Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
1   2   3   4   5   6

11 

 

İcra vəziyyəti:  



 

Siyasi  partiyaların  publik  maliyyələşməsi  mövcud  deyil  (əvvəllər  mövcud  idi  və  hazırda  ləğv 

edilib);

39

 



Siyasi  partiyalar  və  fərdi  namizədlər  seçki  fondu  yaratmalıdırlar.  Seçki  fondu  bank  hesabı 

formasında  olmalı  və  ianələr  yalnız  bu  hesab  vasitəsilə  aparılmalıdır.  Seçki  fondu  ilə  bağlı  seçki 

kampaniyası  dövründə  aralıq  hesabat  və  seçkilərdən  sonra  yekun  hesabat  verilməlidir;  MSK  seçki 

kampaniyasının maliyyəsi ilə bağlı dövri hesabatlar yaymalıdır. Amma faktiki olaraq yaymır;

40

 

Seçki  maliyyəsinin  auditi  aparılmır  və  seçilmiş  vəzifəli  şəxslərin  maliyyə  vəziyyəti  (gəlir 



bəyannaməsi) barədə ictimaiyyətə məlumat verilmir;

41

 



İanə verə biləcək fiziki və hüquqi şəxslərə məhdudiyyətlər mövcuddur (digərləri ilə bərabər, qeyri-

hökümət təşkilatları, xeyriyyə cəmiyyətləri, dini icmalar, vətəndaşlığı olmayan şəxslər və s).

42

  

 



Azərbaycanda  seçki  maliyyələşməsi  beynəlxalq  standartlarla  ziddiyyət  təşkil  edir.  Xüsusilə 

maliyyələşmənin şəffaflığı ilə bağlı heç bir lazımi tədbir görülməyib. Bundan əlavə, seçkilərin publik 

maliyyələşməsinin olmaması Azərbaycan kontekstində siyasi partiyaları əlverişsiz vəziyyətə salır. 

 

 



7.

 

Seçkiqabağı təşviqat kampaniyası 

 

 

Tövsiyə:  

 

Seçkiqabağı  təşviqat  üzrə  kampaniya  mühitini  genişləndirmək  üçün  dövlət  orqanları  tərəfindən 



toplanış  yerlərinə  qoyulan  məhdudlaşdırıcı  yanaşma  yenidən  nəzərdən  keçirilməlidir.  Seçki 

Məcəlləsi  ilə  Sərbəst  Toplaşmaq  haqqında  qanun  arasında  toplanışlara  dair  xəbərdarlıq  və 

toplanışların  keçirilməsinə  dair  ziddiyətlər  aradan  qaldırılmalı  və  namizədlərdən  yalnız  toplantını 

keçirməklə bağlı hakimiyyət orqanlarını xəbərdar etmək tələb edilməlidir.

43

 

Rəsmi  orqanlar  seçki  kampaniyasının  hədələnmə  və  əvəzçıxma  qorxusundan  azad  atmosferdə 



keçirilməsi  üçün  əlavə  tədbirlər  görməlidir.  Hakimiyyət  orqanları  və  siyasi  partiyalar  dövlət 

qulluqçularını,  kampaniya  fəallarını  və  digələrini  hakim  partiyanın  toplanışlarında  iştiraka  məcbur 

etməkdən çəkinməli, eləcə də müxalifətin kampaniya toplantılarını pozmaqdan çəkinməlidirlər.

44

 



Kampaniya  dövründə  əsas  hüquqlar,  o  cümlədən  ifadə  və  toplanış  azadlıqlarına  hörmət  təmin 

edilməlidir.  Seçki  prosesinə  yerli  hakimiyyət  orqanları  tərəfindən  edilən  əsassız  müdaxilələrin, 

xüsusilə  azad  və  ədalətli  seçki  kampaniyası  üçün  şəraitin  təmin  edilməməsi,  inzibati  resurslardan 

müəyyən  namizədlərin  lehinə  sui-istifadə  edilməsi  kimi  halların  aradan  qaldırılması  üçün  tədbirlər 

görülməlidir. 

45

 



Seçki  kampaniyası  müddətləri  artırılmalıdır.  23  günlük  müddət  namizədlərin  seçki  kampaniyası 

apara bilməsi – seçicilərə çatması və öz ideyalarını onlara çatdıra bilməsi üçün yetərli deyil. 

Özəl  media  tərəfindən  namizədlər  və  partiyalar  barəsində  bərabərlik  hüququna  uyğun  olaraq 

məlumatların verilməsi təmin edilməlidir

 

 

 

                                                           

39

 18 iyun 2010-cu il tarixli Qanun d



əyişikliyi ilə

 

Seçki Mə



c

ə

ll



ə

sind


ə

n xaric edilib. 

40

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 90-94 


41

 

ATƏT



/

DTİHB Yeku

n Hesabat 2013, s

ə

hif



ə

 12 


42

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 90.2 


43

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013, s

ə

hif



ə

 10-12 


44

 Yen


ə

 orada  


45

  Yen


ə

 orada 


 


12 

 

 



İcra vəziyyəti:  

Seçki  kampaniyasını  seçki  subyektləri  apara  bilər.  Bir  sıra  fiziki  və  hüquqi  şəxslərin  seçki 

kampaniyası aparması qadağan edilib (məsələn, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, 

seçki komissiyasının üzvləri, dövlət qulluqçuları, hərbçilər və digərləri).

46

  

Seçki  kampaniyası  seçki  gününə  23  gün  qalmış  başlamalı  və  seçki  gününə  24  saat  qalmış  başa 



çatmalıdır (əvvəllər daha uzun idi, 2010-cu ildən qısaldılıb).

47

  



Mediada ödənişsiz kampaniya aparma 60 qeydə alınmış namizədi olan partiyalara verilir. Ancaq həm 

televiziya-radio,  həm  də  çap  mediasında  ödənişsiz  kampaniya  üçün  şərtlər  məhduddur.

48

  MSK  və 



yerli icra hakimiyyətləri  kampaniya  üçün toplanış yerləri ayırır. Lakin həmin yerlər adətən məhdud 

xarakterli və qeyri-kafi olur.

49

 Praktikada ödənişli kampaniyanın şərtləri ağırdır. Seçki kampaniyası 



çıxışlarında  zorakılıq  təbliğatına,  diffamasiyaya,  nifrət  nitqinə,  intellektual  mülkiyyət  hüququnun 

pozuntusuna  yol  verilmir.

50

  Bununla  bərabər,  ölkədə  ifadə,  toplanış  və  birlik  azadlıqlarına  qoyulan 



əsassız məhdudiyyətlər müxtəlif siyasi partiyalar və namizədlərin kampaniya keçirməsinə maneələr 

yaradır.  Bundan  əlavə,  namizədlərin,  seçki  kampaniyası  iştirakçılarının,  seçicilərin  hakimiyyət 

orqanları  yaxud  hakim  partiyanın  namizədlərinin  tərəfdarları  tərəfindən  hədələnməsinə  dair  hallar 

geniş yayılıb.  

 

Hökümət  qeyd  edilən  tövsiyələr  istiqamətində  heç  bir  addım  atmayıb.  Əksinə  2003-cü  il 



seçkilərindən  hazırkı  dövrə  kimi  seçki  kampaniyasının  müddətini  azaldıb.  Azad  və  ədalətli  seçki 

mühitinin  təmin  edilməsi  istiqamətində  adekvat  tədbirlər  görülməyib.  Seçki  prosesinə  yerli  dövlət 

orqanları,  hüquq  mühafizə  orqanları  və  digər  şəxslər  tərəfindən  əsassız  müdaxilələrə  yol  verməyə 

davam edirlər.  

Azərbaycanda seçki kampaniyası dövründə normal fəaliyyətinin təmin edilməsi üçün azad və ədalətli 

seçki mühiti yaradılmayıb. 

 

 

8.

 

Yerli seçki müşahidəçiliyi  

 

 

Tövsiyə:  

 

Rəsmi  orqanlar  yerli  müşahidə  qruplarının  əsassız  məhdudiyyətlər  qoyulmadan  qeydiyyatdan 



keçməsini,  toplanış  və  birlik  azadlıqlarına  maneələr  yaradılmadan  öz  fəaliyyətlərini  həyata 

keçirmələrini təmin etməlidir.

51

 

Yerli və beynəlxalq müşahidəçilər tərəfindən bütün seçki prosesini keyfiyyətli və maneəsiz müşahidə 



etməsini,  xüsusilə  səsvermə,  səslərin  sayılması  və  nəticələrin  protokollaşdırılması  prosesində  seçki 

məntəqələri daxilində azad və maneəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülməlidir.  



 

 

İcra vəziyyyəti:  

 

Seçki komissiyalarının fəaliyyəti ictimaiyyət üçün aşkar olmalıdır. Aktiv seçki hüququna malik olan 



vətəndaşlar  müşahidəçi  olmaq  hüququna  malikdirlər.  Onlar  seçki  gününə  müəyyən  müddət  qalana 

kimi  müşahidəçi  kimi  seçki  komissiyasında  qeydiyyatdan  keçməlidirlər.  Seçki  komissiyasının 

                                                           

46

 



Seçki Mə

c

ə



ll

ə

si, Madd



ə

 74 


47

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 75.2 


48

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 80.1 


49

 

ATƏT



/

DTİHB


, Yekun Hesabat 2013 v

ə

 Yekun Hesabat 2010  



50

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 88 


51

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013, s

ə

hif



ə

 19-20


 


13 

 

fəaliyyətinin  işıqlandırılmasında  media  iştirak  edə  bilər.



52

  Xarici  müşahidəçilər  MSK-nın  müvafiq 

dəvəti ilə gələ bilərlər.

53

  



Müşahidəçilər  seçki  komissiyalarının  fəaliyyəti  ilə  əlaqədar  olan  istənilən  məsələ  ilə  əlaqədar 

müşahidə  apara  bilərlər.  Seçki  Məcəlləsi  müşahidəçilərin  hüquqlarının  yekun  olmayan  siyahısını 

nəzərdə  tutur,  eləcə  də  müşahidəçilərin  vəzifələrini  müəyyən  edir.  Müşahidəçilərin  başlıca  vəzifəsi 

seçki komissiyasının fəaliyyətinə mane ola biləcək hərəkətlər etməmək və seçicilərin iradəsini ifadə 

etməsinə  təsir  etməməkdən  ibarətdir.

54

  Praktikada  seçki  komissiyalarının  vəzifəli  şəxsləri,  xüsusilə 



sədrlər yerli müşahidəçilərə mane olurlar.  

 

Bir  çox  seçki  müşahidəsi  təşkilatlarının  hesabatlarına  görə  Azərbaycanda  keçirilən  seçkilərdən  ən 



böyük  problemlərdən  biri  müşahidəçilərə  seçki  komissiyalarının  rəsmiləri  və  digər  namizədlərin 

(xüsusilə hakim partiyanın namizədinin) tərəfdarları tərəfindən müdaxilə edilməsidir. Rəsmi orqanlar 

belə  əsassız  müdaxilələrin  qarşısı  alınması  istiqamətində  heç  bir  səmərəli  addımlar  atmayıblar. 

Ölkədə  seçki  müşahidəsi  aparan  təşkilatlara  qarşı  təzyiqlər  var  və  onlardan  bəziləri  qeydiyyata 

alınmır. 

 

9.

 

Seçicilərin qeydiyyatı 

 

Tövsiyə:  

 

MSK  prosesin  bütün  aspektləri  üzrə  aydın  vəzifə  bölgüsünü  göstərilməklə,  seçici  siyahılarının 



təsdiqlənməsinin  və  yenilənməsinin  bütün  prosessual  və  əməli  aspektlərini  tənzimləyən  müfəssəl 

təlimatlar hazırlamalıdır.

55

 

MSK siyahıya əlavə edilmiş və siyahıdan çıxarılmış seçicilərin sayının ətraflı təhlili daxil olmaqla, 



seçici  siyahıların  təsdiqlənməsi  və  yenilənməsinə  dair  ilkin  və  yekun  informasiyalar  dərc  edilməsi 

yolu ilə seçici qeydiyyatı prosesinin şəffaflığını artıran tədbirlər görməlidir

Əlavə seçici siyahıları barədə məlumat  sistemli şəkildə toplanmalı  və daimi  seçici siyahısına daxil 

edilməlidir. 

 

İcra vəziyyəti:  

 

Beynəlxalq təşkilatların tövsiyyəsinə görə, seçici siyahısı daimi əsaslarla mövcud olmalı və onlar azı 



ildə bir dəfə olmaqla müntəzəm olaraq yenilənməlidir. Seçici siyahıları dərc edilməlidir. Qeydiyyata 

alınmayan seçicilərin məhkəmə nəzarətindən istifadə etmək imkanı tanınmalıdır.

56

  

Azərbaycan seçki qanunvericliyinə görə vahid seçici siyahısı təşkil edilir və buna MSK cavabdehlik 



daşıyır.  

Seçici siyahısı üzrə qeydiyyatı seçici vəsiqələrinin verilməsi təsdiq edir. Seçici siyahıları yaşayış yeri 

və  olduğu  yer  üzrə  qeydiyyata  əsaslanır  və  qeydiyyat  orqanlarının  verdiyi  məlumat  əsasında 

yenilənir. Aktiv seçki hüququ olan şəxslərin hamısı seçici siyahısına qeyd edilir.  

Ancaq  dəqiqləşdirmə  üzrə vahid  Bələdçinin olmaması  nəticəsində  dəqiqləşdirmənin  necə  aparıldığı 

bəlli deyil. 18  yaşından yuxarı  əhalinin rəsmi statistik sayı ilə seçici siyahısında olan şəxslərin sayı 

arasında  ziddiyyətlər  olur  (sonuncularda  say  aşağı  olur).

57

  Seçki  komissiyaları,  o  cümlədən  MSK 



siyahıyaalmanın metodologiyası barədə ictimaiyyətə məlumat vermir.  

 

                                                           



52

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 40-41 


53

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 44 


54

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 42 


55

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013, s

ə

hif



ə

 8-9 


56

 

Avropa Şurası Venesiya Komissiyası, Seçki Mə



s

ə

l



ə

l

əri üzrə



 

Yaxşı Təcrübə

l

ə

r Kodeksi, s



ə

hif


ə

 6 - 


http://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-AD(2002)023rev-e

  

57



 

Seçki Mə


c

ə

ll



ə

si, Madd


ə

 45-47 



14 

 

Digər  bir  problem  isə  qeydiyyatdançıxma  əsasında  ölkənin  digər  yerlərində  səsverənlərlə  bağlıdır. 



Çap edilmiş və verilmiş  qeydiyyatdançıxma vəsiqələri arasında  ciddi fərqlər meydana çıxır. Seçici 

qeydiyyatı  ilə  bağlı  ən  ciddi  problem  ondan  ibarətdir  ki,  Azərbaycanda  müstəqil  dövrü  üçün 

xarakterik olan əhalinin vilayətlərdən Bakı meqapolisinə doğru yığışmasında müşayiət edilən daxili 

miqrasiyanın qeydiyyatının aparılmamasıdır. Daxili miqrasiya daha çox iş miqrasiyası kimi təzahür 

edir.  Daxili  miqrasiyanın  ən  böyük  çatışmazlıqlarından  biri  budur  ki,  vilayətlərdən  mərkəzə  gələn 

şəxslərin  qeydiyyatı  vilayətlərdə  qalmağa  davam  edir.  Həmin  şəxslər  illərdir  daimi  əsaslarla  Bakı 

şəhərində yaxud onun ətraf ərazilərində yaşayırlar. Ancaq onların qeydiyyatı hər hansı digər bölgədə 

qalmaqda  davam  edir.  Həmin  şəxslərin  vergi,  sosial  müdafiə  və  s  kimi  qeydiyyat  məsələləri  də 

vilayətlərdə qalır. Belə olan halda onlar hələ də vilayətdə qeydiyyatda qalırlar və bununla da seçici 

siyahısına  artıq  yaşamadıqları  yerdə  qeydə  salınırlar.  Bununla  da  onlar  faktiki  olaraq  seçki 

hüquqlarını  həyata  keçirə  bilmirlər.  Daxili  miqrasiyanın  qeydiyyatının  aparılmadığı  şəraitdə  bu 

problem qalmaqda davam edir.  

 

Seçici  qeydiyyatı  ilə  bağlı  digər  problem  isə  İşğal  Edilmiş  Ərazilərdən  olan  məcburi  köçkünlərlə 



bağlıdır.  Həmin  şəxslərin  müvəqqəti  məskunlaşdığı  yerlərdə  qeydiyyat  işləri  lazımi  səviyyədə 

aparılmır və bu hal məcburi köçkünlərin qeydiyyatı ilə bağlı çətinliklər yaradır. 

 

MSK  seçici  qeydiyyatı  ilə  bağlı  hər  hansı  təlimat  hazırlamayıb.  Bundan  əlavə,  hökümətin  daxili 



miqrasiya  və  onun  qeydiyyatı  ilə  əlaqədar  hər  hansı  bir  siyasəti  mövcud  deyil.  Seçici  siyahılarının 

təsdiqlənməsi prosesi barədə məlumatlar ictimaiyyətə bəyan edilmir. 



 

Seçici  qeydiyyatının  vahid,  ağlabatan  və  ictimaiyyətə  bəlli  yolları  bəlli  deyil.  Seçkilər  öz  başlıca 

məqsədi  olan aktiv seçki  hüququna malik  şəxslərin,  yəni  seçicilərin qeydiyyatının  legitimliyi  təmin 

edilmədən həyata keçirilir. 

 

 

 



IV.

 

Nəticələr və Təkliflər  

 

 

SMDT-nin 

Azərbaycanda 

seçkilər  üzrə  beynəlxalq  tövsiyələrin  icra  vəziyyətinin 

dəyərləndirilməsi üzrə yekun nəticəsi:  

 

Yuxarıda  seçki  üzrə  tövsiyələrin  icra  vəziyyəti  ilə  bağlı  aparılan  təhlillər  göstərir  ki,  hazırda 



Azərbaycanda  azad  və  ədalətli  seçkilərin  keçirilməsi  üçün  səmərəli  seçki  qanunvericiliyi  və 

praktikası  mövcud  deyil.  Bu  isə  ilk  növbədə  siyasi  hakimiyyətin  bu  yöndə  siyasi  iradəsinin 

olmamasından irəli gəlir.  

 

SMDT Azərbaycanda seçkilər üzrə beynəlxalq tövsiyələrin icrası yönündə aşağıdakı tədbirləri 



təklif edir:  

 



 

Azərbaycan  siyasi  hakimiyyəti  seçki  qanunvericiliyinin  təkmilləşdirilməsi  üzrə  maraqlı  siyasi 

tərəflərin  və  vətəndaş  cəmiyyəti  təşkilatlarının  iştirakı  ilə  ictimai  müzakirələr  və  hüquqi 

təşəbüslərin təmin edilməsinə siyasi iradə nümayiş etdirməlidir

 

Azərbaycan  siyasi  hakimiyyəti  2018-ci  il  prezident  seçkiləri  elan  olunanadək  əlverişli  siyasi 



mühitin  yaradılması  üçün  ifadə  azadlığı,  sərbəst  toplaşmaq  və  birləşmək  hüququ  üzrə  hüquqi-

siyasi  məhduiyyətlərin  aradan  qaldırılması,  fərqli  siyasi  baxışlarına  görə  təqiblərin 

dayandırılması və siyasi motivlərlə həbs olunan şəxslərin azad edilməsini təmin etməlidir



15 

 



 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Azərbaycanda  seçki  idarəşiliyinə  etimadı  yaratmaq 

məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüququ pozuntuları üzrə qərarlarında adı 

çəkilən seçki komissiyalarının, o cümlədən bu qərarlara görə məsuliyyət daşıyan Mərkəzi Seçki 

Komissiyası üzvlərinin seçki idarəçiliyindən kənarlaşdıırlmasını təmin etməlidir; 

 



Avropa  Şurası  Baş  Katibi,  Avropa  Şurası  Parlament  Asambleyası  və  Avropa  Şurası  Nazirlər 

Komitəsi  Avropa  Şurası  Venesiya  Komissiyasının  ATƏT/DTİHB  ilə  birgə  Azərbaycan  Seçki 

Məcəlləsi  üzrə  birgə  tövsiyyələri  və  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  seçki  hüququ 

pozuntuları  üzrə  qərarlarının  icra  vəziyyətini  araşdırmalı  və  Azərbaycan  hakimiyyətini  seçki 

prosesinin islahatlarına təzyiq etməlidirlər; 

 



ATƏT-in  Nazirlər  Şurası,  ATƏT  Parlament  Assambleyası  və  ATƏT-in  Daimi  Şurası 

ATƏT/DTİHB-in Seçki Müşahidə Missiyaları tərəfindən 2003-2013-cü illərdə keçirilmiş seçkilər 

üzrə  tövsiyyələrin  icra  vəziyyəti  ilə  bağlı  xüsusi  dəyərləndirmə  aparmalı  və  Azərbaycan 

hakimiyyətinin ATƏT/DTİHB ilə əməkdaşlığını səy göstərməlidir; 

 

Avropa  Komissiyası  və  Avropa  Parlamenti  Azərbaycanda  seçki  prosesinin  təkmilləşdirilməsi 



məqsədilə  Avropa  Şurası  Venesiya  Komissiyası  və  ATƏT/DTİHB  tərəfindən  irəli  sürülmüş 

tövsiyyələrin  icra  vəziyyətini  qiymətləndirməli  və  Azərbaycan  hakimiyyəti  ilə  ikitərəfli 

müzakirələrdə prioritetə çevirməlidir;  

 

 



 

 

V.



 

Əlaqə  

 

 



Telefon:  (+994 50) 333 46 74 

E-poçt: 


info@smdtaz.org

  

Veb:      



www.smdtaz.org

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə