9
səmərəli iştirakının təmin edilməli olduğu qeyd edib. Həmçinin qərarların əsaslandırılması tələbinin
vacib olduğu vurğulanıb. Xırda və texniki çatışmazlıqların namizədliyin qeydiyyatından imtina üçün
əsas olmamalı olduğu bildirilib.
24
İcra vəziyyəti:
Mövcud qanunvericilik namizədlərin qeydiyyatının yalnız bir mexanizmini – imza mexanizmini
tanıyır. Başqa sözlə, qüvvədə olan qanunvericilik depozit mexanizmini hazırda nəzərdə tutmur
(2008-ci il düzəlişləri vasitəsilə depozit sistemi qanunvericilikdən çıxarılıb).
25
İmza mexanizmi ilə
bərabər digər seçki sənədlərinin (gəlirlər, mülkiyyət və namizəd barədə digər məlumatlar)
düzgünlüyü də təmin edilməlidir.
26
Mövcud qanunvericilik qəsdən buraxılmayan səhvlərin yaxud
digər texniki səhvlərin düzəldilməsi imkanını tanıyır. İmza vərəqələrinin və digər seçki sənədlərinin
yoxlanılması mexanizmi mürəkkəb, qeyri-aydındır və bir sıra təkrarçılıqlara yol verilir.
27
Qeyd
edilən çatışmazlıqlar seçki komissiyalarına bu müddəalardan sui-istifadə etməyə şərait yaradır.
28
Namizədliyin qeydiyyata alınmasından imtina edilməsinin əsasları mürəkkəb və qeyri-müəyyəndir
və bir sıra hallarda təkrarçılığa yol verilir. Ümumilikdə götürdükdə, imza vərəqələrində və digər
seçki sənədlərində pozuntuların edilməsi yaxud lazımi sayda imzaların toplanılmaması namizədliyin
qeydə alınmaması üçün əsasdır.
29
Deputatlığa namizədlərin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin
azı 450 imzası toplanılmalıdır. Parlament seçkilərində bir seçici birdən artıq namizədin müdafiəsi
üçün imza ata bilər.
30
Prezidentliyə irəli sürülən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası
toplanılmalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza
toplanmalıdır. Prezident seçkilərində bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
31
Hökümət seçkilərdə namizədlərin qeydiyyatı ilə bağlı qaydaların sadələşdirilməsi və
səmərələşdirilməsi üçün heç bir addım atmayıb. Namizədlərin əsassız qeydiyyata alınmasından
imtinaya şərait yaradan qanunvericilik və praktika qalmaqda davam edir. Başqa sözlə, hökümət
beynəlxalq qurumların namizədlərin qeydiyyatı ilə əlaqədar tövsiyələrini ardıcılı olaraq gözardı edir.
Azərbaycanda namizədlərin yaxud seçki qurumlarının səmərəli qeydiyyatı sistemi mövcud deyil.
Bunun nəticəsində seçkilərdən əvvəl bir çox müxalif və müstəqil namizədlər müvafiq hakimiyyət
orqanları tərəfindən əsassız olaraq seçkilərdə namizəd kimi iştirak etmək hüququndan məhrum edilir.
5.
Seçki şikayətləri və səmərəli müdafiə vasitələri
Tövsiyə:
ATƏT/DTİHB-nin 2010-cu il parlament və 2013-cü il prezident seçkiləri üzrə hesabatlarında qeyd
edilir ki, Seçki Məcəlləsinə uyğun əsaslandırılmış qərarlar qəbul edilməsi məqsədilə seçki
komissiyaları və məhkəmələr şikayətlərə aşkar və şəffaf qaydada baxmalı və şahid ifadələri daxil
olmaqla bütün sübutları araşdırmalıdır.
32
24
ATƏ
T/
DTİHB Yekun Hesabat
2013, s
ə
hif
ə
10
25
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
56-57; Parlament 02 iyun 2008-ci il qanun d
üzəlişi ilə
depoziti Seçki Mə
c
ə
ll
ə
sind
ə
n xaric etdi. H
ə
min Qanun
üçün bax (Azə
rbaycan dilind
ə
):
http://e-qanun.az/framework/14930
26
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
58-59
27
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
59-60
28
Ogtay Tahirov v. Azerbaijan, no. 31953/11, §§ 63
-66, ECHR 2015 [Online].
http://hudoc.echr.coe.int/eng?i=001-155093
29
ATƏT
/
DTİHB Yekun Hesabat
2013, s
ə
hif
ə
10
30
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
147
31
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
181
32
ATƏT
/
DTİHB Yekun Hesabat
2013, s
ə
hif
ə
16-18;
ATƏT
/
DTİHB Yekun Hesabat 2010
s
ə
hif
ə
22:
10
Bundan əlavə, seçki komissiyalarında təsis edilmiş ekspert qruplarının üzvləri seçki komissiyasından
asılılığı olmayan və onunla qarşılıqlı maraqları olan şəxslərdən təyin edilməməli və həmin qrupların
üzvləri kənardan təyin edilməli, onların seçki komissiyalarından asılılığı olmamalı və ekspert olan
şəxslər hüquqşünaslıq sahəsində lazımi səviyyədə mütəxəssis olmalıdır.
33
Eləcə də şikayətə baxılma
mexanizmi dəyişdirilməli və şikayət bir ekspert tərəfindən deyil, ekspertlər heyəti tərəfindən
araşdırılmalıdır. Şikayətçilərin araşdırmada şəxsən iştirakı təmin edilməli, onlar şikayəti barədə
izahat verməli və sübutların araşdırmasında iştirak etməlidir. Ekspert qrupunun araşdırması
müşahidəçilər üçün açıq olmalıdır. Bununla bərabər şikayətçilərin həlledici arqumentləri məhkəmə
baxışı zamanı araşdırılmalı və onunla bağlı məhkəmənin yazılı qərarlarında məhkəmənin mövqeyi
(təsdiqedici yaxud inkaredici olmasından asılı olmayaraq) əks edilməlidir. Məhkəmələr qərarlarının
hüquqi əsaslarını izah etməlidir. Şikayətçilərin əlavə sübutlat haqqında vəsatətləri rədd edildikdə
buna dair qərardadlar qanuna uyğun əsaslandırılmalıdır. Bununla bərabər MSK-nın fəaliyyətində yol
verdiyi prosessual çatışmazlıqlara adekvat münasibət bildirilməli, seçki məsələləri ilə bağlı
prokurorluq tərəfindən araşdırma aparıla bilinməsi üçün ətraflı müddəalar nəzərdə tutulmalıdır.
34
İcra vəziyyəti:
Hökümət seçki şikayətlərinin araşdırılması ilə bağlı 2008-ci ildə seçki komissiyaları yanında ekspert
qruplarının təsis edilməsini islahat kimi təqdim edir.
35
Ancaq
ekspert qruplarının
formalaşdırılmasında bu qrupların müstəqilliyi və qərəzsizliyi təmin edilməyib.
36
Bundan əlavə, 2015-ci il parlament seçkilərinin təcrübəsi göstərir ki, seçki komissiyaları və
məhkəmələr şikayətlərin araşdırılması sahəsində ciddi irəliləyişə nail olmayıblar. Məsələn, bu
seçkilər zamanı inzibati məhkəmə tərəfindən təmin edilmiş seçki şikayəti olmayıb.
Seçkilərdə iştirak edən namizədlər və digər seçki subyektləri güman edilən seçki pozuntularına dair
şikayətlərinin araşdırılması üçün səmərəli müdafiə vasitələrinə malik deyillər. Hökümət seçki
məsələlərində ədalət mühakiməsi hüququnun təmin edilməsi istiqamətində səmərəli islahatlar
aparmayıb. Aparılan bəzi “islahatlar” isə natamamdır.
6.
Seçkiqabağı maliyyələşmə
Tövsiyə:
Şəffaflığın və məsuliyyətin artırılması məqsədilə seçki maliyyəsi hesabatları təqdim edildikdən
dərhal sonra dərc edilməlidir. Müstəqil peşəkar qurum ədalətli və obyektiv meyarlar əsasında seçki
kampaniyası hesabatlarının auditini aparmalıdır. Bundan əlavə, seçkilərin publik maliyyələşdirilməsi
müddəasının geri qaytarılması nəzərdən keçirilməlidir.
37
Seçki maliyyəsinə dair müddəalar mürəkkəbdir və sadələşdirilməsi nəzərdən keçirilməlidir.
38
İanə verə biləcək subyektlərin dairəsinə qoyulan məhdudiyyətlər yenidən nəzərdən keçirilməlidir.
Məsələn, QHT-lər və vətəndaşlığı olmayan şəxslərə qoyulan məhdudiyyətlər demokratik cəmiyyətdə
zəruri deyil.
33
Yeni orada
34
Yeni orada
35
AŞ Nazirlə
r Komit
ə
si (2015) Nem
ət Əliyev Azərbaycana qarşı (qrup işi)
http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2015)1222/1
36
Yen
ə
orada
37
ATƏT
/
DTİHB Yekun Hesabat
2013
38
ATƏT
/
DTİHB Yekun Hesabat
2013