Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

imkan versin [4, 6.]. Buna görə iqtisadi təhlilin metodoloji prinsiplərinin əsaslı şə -

kildə dəyişməsi və iqtisadi nəzəriyyə üzrə tədris fənninin plüralistik əsasda yenilən-

məsi yolu ilə müasir dövrün tələblərinə cavab verən metodların daha səmərəli tətbiqi

problemi aktuallaşır.

İqtisad elminin yeni konsepsiyası olmadığına görə iqtisadi nəzəriyyə kursunda

əks metodoloji istiqamətləri (klassik və neoklassik) üzə çıxartmağa çalışmaq lazım

gəlir. Hazırda belə bir fikir yayılmışdır ki, vahid iqtisadi nəzəriyyə yoxdur, yalnız

bir sıra ayrılmış iqtisadi konsepsiyalar vardır. Belə mülahizələr məqbul olmasa da,

hər bir metodoloji istiqamətin başqa istiqamətlərlə əlaqəsini inkar etmək olmaz. On-

ların arasında siyasi iqtisad, ekonomiks və son zamanlar geniş yayılmış institusional

iqtisadiyyat daha əsaslı şəkildə tədqiq edilmişdir.Sual olunur: “Bunların əsasında

vahid  iqtisadi  nəzəriyyə  yaratmaq  olarmı?”.  Bu  suala  birmənalı  cavab  vermək

çətindir. Fikrimizcə, bu hər şeydən əvvəl, “iqtisadi nəzəriyyə” söz birləşməsindəki

nəzəriyyə sözünün sırf nəzəri anlayışlar və izahlar əsasında formalaşdığından və

təkamül etdiyindən irəli gəlmişdir.

Son  illərdə  tədris  prosesində  ekonomiksin  metodologiya  və  metodikasına

əsaslanan mikroiqtisadiyyat və makroiqtisadiyyat kurslarında istifadə edilməsi ilə

əlaqədar  iqtisadi  nəzəriyyənin  “riyaziyyatlaşması”  baş  vermişdir.  Zənnimizcə,

cəmiyyətin iqtisadi həyatına “ekonomiks” prizmasından nəzər salsaq, görərik ki,

onun imtina etdiyimiz ənənəvi siyasi iqtisadla müqayisədə nöqsanları heç də az

deyil dir. Bəli, siyasi iqtisadın əvvəlki kursları məddahlıq xarakterli mərkəzləşdirilmiş

- bölgü, əsasən də inzibati-amirlik iqtisadiyyatı ilə fərqlənirdi. Lakin dünya iqtisad

elminin istiqamətlərindən biri ilə bağlı özütənzimlənən sistem olaraq, bazar iqti-

sadiyyatının abstrakt nəzəri ifadəsi kimi, “ekonomiks” də müasir dövrün bir çox su-

allarına və tələblərinə cavab vermir. “Ekonomiks” keçid nəzəriyyəsi, özəlləşdirmə,

liberallaşma, mülkiyyət və onun dəyişdirilməsi, qeyri bazar iqtisadi sistemi, bazarın

konkret-tarixi, yəni meydana gəlməsi və keçici sistem olması, iqtisadiyyatın, onun

sosiallaşdırılmasının  idarə  oluna  bilməsinin  sürətləndirilməsi,  fəaliyyət  göstər-

məsində və inkişafında sosial-mədəni amillərin əhəmiyyətinin artırılması kimi əsas

meyillərə faktiki olaraq reaksiya vermir. Standart makroiqtisadiyyatın tərkibində

böhranların səbəbləri və ya onların olmaması, bu və ya digər artım keyfiyyətinin

səbəbləri, artım və inkişaf, sosial-humanitar tərəqqinin iqtisadi əsasları suallarına

cavab tapmaq qeyri mümkündür. Bundan əlavə, “ekonomiks” yalnız mübadilə və

istehlakçı seçimi deyil,  istehsal  və bölgü prosesində müxtəlif iri insan qrupları

(sinif lər, təbəqələr) arasında real ictimai münasibətlərin tədqiqatı problemlərini də

kənarda qoyur. Bunun nəticəsi olaraq həm istehsal-iqtisadi, həm də sosial-iqtisadi

problemlər əsasən inkar olunur. İqtisadyönümlü mütəxəssislərin iqtisadi təhsilini

“ekonomiks”in dar çərçivəsi ilə məhdudlaşdırmaq bu təhsili kasıblaşdırır, onu ümu-

miyyətlə, müasir sosial-iqtisadi reallıqlardan, xüsusən ölkənin iqtisadi həyatından

ayrı salır.



96

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Söhbət heç də tədris prosesində “ekonomiks”dən imtina olunmasından getmir.

Lakin vəzifə tədris prosesində ölkənin sosial-iqtisadi gerçəkliyini daha dolğun şə -

kildə işıqlandırmaqdan, ölkədə bazar iqtisadiyyatının təşəkkülündəki ziddiyyətləri

görməkdən ibarətdir. Həm də bu ziddiyyətləri Qərbin abstrakt nəzəri mühakimələrinə

deyil, ilk növbədə, keçmişimizə və indimizə arxalanaraq, eyni zamanda müəyyən

dərəcədə gələcəyə nəzər salaraq göstərmək lazımdır.

Ekonomiks iqtisadi nəzəriyyənin mühüm, lakin yeganə olmayan hissəsidir. Buna

görə də iqtisadi təhsilin tam dolğun olması məqsədi ilə iqtisadi nəzəriyyənin bütün

elmi məktəblərini öyrənmək və mənimsəmək lazımdır. Çünki yalnız bu yolla iqti-

sadiyyat və onun ictimai inkişafda yeri haqqında hərtərəfli və dərin təsəvvür for-

malaşdırmaq olar. Təsadüfı deyil ki, son illərdə ABŞ, Avropa və Yaponiya kimi

inkişaf etmiş ölkələrin universitetlərində tələbələrin müasir problemlərin həllində

siyasi iqtisadın öyrənilməsinə ciddi fikir verilir. Azərbaycan ali məktəblərində də

iqtisadi nəzəriyyəni, ekonomiksin bugünkü inhisarçı vəziyyətindən qaçaraq və onu

dəf edərək, bütün rəngarəngliyi ilə tədris etmək vaxtı çatmışdır. Dünya təsərrüfatında

rəqabətin güclənməsi şəraitində ölkənin iqtisadi inkişafı gənc nəslin bəşəriyyətin

formalaşdırdığı  iqtisadi  biliklərin  məcmusuna  tam  yiyələnməsini,  zamanın

tələblərinə hazır olmasını tələb edir.

İqtisadi nəzəriyyənin siyasi iqtisad və ekonomiks istiqamətləri arasında mühüm

fərqlər  mövcuddur  [7  s.68-70].  Siyasi  iqtisad  fəlsəfi  biliklərin  universalizminə,

ekonomiks isə riyazi anlayışın universalizminə üstünlük verir. Ona görə də seçim

məsələsi  əslində  belədir:  real  iqtisadiyyatı  araşdıran  tədqiqatçı  üçün  nə  daha

əhəmiyyətlidir - fəlsəfə yoxsa riyaziyyat, məna, yoxsa hesab? Birincisi, siyasi iqtisad

istehsalda  köklü  səbəb-nəticə  əlaqələrini  öyrənir  ki,  bundan  da  məqsəd  onun

mahiyyət xarakterini açıqlamaqdır. Siyasi iqtisadın ümdə kateqoriyası dəyərdir.

Ekonomiks səthi münasibətləri öyrənir və istehlak seçimini səmərələşdirmək prinsipi

əsasında funksional asılılıqları təsvir edir. Ekonomiks üçün ümdə kateqoriya qiymət-

dir. İkincisi, siyasi iqtisadın metodologiyası obyektiv xarakter daşıyan iqtisadi qa-

nunları, məhz hadisələrin mahiyyəti, mahiyyətlər arasında münasibətlər səviyyəsində

öyrənir və ümumiyyətlə mahiyyəti təzahürdən fərqləndirir,ekonomiksin metodo -

logiyası isə iqtisadi qanunların mahiyyətinə varmadan zahiri iqtisadi formaları və

onların funksional asılılıqlarının araşdırılması ilə kifayətlənir, bazar iqtisadiyyatının

müxtəlif  agentlərinin  davranışının  sosial-psixoloji  motivlərinə  üstünlük  verir.

Üçüncüsü,  siyasi  iqtisad  sosial-sinfi  münasibətlərə  böyük  diqqət  yetirir,  onu

mülkiyyətin necə bölünməsi və cəmiyyətdə fərdlər, qruplar və siniflər arasında iqti-

sadi münasibətlərin necə təşəkkül tapması maraqlandırır. Ekonomiks sosial cəhətdən

bitərəf fəndir. Bu fənnin əsas problemi nadir və məhdud resurslar aləmində istehsal

agentlərinin  (satıcıların  və  alıcıların)  iqtisadi  seçimi  ilə  bağlıdır.  Ona  görə  də

ekonomiksin başlıca vəzifəsi son hədd faydalığı, son hədd məhsuldarlığını araşdır-

maq və tələblə-təklif arasında tarazlığı axtarmaqdır.



97

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə