Xülasə Öz işimdə keyfiyyətli tədqiqat məlumatları və onların effektli yolla toplanmasından bəhs etmişəm. Bu bölmədə elmi tədqiqatın qərar qəbul etmədəki mühüm funksiyası izah edilməyə çalışılmış və buna uyğun olaraq tədqiqatda izlənilən proseslər izah


İştirakçı kimi müşahidə aparılması



Yüklə 50,32 Kb.
səhifə5/21
tarix10.05.2022
ölçüsü50,32 Kb.
#86409
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   21
tədqiqat serbes1234

İştirakçı kimi müşahidə aparılması (participant observation). Bu metod tədqiqatçının, müşahidə obyekti olan qrupa üzv kimi daxil olaraq həmin qrupun mədəniyyətini, oraya aid olan insanların davranış mexanizmlərini öyrənməsindən ibarətdir. Misal olaraq Polşa tədqiqatçısı M. Kaminskinin 1985-ci ildə Polşada siyasi dustaq kimi həbsxanada müşahidələr aparmasını göstərmək olar.

Məzmun analizi (content analysis) müxtəlif sənədlərin, olmuş hadisələri təsvir edən kitabların, lent yazılarının, qəzet və jurnalların, internet saytlarının, qanunların və başqa sənədli çap məhsullarının öyrənilməsindən ibarətdir. Bu metoddan müxtəlif sosial elm sahələrində istifadə olunur. Məs., Britaniya tədqiqatçısı D. Robertson 1970-ci illərdə bu üsulla Britaniyada və Amerikada aparılan partiyalar arası yarışmaları öyrənmişdir. Məzmun analizi son illərdə ictimai münasibətlərdə, xüsusilə media münasibətlərində müvəffəqiyyətin ölçülməsi üçün mühüm vasitələrdən birinə çevrilmişdir.

Fokus qrupu (focus group) metodu bir qrup şəxsin müəyyən məhsula, hadisəyə, ideyaya münasibətinin müəyyənləşdirilməsindən ibarətdir. Bu münasibəti aydınlaşdırmaq üçün bir yerə cəmlənmiş qrupa obyekt haqqında suallar verilir. Bu zaman qrup üzvləri müzakirə edilən obyekt barədə sərbəst danışa bilərlər. Bu üsul müxtəlif mədəniyyətə malik qrupların fikirlərini öyrənməyə, müzakirə zamanı gözlənilmədən ortaya çıxan məsələlərin tədqiqinə imkan verir. Bu metod asanlıqla başa düşüldüyü və inandırıcı olduğu üçün yüksək validliyə malik hesab olunur.( Kvale, (1994).)


Yüklə 50,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə