda İslamın yayılmasmda Dədə Qorqudun,  Bəkdüz Əmənin 

və  b.  böyük rolu  olmuşdur.  Hətta Dədə  Qorqudun  M əhəmməd  peyğəm- 

b ə rb   (s.ə.s.)  görüşməsi,  ondan  Islamı  vaymaq  barədə  göstəriş  alması  da 

söybnilir.  T ü rk br  İslamı  qəbul  edənlər  arasında  эп  birincilərdən  olmuş- 

lar.  «Daş  Oğuzun  İç  Oğuza  asi  olduğu  boy»da  Daş  Oğuz  b əy b ri  ortaya 

«Qur'an»  kitabı gətirib  bir-bir əl  basırlar.

Bütün  müsəlmanlar  kimi,  «Dədə  Qorqud»  oğuzlan  da  axirətə  inanır, 

bu  dünyamn  puç  olduğunu  düşünürdiilər.  Веугэк  ölüm  qabağı  Qazan 

xana xəbər yollayır ki,  Qazan xan  qisasmı  dayısı Aruzdan  almasa,  sabah 

qiyamət  günündə  əli  onun  yaxasmda  olacaq.  Dastanda  axirətə  inam  İs- 

lamdan daha öncəki  türk qiyanıətinə olan inamdır.

Dədə  Qorqudun  məntiqində  bu  dünya  gəlimli-gedimli  dünyadır,  son 

ucu ölümlü dünyadır.  Özündən deyən çox igidbri  əcəl  alıb,  yer gizbyib, 

fani dünya kimə qalıb? Oğuzlar hərbi yürüşlərə getməmişdən əvvəl arı 

S u ­

dan abdəst alır,  ağ alınlarını yerə qoyaraq iki  rükət namaz qılırlar. Nanıaz 



qılmanın  indiki  təhərinə  dastanda rast gəlinmir.  Dastanda  qılınan  namaz 

ilkin namaz formasıdır. Din tarixindən də m ə'lum dur ki, hələ Məhəmməd 

peyğəmbərin  (s.ə.s.)  vəhy  aldığı  ilkin vaxtlarda  iki  rükət namaz  qılınmış 

və sonradan bu dini  ayin təkmilləşdirilmişdir.



Uç dünya modeli.  Oğuz kosmosu.  Yalançı diinya.

  Oğuz mifık təsəw ü - 

ründə  dünya  üçqatlıdır.  Yuxarı  dünya,  orta  dünya,  aşağı  dünya.  Yuxarı 

dünya Oğuz tanrısının moskən saldığı məkandır.  Çox əski  Oğuz düşüncə-




sində  Oğuz  tanrısmın  yeri  göyün  beşinci  qatı  olmuşdur.  Oğuz  mifologi- 

yasının tarixi mifoloji zaman kəsimində qədimlik baxımmdan ilkin mifo- 

loji  düşüncənin rüşeym halında olduğu dövrlə bağlıdır.  Bu mifoloji Oğuz 

zamanmm tanrı işarəsi beşdir.  Oğuz mifologiyası ilə türk mifologiyasınm 

çarpazlaşdığı  dövrdə  bu  işarə  veddiyə  çerilmişdir  Oğuzlarda  orta  dünya 

real  insanların  yaşadığı  dünya,  aşağı  dünya  isə  axirət  dünyasıdır.  Bu  üç 

dünyanı  Oğuz  tanrı  idarə  edir.  Onlar  üç  dünyanın  varlığma  inanmışlar. 

Oğuz  tanrısının  sevdiyi  insanların  ruhu  ali  dərgaha,  pis  ruhlar  isə  aşağı 

dünyaya qayıdırlar. Oğuz kosmosunun əsasmda Oğuz m ifık ağacı dayanır 

ki,  budaqları  göyə  çatan  bu  ağacın kökləri yerin  alt  qatlarma,  aşağı  dün- 

yaya uzanır.  Dastandakı bu üç  dünyanın təsvirini  prof.  M .Həkimov Dədə 

Qorqudun söybdiyi ustadnamələrə əsasən belə tə'yin edir:

-  Bizi  əhatə edən maddi  varlıq,  əzəli-əbədi  dünya (yuxarı  dünya);

-  Ailə-əxlaq,  ismət-qeyrət,  inam -e'tiqad (orta dünya);

-  Aşağı dünyaya inam  (ölən adam dirilməz,  çıxan can geri  gəlməz).

Oğuzların dünyagörüşünə görə,  aşağı  dünya Oğuz  dünyasının tərsidir.

Oğuzlar bu  dünyam  yalançı  dünya adlandırırlar  (10,  s.371  -375).  S.Rza- 

soy  yazır  ki,  toy  gərdəyindən  qaçırılan  Beyrəyin  aparıldığı  yer  yalaxıçı 

dünyadır.  O,  yalançı  dünyada  Oğuz  əxlaqma  əks  olan  hərəkətlər  edir. 

Onun  yalançı  dıinyaya  düşməsi  inisiasiya miflərində  təsvir  olunan  ölüb- 

dirilmə, yeni  statusda doğulma prosesini  keçməyi  ilə xarakterizə  olunur.

Ana haqqı,  tanrı haqqı.

 Ananın,  qadının bu dərəcədə yüksək tərənnüm 

olunduğu  «Q ur'ani-Kərim »dən  sonra ikinci  kitab  «Dədə  Qorqud»  dasta- 

nıdır.  M.Həkimov  öz tədqiqatında dastarıda təsvir olunan ananın,  qadının 

portretini  yaratmış,  ana  obrazını  tipikləşdirmişdir.  Bu  cəhətdən  dastanda 

iki  ana obrazı  diqqət  çəkir.  Birincisi  Buğacın anasıdır,  bu ana oğlunu ha- 

mıdan  çox sevir.  Ovdan bikef qayıdan Dirsə  xanın təhər-töhüründən Bu- 

ğacm  başına  iş  gəldiyini  duyan  aııa-xatun  onu  Qazılıq  dağında  yaralı 

halda  tapir.  Burada  ana  ilə  oğul  arasında  olan  mükalimə  ananın  iztirab- 

larını üzə çıxarır.  Dastanda ikinci ana surəti Burla xatundur.  Ozanın obraz 

yaratma xüsusiyyəti Burla xatunun bədii -emosional təsvirində tə'sirli bo- 

yalarla  verilir.  Övladlarma  olan  sevgi  lıər  iki  ananı  müqəddəsiləşdirir. 

Ana-xatun Dirsə xandan soruşur ki, «Köksü gözəl böyük dağa ova çıxdm. 

iki getdin, bir gəlirsən,  balam hanı? Qara dövranda tapdığım  oğul hanı?». 

Eyni  cür tə'sirli  sözlərlə  Burla xatun  da  Qazan  xandan  sual  edir:  «Dilək 

ilə bircə oğul güclə tapdım. Yalnız oğul xəbərini,  a Qazan,  söylə mənə!». 

Boylardakı  ana  təşvişini  əks  etdirən  poetik  parçalarda  M.Həkimovun 

qeyd  etdiyi  kimi,  xatunların  ərləri  ilə  qurduqları  duet-dialoq  məhkəməsi 

bir  ailənin  deyil,  bütün  Oğuz  xatunlarının,  ulu  türk  dünyası  analarmın 

bala istək-arzusundan  irəli  gələn ədalət məhkəməsidir.




Yenə prof. M.Həkimov yazır ki, dastanda ana övladının nəinki tərbiyə- 

çisi,  qoruyucusudur,  o,  həm  də  övladım  ölümün  pəncəsindən  xilas  edən 

şəfqətli bir təbibdir -  loğmandır.

Dastanda Uruz ana haqqmı tanrı haqqı bilir.  Özünün anası yolunda qur- 

ban  getməyə  hazır  olduğunu  bildirir.  Qazan  xanın  da  ana  haqqınm  tanrı 

haqqı  olmasına münasibəti bu ciirdür.  O,  Şöklü Məliyə deyir ki,  xəzinəmi 

götürüb  gəlmisəıı,  sənə  xərclik  olsun.  Qırx  incəbelli  qızla  Burla  xatunu 

gətirmisən, sənə əsir olsun.  Qırx igidlə oğlum Uruzu gətirmisən,  sənin qu- 

lun  olsun,  qoca anamı  gətirmisən,  anamı  ver mənə,  savaşmadan -  vuruş- 

madan  qayıdım,  geri  dönüm.  Qazanın  anası  yolunda  xatununu,  oğlunu 

qurban vermək istəməsi  anaya olan ehtiramm ən yüksək zirvəsidir.

Yas mərasimi.

  Qəhrəman öləndə atının  kəsilməsi.  «Dədə Qorqud»  das- 

tanından  yas  mərasimi  haqqmda  da  ötəri  m ə'lum atlar  əldə  etmək  olar. 

«Dəli  Domral  boyu»nda  Domrulun  körpüsü  yanında  alaçıq  quran  kiçik 

obanın  adamları,  ana,  bacıları  ölən  igid  üçün  başma,  gözünə  döyür,  ağı 

deyir,  saçlarmı  yolurlar.  Başqa  bir  boyda  -   Daş  Oğuzun  İç  Oğuza  asi 

olduğu boyda öldürülən Веугэк vəsiyyət edir ki,  onun ağ-boz atını  boğa- 

zlayıb  kəssinlər,  ehsanını  versinlər.  Boyda  Beyrəyin  yas  mərasimi  ver- 

ilməsə də,  aydın olur ki,  bacıları qara geyiniblər, onuıvatmı  kəsib ətindən 

ehsan veriblər.  Qədim türk  adətinə görə,  igid öləndə onun atını  kəsər,  ba- 

şını payaya keçirib  qəbrin  üstünə  qoyarlarmış.  M.Həkimov yazır ki,  das- 

tandakı yas  mərasimi  ilə bağlı  hadisələri  izlədikcə m ə'lum   olur ki,  bura- 

da  həm  İslamdarı  çox-çox  qabaqkı  inamlar,  həm  də  az  da  olsa,  İslam 

dininin tə'siri özünü göstərməkdədir. Yenə M.Həkimov yazır ki, qəhrəma- 

nın ölümündən sonra «ağ çıxarıb,  qara geyinmək», «göy sarınmaq» məhz 

İslam dininin tə'sirindən irəli golirsə, ölünıündən sonra qəhrəmanm atının 

quyruğunu  kəsmək,  «baş  geyimlərini  yerə  çırpmaq»  və  s.  daha ulu türk- 

lərin çox-çox qədim  inamlarından,  adət-ən' ənəlorindən xəbər verir.

Folklorda bədii təsvir və ifadə vasitələrindən istifadə olunması bir ən'- 

эпэ şəklini almışdır.  Bu cəhətdən «Dədə Qorqud kitabı»  boylarının da di- 

lində bədii  boyalaxa geniş yer verilmişdir.  İlk növbədə ayrı-ayrı boylarda 

qüvvətli  portretlər  yaradılmışdır.  M.Həkimov  qeyd  edir  ki,  xalq  ifadə- 

brinin seçimi və ozan dili  ilə yaradılan bu bədii portretlər surətlərin həro- 

kət və fəaliyyətini əks etdirir.  Onların fəaliyyəti  mübaliğəli  olur, real qəh- 

rəman  tipindən  çox  əsatiri  qəhrəman  tipi  kimi  diqqət  çəkir.  Burada 

M.Həkimov  əsas  diqqəti  qəhrəmanm  adımn  qarşısında işlənən bədii  epi- 

tetlərə fıkir verir.  M əsələn,  dastaııda Qaragünə üçün belə bir epitet işlən- 

mişdir:  Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acı- 

ğı tutanda qara daşı kül eyləyən, bığını ənsəsində 7 dətb düyünləyon, igid- 

lər igidi,  Qazan  xanın  qardaşı  Qaragünə.




Bundan başqa M H əkim ov  «Dədə  Qorqud»un  şe 'r dilini,  onun poetik 

imkanlarım da təhlilə cəlb edir. Müəllifm qarşısma qoyduğu məqsəd onun 

təhlil metodundan da göründüyü kimi,  öz həllini tapır.  «Dədə Qorqud»un 

şe'r dilində M.Həkimovun diqqətini bədii  sual və onun ifadə etdiyi ritorik 

m ə'na  cəlb  edir  və  о  yazır  ki,  «Kitab»ın  эп  çox  şe 'r  hissəsində  təsadüf 

edilən  bədii  sual  hadisənin  doğurduğu  əhval-ruhiyyəyə  müvafıq  olaraq 

elə bir həyəcanla səsləşir ki,  sanki  bu vəziyyəti  başqa cür  ifadə  ilə təsvir 

etmək olmazmış.  О  öz fıkrinin  təsdiqi  kimi  şe'r  məntiqində təsadüf olu- 

nan «durummu», «tutummu»,  «salımmı»,  «edimmi»,  «olmazmı  olur»  ki­

mi  suallar  qarşısmda  lirik  «mən»in  həyəcanlarmı  misal  çəkir.  Beyrəyin

Xan qızı,  səhər tezdətt yerrmdən  duffiadim ım ?

Boz ayğırm belinə oturmadımmı?

Bu  şe'r  parçasında  təsvir  olunan  dramatizm  Beyrəklə  Bam çiçək  ara- 

smdakı məhəbbətin tosdiq olunmasına yardım edir. Bu dramatizm şe'rlər- 

də  duet-dialoq  səpkisindədir.  Bu  duet-clialoqda Ozan  dədənin rolu  səııət- 

kar  məharəti  də  aşkar  görünür.  O,  üçüncü  şəxs  kimi  şe 'r  mətninin  arxa 

üzündə hiss  oluııur.

Prof.  M .Həkimov  «Dədə  Qorqud  kitabı»ndakı  müqəddimənin  ustad- 

namə tipli  olduğunu,  Dədə  Qorqudun müdrik sözlərinin ustadnamələrdə- 

ki  eyni bəndləıiə səsləşdiyini göstərir.  0 ,  qədim ozanm söybdiyi  mıiqod- 

dimənin 3 m ərhəbli ustadnamə olduğuııu göstərərək deyir ki,  dastana ve- 

rib n   bu  ustadnamələrdə  həm  də  mövliyəçilik,  öyüd-nəsihətçilik,  divani 

ünsürlərinin  peyvəndbri  bir növ  müştərəklik  təşkil  edir.  M.Həkimov  bu 

ustadnam əbrdəki  poetik  cəhətdən  peyvəndbşdirilm iş  cüm ləbri  öyüd- 

nəsihətnaməbr,  nəzmə  çəkilmiş  poetik  ata  sözbri  adlandırır.  Bu  ustad- 

nam əbrin  birinci  m ərhəbsindəki  mənzum  atalar  sözbrini  üm um ibşdi- 

rilmiş  fik irb r  təşkil  edir.  Bunlar  lıəm  də  öyüdnam əbrdir.  İkinci  ustad- 

namənin  məzmununu  Oğuz -  tərəkəmə  çoban-maldar  adət-ən'ənəsindən 

doğan s ö z b r təşkil  edir:

-  Bəli,  mənim  şir  biləkli,  aşlan  ürəkli  birdi  bir Allah  eşqində  d ibkli- 

d öbkli  əzizbrim !  -  dcyo ozan giriş ediıv

Mürsəl  Həkimov  üçüncü  üstadnaməyə  Dədə  Qorqudun  qarılar,  gəlin- 

b r,  xatunlar haqqında dediyi üm um ibşdirilm iş poetik fıkirbri  daxil  edir. 

Bu  atalar  sö zb ri  m əqam ında  işb n ən   dədə  sö zb ri  alqış,  qarğış,  tə'nə. 

qaxınc,  ailə-əxlaq,  öyüd-nəsihət,  vəsiy}?ot  kimi  qəbul  olunaraq  dastanda 

ictimai m ahiyyət daşıyır.

Prof.  M.Həkimov  öz  tədqiqatında  ibtidai  Oğuz  cəmiyyətində  qadınm 

roluna  xüsusi  diqqət  yetirmiş,  qadın  haqqmda  məşhur  formulu  -   «Ana




haqqı tanrı haqqı» deyimini gəlişigözəl söz kimi götürməmiş, onun cəmiy- 

yətdə  yüksək  rolunu,  ana  funksiyasmı,  döyüşçü  və  sevimli  yar  olmasmı 

boylar üzrə təhlil  etmişdir.  M .Həkim ovm  tədqiqatında qadın  obrazlarının 

bir  neçə  tipi  önə  çəkilir.  Bunlardan  эп  mühümü  qadının  ana  portreti  və 

onun tipikbşdirilməsidir.  Biz əvvəlki  səhifəbrdə də  dastanlardakı məşhur 

ana  obrazlarmdan  bəhs  etmişdik.  Lakin  M.Hokimov  problemə  geniş  ra- 

kursdan  yanaşaraq  ana  obrazının  yüksək  tipik  səviyyəsini  dastançılıqda 

mühüm  mərhələ  kimi  qəbul  edir  və  sonrakı  dastanlarda  yaranacaq  ana 

obrazlarına  hər  cəhətdən  tə'siıyedəcəyini  söyləyir,  onu  folklorda  xüsusi 

hadisə sayır.  M.Həkimovun nəzərincə şifahi  ədəbiyyatda Tomris, Nüşabə, 

Tutubikə,  Nigar,  Нэсэг,  Qaratel  kimi  qəhrəman  qadm-ana  obrazlarmm 

yaranması,  hər  şeydən  əvvəl,  klassik  və  şifahi  ədəbiy-yatımızın  təsiri  ilə 

olmuşdur.  Klassik  eposlarda  tərənnüm  olunan  ana  obrazları  hər  kədərə, 

ağrıya dözümlüdür,  düşmən qarşısında  alçalmır,  ərinə və  oğluna  sədaqət- 

lidir,  öz haqları uğrunda döyüşməyi bacarır.  Burada xü su sib  Burla xatunu 

və  Dirsə  xanın  xatununa  bu  keyfıyyətlərin  miras  qaldığı  ərr ibtidai  epos 

dövrünün təsirini qeyd etmək lazımdır. Tarixdə öz döyüşkənliyi ilə məşhıır 

olan amazonka qadırıların Qafqazda yaşaması,  bəlkə do onların amazonka 

yox,  Oğuz qadını  olrnası  daha düşündümcüdür.

Boylardakı  qadın  obrazları  intuitiv  duyumları  ilə  bir-birinə  oxşayır. 

Burla xatunun  oğlundan  ötəri  keçirdiyi  iztirabları  və  onun  dilindən  söy- 

lənən  mənzum  mətni  Dirsə  xaııın  xatununun  oğlu  üçün  keçirdiyı  həyə- 

canlarla və  eyni  ritm ik quruluşlu  şe'r mətni  ilə müqayisə  edəndə  bu ruhi 

bağlılığı  izləmək olur.  Dirsə xan -  xatunu -  Buğac və Qazan xan -  Burla 

xatun -  Uruz arasındakı  ata -  ana -  oğul  silsiləsi  hər ıki  ailədə  baş  verən 

dialoq-məhkəmənin eyni olması  ilə başlanır,  analarm övladları uğrundakı 

fədakarlıqları  ilə  sona  yetir.  Bu  ana  obrazlarma  о  biri  boylardakı  fəal 

qadınlar -  Banıçiçək  və  Selcan  xatun  da  qoşulur  və  onlarm  ictimai  rolu 

təkcə sevgili olmaqla bitmir, eyni zamarıda döyüşçü-qadın xüsusiyyətləri- 

ni  daşıması  ilə  də  yadda  qalır.  Нэш  Веугэк,  həm  də  Qanturalı  onların 

qəhrəmanlığını  qəbul  etsələr  də,  bu  qızların  Oğuzda  öyünəcəklərindən 

roncidə  olub  üzbəüz  döyüşməyi,  güləşməyi,  onlara  öz  güclərini  göstər- 

məyi lazım bilirlər. Amma Dəli Domrulun xatunu başqa qadın tipbrindən 

fərqli olaraq canmı belə qurban verməyi bacaran obraz kimi  səciyyəbnir. 

Bu minvalla  dastanda  3  tip  qadm obrazmın  olduğunu  görürük.  Bütün  bu 

qadınları  birbşdirən  məntiqi  təfəkkür  isə  onların  ərlərinə  qarşı  sədaqətli 

olmaları  haqqmdakı  düşüncəni  doğurur.  M .Həkimovun  b e b   bir  qənaəti 

doğrudur ki,  bu  qadınlarm  iştirak etdiyi  boylarda sınağa ç ə k ib n b r Dirsə 

xan,  Qazan  xan,  Buğac,  Uruz,  Dəli  Domrul,  Qanturalı,  Веугэк  deyil, 

onlarm  sədaqətli  həyat yoldaşlarıdır.




Prof.  M.Həkimov  dastanşünas  olduğundan  folklorda  «Dədə  Qorqud» 

dastanının rolunu da düzgün qiymətləndirir. Onun «Dədə Qorqud kitabı»nm 

özündən sonrakı yaranan dastanlara tə'siri ilə bağlı tezisbri də maraqlıdır. O, 

bu tə'siri aşağıdakı şəkildə izləməyi məqsədəuyğun hesab edir:

1.  «Dədə  Qorqud»  dastanmın orta əsrlərdə və yeni yaranan  dastanlara 

-   «Koroğlu»,  «Qaracaoğlan»,  «Qaçaq  Nəbi»,  «Qaçaq  Kərəm»,  «Qaçaq 

Yarəli»,  «Dəli  Alı»,  «Qaçaq  Tanrıverdi»,  «Qaçaq  M olla  Nur»,  «Hacı 

Mohəmməd» kimi  dastanlara tə'siri;

2.  Qardaş  özbək,  qazax,  qırğız,  başqırd  dastanlarma  -   «Alpamış», 

«Manas»,  «Ural  Batır»,  «Yusif və  Əhməd»  kimi  dastanların  süjetlərinə 

«Dədə Qorqud kitabı»nın  qəhrəmanhq süjetlərinin tə'siri;

3.  Klassik,  orta və yeni  dövr dastanlarındakı  qadmlarm,  onlarm  sosial 

yaşayış  tərzinin,  milli  adət-ən'ənələrin,  şe'r  şəkillərinin  bir-birinə  oxşar 

olması,  «Dədə  Qorqud kitabı»ndakı  «Müqəddimə»nin başqa  dastanlarda 

ustadnamə  şəklində  olması,  yumların  isə  duvaqqapma yerində  işbnm əsi 

də  epos  yaradıcılığı  ilə  dastan  yaradıcılığının  köklərinin  birliyini  sübut 

edir.

ƏDƏBİYYAT



1. Bəhlul Abdulla. «Kitabi-Dədə Qorqud»un poetikası. Bakı, Elm,  1999

2.  Cəfərov N. Eposdan kitaba. Bakı, Maarif,  1999

3.  Жирмунский B.M.  Огузский  героический  эпос  и  «Книга Коркута» // 

Книга моего деда-Коркута. Баку,  1962

4. Kamal Abdıılla. Gizli Dədə Qorqud. Bakı:  «Yazıçı» nəşriyyatı,  1991

5. Kitabi-Dədə Qorqud.  Bakı, Yazıçı,  1978

6. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı,  Səda, 2002, 210 s.

7. Xəlilov P.  «Dədə Qorqud kitabı» və qədim türk dastan ənənələri // Kitabi- 

Dədə Qorqud (məqalələr toplusu). Bakı: «Elm» nəşriyyatı,  1999,  s.  38 -  48

8. Hacıyev 

T. 

Dədə Qorqud:  diiimiz,  düşüncəmiz.  Bakı, Elm,  1999



9.  Həkimov  M.  «Kitabi-Dədə  Qorqud»  dastanmda  xalq  məişət  mərasim- 

bri//Kitabi-Dədə Qorqud -   1300. В., ADPU nəşri, 2000

10.  Rzasoy  S.  Oğuz  mifoloji-epik  dünya  modelində  xaos  -   «yalançı 

dünya»//«Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» III uluslararası  folklor 



konfransmın materialları.  Bakı,  «Səda», 2005

Yüklə 200,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə