7
2.
Seçki qanunvericiliyin hüquqi texnikası
Tövsiyyə:
Hüquq normaları birmənalı xarakter daşımalı, anlaşıqlı olmalı və mümkün qədər sadə dildə
olmalıdır. Hazırkı Seçki Məcəlləsi
12
çox mürəkkəbdir və onun istifadə etdiyi ifadələr bir sıra hallarda
anlaşıqlı deyil
13
və Seçki Məcəlləsi sadələşdirilməlidir.
14
İcra vəziyyəti:
Hazırda Seçki Məcəlləsində seçki hüququn müddəaları bütün ölkə vətəndaşlarına seçki qaydalarını
daha yaxşı anlamağa imkan vermir və qanunun yazı üslubu yalnız ölkədə az sayda mütəxəsis üçün
anlaşılan formadadır. Bundan əlavə, Seçki Məcəlləsində çoxlu sayda təkrar hüquq normaları var.
Seçki Məcəlləsi Ümumi və Xüsusi hissələrdən ibarət olsa da, Xüsusi hissədə Ümumi hissədə
göstərilmiş bəzi məsələlər yenidən təkrarlanır.
Seçki terminologiyası dəqiqləşdirilməyib. Bəzi terminlər üçün iki ad istifadə edilir. Məcəllədə
abbreviaturalardan yaxşı istifadə edilməyib.
Bundan əlavə, Seçki Məcəlləsi və seçki ilə əlaqəli digər qanunvericilik arasında ziddiyyətlər və
uyğunsuzluqlar mövcuddur. Seçki Məcəlləsinin mürəkkəbliyi və təkrarçılığı seçki subyektlərində
çaşqınlıq yaradır və vətəndaşların seçki hüquqlarının həyata keçirməsinə mane olur.
Sadələşdirilmiş və anlaşıqlı yeni seçki qanunun qəbulu istiqamətində heç bir addım atıımayıb.
15
3.
Seçkilərin qərəzsiz qurum tərəfindən təşkil edilməsi
Tövsiyyə:
Seçki komissiyaları seçki üzrə vacib maraqlı tərəflərin hamısının etibarını qazanmalıdır. Bu məqsədə
nail olmaq üçün komissiyalarda hökümətyönümlü qüvvələr üstünlük təşkil etməməlidir. Təyinatların
aşkarlığı və komissiyaların işinin şəffaflığı seçki prosesinin legitimliyini təsis etmək üçün labüddür.
16
Seçki komissiyalarının qərəzsiz və müstəqil fəaliyyət göstərməsi üçün həm ATƏT/DTHİB, həm AŞ
Venesiya Komissiyası, həm də AŞ Nazirlər Komitəsi bəzi addımların atılmasına çağırıb.
17
Bununla
yanaşı Birgə Tövsiyələrdə seçki komissiyalarının təşkilinin digər aspektlərinə də diqqət ayrılması
tövsiyə edilib.
18
i)
Seçki Məcəlləsi seçki komissiyasının sədrlərinə geniş səlahiyyətlər verib. Ona görə də
komissiya sədrlərin müxtəlif siyasi partiyaları təmsil edən şəxslərdən təyin edilməsi üstün
tutulmalıdır. Bu tədbir seçki komissiyalarının işinə olan etibarı artıracaq. Hakim siyasi
partiya seçki administrasiyası boyunca sədr vəzifəsini inhisara almamalıdır.
12
Seçki Mə
c
ə
ll
əsi üçün bax (Azə
rbaycan dilind
ə
):
http://e-qanun.az/code/17
v
ə
(ingilis dilind
ə
):
http://www.msk.gov.az/uploads/qanunvericilik/election_code_eng.pdf
[Accessed 14 August 2017]
13
Avropa Şurası Venesiya Komissiyası və
ATƏT/DTİHB
-in birg
ə
tövsiyə
l
ə
ri
http://www.venice.coe.int/webforms/documents/?pdf=CDL-
AD(2004)016rev-e
14
Yen
ə
orada
15
Parlament Seçki Mə
c
ə
ll
ə
sini 27 may 2003-
cü ildə
q
ə
bul edib v
ə
30 iyun 2003-
cü ildə
d
ə
rc edildikd
ə
n sonra M
ə
c
ə
ll
ə
qüvvə
y
ə
minib.
Bundan sonra, Seçki Mə
c
ə
ll
ə
sin
ə
ə
lav
ə
v
ə
d
əyişikliklər edilib. Lakin bu düzəlişlərin heç biri Mə
c
ə
ll
ə
nin sad
ə
l
əşdirilmə
si istiqam
ə
tind
ə
olmayıb.
16
AŞ Venesiya Komissiyası və
ATƏT/DTİHB
Birg
ə
tövsiyyə
l
ə
r (2004)
§§ 9
-10
17
AŞ Nazirlə
r Komit
ə
si (2017) H46-4 Namat Aliyev group v. Azerbaijan [Online]. Available:
http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2017)1280/H46-4E
[Accessed 14 August 2017]
18
2004 Birg
ə
Tövsiyyə
l
ə
r
, § 12
8
ii)
Seçki Məcəlləsi seçki komissiyası üzvlərinin namizədliyinin irəli sürülməsi və təyin edilməsi
məsələlərində aydın və şəffaf qaydalar nəzərdə tutmalıdır.
iii)
Sədr və katib istisna olmaqla Dairə Seçki Komissiya üzvləri və Məntəqə Seçki Komissiyanın
bütün üzvləri yalnız seçki dövründə və seçici siyahısının dövri yenilənməsi ilə bağlı fəaliyyət
göstərirlər. Ona görə də onlar üçün 5 illik səlahiyyət müddəti nəzərdə tutulması çoxdur və bu
müddəa dəyişdirilməlidir. Bu seçki xərclərini azaldacaq.
iv)
MnSK üzvlüyü üçün yaşayış yeri məhdudiyyəti İşğal Edilmiş Ərazilərdən olan məcburi
köçkünlərdən formalaşan seçki dairələri üçün süni və qeyri-mütənasibdir. Bu müddəa
dəyişdirilməlidir.
v)
Bundan əlavə, seçki komissiyalarının qərarlarının qəbul edilməsi üçün 2/3 nisbətində
yetərsay (kvorum) və 2/3 səs çoxluğu tələb edilməlidir. Bu seçki komissiyalarını səmərəli
etmək üçün yüksək səviyyədə konsensus tələb edəcək.
İcra vəziyyəti:
Seçki Məcəlləsinə əsasən seçkilərin təşkili və keçirilməsi üçün üç pilləli seçki komissiyaları –
Mərkəzi Seçki Komissiyası (MSK), Dairə Seçki Komissiyası (DSK) və Məntəqə Seçki Komissiyası
(MnSK) təsis edilir. Seçki komissiyaları daimi əsaslarla və kollegial formada fəaliyyət göstərirlər.
19
MSK ümumölkə üzrə yaradılır, 18 üzvdən ibarətdir və onun üzvləri Milli Məclis tərəfindən seçilir.
MSK-nın 6 üzvünün namizədliyini parlamentin çoxluq siyasi partiyası, 6 üzvünün namizədliyini
müstəqil deputatlar, 6 üzvünün namizədliyini isə parlamentin azlıq siyasi partiyaları irəli sürür.
Müstəqil deputatların bir namizədi çoxluq siyasi partiyası, digər namizədi isə azlıq təşkil edən siyasi
partiyaların nümayəndələri ilə razılaşdırılır.
20
DSK 9 üzvdən, MnSK isə 6 üzvdən ibarətdir. Bu qurumların da üzvləri 3\1 prinsipi ilə MSK-nın
formalaşdığı qaydada yaranırlar. DSK üzvlərini MSK, MnSK üzvlərini isə DSK təyin edir.
21
Seçki komissiyalarının sədrləri parlamentin çoxluq siyasi partiyasının üzvləri sırasından seçilir.
Seçki komissiyaları onun üzvlərinin 2/3-si təyin edildikdə və təyin edilmiş üzvlərin 2/3-si iştirak
etdikdə səlahiyyətli sayılır. İştirak edən üzvlərin sayına uyğun olmaqla seçki komissiyalarının
qərarları 2/3 səs çoxluğu ilə qəbul edilir.
22
Beynəlxalq təşkilatlar tərəfindən 2002-ci ildən başlayaraq, seçki komissiyalarının tərkibinə
dəyişikliklər edilməsi, komissiyaların qərəzsiz və müstəqilliyinin təmin edilməsinə dair islahatlar
keçirilməsi ardıcıl olaraq tövsiyə edilsə də, hakimiyyət bu çağırışlara əməl etməyib.
Azərbaycanda seçkilərin keçirilməsinə məsuliyyət daşıyan seçki komissiyaları beynəlxalq
standartlara uyğun olaraq müstəqil və qərəzsiz deyil.
4.
Namizədlərin səmərəli qeydiyyatı mexanizmi
Tövsiyə:
ATƏT/DTİHB 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə yekun hesabatında prezidentliyə
namizədlər üçün tələb edilən təhsil və yaşayış yeri ilə bağlı məhdudiyyətlərin ləğv edilməsini tövsiyə
edib.
23
Bundan əlavə, ATƏT DTİHB seçki sənədlərinin yoxlanılması mexanizminin sadələşdirilməsi
və bu prosesində şəffaflığının artırılmasını tövsiyə edib. Eləcə də yoxlama prosesində namizədlərin
19
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
18.1
20
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
24
21
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
30
22
Seçki Mə
c
ə
ll
ə
si, Madd
ə
19.3, 19.9, 19.10
23
ATƏT
/
DTİHB Yekun Hesabat
2013, s
ə
hif
ə
9