Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

çərçivəsində dərk etmək qeyri-mümkündür. Məsələyə ümumi sistemə qoşulmuş

fərdlərin  məcmusundan  ibarət  bütöv  orqanizm  kimi  qəbul  edilən  cəmiyyətin

mövqeyindən yanaşanda da bu hadisələri anlamaq qeyri-mümkündür. Beləliklə, iqti-

sadi münasibətlərin strukturu get-gedə mürəkkəbləşir, çoxölçülü yanaşmalar və bu

yanaşmaların sintezi tələb olunur.

Məcmu iqtisadi fəaliyyətin yeni strukturunda əmtəə istehsalının rolu əhəmiyyətli

dərəcədə dəyişir. Məhz qeyri-maddi fəaliyyət formaları yeni xüsusiyyət kəsb edir -

sərvətlər istehsalı yaradıcı prosesə çevrilir və bu səbəbdən, həmin münasibətləri

təsvir  edən  insan  kapitalı,  intellektual  kapital,  sosial  kapital  və  sair  yeni  kate-

qoriyaların bütöv sistemi formalaşır.Müasir cəmiyyətin xüsusiyyətlərindən biri əmtəə

istehsalından xidmətlər istehsalına keçid, digəri isə elmi biliklərin, informasiyanın,

mənəvi sərvətlərin ön sıraya  çıxmasıdır. Milli iqtisadiyyatın tərkibində ənənəvi

sahələrin (o cümlədən əmtəə istehsalının) payı nisbətən azalır, xidmət sahələri daha

sürətlə inkişaf edir. Bu sahələr arasında təhsil, elm, səhiyyə, müxtəlif növ maliyyə

və ticarət xidmətləri, xüsusilə fərqlənir. Bu sahələrdə tətbiq edilən əmək intellektual

məzmun kəsb edir. Zehni əməyin üstün mövqe tutması, iqtisadi baxımdan maddi və

maliyyə  amilləri  üzərində  mülkiyyətin  reallaşdırılması  ilə  müqayisədə  xeyli

fərqlənən, daha çox  fərdi xüsusi mülkiyyət forması alan intellektual mülkiyyət

məsələsini ön plana çəkir. Bizim fikrimizcə, iqtisadiyyatın yeni durumuna keçid xid-

mətlər sahəsinin iqtisadi nəzəriyyə (siyasi iqtisad) baxımından tədqiq edilməsinin

zəruriliyini artırır və aktuallaşdırır.

İqtisadi inkişaf prosesində insanın rolu və ya sözün geniş mənasında, insan kapi -

talının rolu artmaqdadır. Bu öz  əksini bir sıra parametrlərdə, o cümlədən milli

ümumi daxili məhsulda əmək haqqının payının artmasında, inkişaf etmiş ölkələrin

milli  sərvətində  insan  kapitalının  üstün  paya  malik  olmasında,  təhsilin,  elmin,

səhiyyənin maliyyələşdirilməsinin  artırılmasında  göstərir. İnsan resursu müasir

tərəqqinin əsas tərkib hissəsi olmuşdur. Buna görə də digər şərtlər eyni olduqda is-

tehsalın başqa müasir amilləri arasında insan əməyinin praktiki baxımdan domi-

nantlığı  danılmaz  faktdır.  Həqiqətən,  insan  öz  əhəmiyyətinə  və  roluna  görə,

cəmiyyətin məhsuldar qüvvələrinin əsası və eyni zamanda onun məhsuludur. İqtisadi

baxımdan  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrdə  bu  qanunauyğunluq

özünün müvafiq sosial-iqtisadi ifadəsini tapır. Məsələn, muzdlu əməyin tətbiq sahəsi

genişlənir.  Müasir  cəmiyyət  informasiya  dövründə  də  muzdlu  əməyə  əsaslanır.

İnkişaf etmiş ölkələrdə əhalinin fərdi gəlirlərinin strukturunda əsas yeri yenə də əmək

haqqı tutur. Son 8 ildə bu göstərici ABŞ-da 67% səviyyəsində olmuşdur. Digər mən-

bələrdən əldə edilən gəlirlər isə bu göstərici ilə müqayisədə xeyli geri qalır. Dövlət

xidmətində və ya özəl sektorda məşğulluq əmək qabiliyyətli əhalinin əksəriyyəti

üçün yenə də əsas dolanışıq mənbəyidir.

İnsanın və əmək amilinin iqtisadiyyatda əhəmiyyətinin sürətli artımında müxtəlif

tendensiyalar müşahidə olunur. Bir tərəfdən, fiziki əməyin üstünlük təşkil etdiyi



106

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


maddi istehsal sahələrinin nisbi payı azalır. Digər tərəfdən - xidmətlər sferası daim

genişlənir, zehni əməyin üstünlük təşkil etdiyi sahələrdə işçilərin təhsil, peşəkarlıq

və ixtisas səviyyəsinə daha artıq əhəmiyyət verilir. Bütövlükdə iqtisadiyyatda, xü-

susən elm tutumlu sahələrdə əsas istehsal və inkişaf amili kimi öz əhəmiyyətini sübut

etmiş əmək sosial sferanın  cəmiyyətdə sabitliyin, davamlı tərəqqinin əsas elementi

kimi rolunu müəyyən etmişdir. Buna görə də elmi ictimaiyyət tərəfindən A.Smitin

əsaslandırdığı və Alman iqtisadçısı K.Marksın (1818-1883) inkişaf etdirdiyi əmək-

dəyər nəzəriyyəsinə və siyasi iqtisada və ümumiyyətlə iqtisadi nəzəriyyəyə diqqətin

artırılması zamanın tələbidir. Digər tərəfdən, həmin nəzəriyyənin tərəfdarları heç də

asan olmayan məsələlərlə qarşılaşırlar. İlk növbədə, buraya dəyərin yaradılması və

formalaşması baxımından, ixtisaslaşmış zehni əmək və xidmət sferası daxildir [5

s.84].


Müasir xidmətlər sahəsinin strukturu elədir ki, onu bütövlükdə tədavül sferasına

aid etmək olmaz. Deməli,xidmət sahələrini onların dəyərin istehsalında və kapitalın

artımında rolu baxımından qiymətləndirmək üçün müvafiq siyasi-iqtisadi meyarlar

lazımdır.

İctimai  təkrar  istehsal  fazalarının  -  istehsal,  bölgü,  mübadilə  və  istehlak

mərhələlərinin konfiqurasiyası, qarşılıqlı əlaqəsi və məzmunu da dəyişir. Nəticədə

xeyli hissəsinin, yeri gəlmişkən, tədavül sahəsinə aid olan xidmətlərin genişlənməsi

hesabına bu sahədə çalışanların sayı artır. Beləliklə,tədavül sahəsi genişlənir, elektron

infrastruktur şəraitində onun fəaliyyət mexanizmində çoxlu yeni xüsusiyyətlər mey-

dana  gələrək  daha  mürəkkəb  olur.  Bu  “ekonomiks”in  tədqiqat  predmetini

genişləndirir.Belə çıxır ki,müasir şəraitdə iqtisadi  nəzəriyyənin bütün hissələri, o

cümlədən klassik siyasi iqtisad və ekonomiks yenidən canlanır.

İqtisadi nəzəriyyənin  siyasi iqtisad və ekonomiks hissələrinin ümumi cəhəti hər

ikisinin həm tədqiqat obyektinin-milli iqtisadiyyatın təhlil edilməsi, həm də tədqiqat

predmetinin, iqtisadi münasibətlərin təhlil edilməsinin eyni olmasıdır. Onlar bir-

birindən təhlil metoduna görə fərqlənirlər. Onlar iqtisadi sistemləri bir-birindən prin-

sip etibarı ilə fərqli olan metodologiya əsasında öyrənirlər, qarşıya müxtəlif məqsəd

və vəzifələr qoyurlar. Siyasi iqtisad əmək-dəyər nəzəriyyəsinə, ekonomiks isə son

hədd  faydalılıq  nəzəriyyəsinə  əsaslanır.  Müəyyən  mənada  siyasi  iqtisad  və

ekonomiks  müxtəlif  parametrlərlə  bir-birini  tamamlayır:  iqtisadiyyatın  sistemli

mahiyyəti iqtisadi hadisələrin kəmiyyət indikatorları ilə zənginləşir. Hər iki ünsürün

mövcud olması və inkişafı üçün obyektiv əsaslar vardır.Bu və digər ölkələrin onlara

üstünlük verməsindən asılı olaraq onların əhəmiyyətliliyi də dəyişir.

İqtisadi  nəzəriyyənin  yeniləşdirilməsi  təhlil  metodlarının  təkmilləşdirilməsi

hesabına baş verir. Bir tərəfdən, elm olaraq iqtisadi nəzəriyyə inkişaf etdikcə və digər

tərəfdən isə onun həm iqtisad elmləri ilə, həm də digər elmi sistemlərlə - sosial-hu-

manitar, təbiət, mexanika elmləri ilə inteqrasiya prosesləri gücləndikcə, müxtəlif

elmlərin metodlarının bir-birinə qarşılıqlı nüfuz etməsi prosesi baş verir. Beləliklə,



107

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


iqtisadi nəzəriyyənin digər fənlərin və elmi məktəblərin ümumfəlsəfi, ümumelmi,

kompleks elmi, xüsusielmi metodlarından, məsələn, relyativist, təkamül, eksperi-

mental, sinergetik və başqa metodlardan istifadə etmək imkanı genişlənir. Təfəkkür

üsulu və tərzi dəyişir, tədqiqatçı iqtisadçıların araşdırmalarında predmetlərarası, fən-

lərarası, kompleks, sintetik, sinergetik yanaşmalar adlandırılan metodların formalaş-

ması və onlardan istifadə üçün şərait və vasitələr yaradılır. Bütün bunlar yaradıcılıqla

tətbiq edildikdə daha çox yeni biliklər, öyrənilən konkret obyektin, yəni nəzəri iqti-

sadi obyektin təbiətinə adekvat olan biliklər əldə olunmasına gətirib çıxarmaya

bilməz. Bu, nəzəri iqtisadın özünün predmetinin genişlənməsi və həmin predmetin

daha dərindən başa düşülməsi demək olardı.

XX və XXI yüzilliklərin sərhədində təsərrüfat həyatı beynəlmiləlləşir, dünyada

tədricən hərtərəfli qloballaşma prosesləri gedir. Dünya təsərrüfat sistemində və ayrı-

ayrı  milli  iqtisadiyyatlarda  baş  verən  proseslərin  prinsipcə  yeni-eyni  qanunlar

əsasında idarə edilməsi üsulu yaranır. Bu da öz növbəsində, qlobal fənlərarası yanaş-

malara, müxtəlif biliklərin sahələrinin qarşılıqlı təsirini yeni səviyyəyə çatdırmağa

ehtiyac doğurur.

Sinergetika məhz yeni tipli universal biliklərə ehtiyaca reaksiya kimi yaranmışdır.

Təbii-elmi  bilik  sahəsində  yaranmış  sinergetika  ideyaları  hazırda  müxtəlif  elm

sahələrinə, o cümlədən iqtisadiyyata fəal nüfuz edir. Sinergetik yanaşma XXI əsrə

xas olan yeni düşüncə tərzinin əsasını təşkil edir. 

Ekonomiksin  ənənəvi  yanaşmalarından  fərqli  olaraq,  sinergetikada  ümu-

miləşdirmə səviyyəsi daha yüksək və daha geniş əhatəlidir. Ona görə təsadüfi deyil

ki, bu fənlərarası istiqamət elmi biliyin yeni tipinə aid edirlər. Sinergetika yeni idrak

modeli  kimi  səciyyələnir,  burada  sintez  analizə  üstün  gəlir.  Fənlərarası  sintez

əsasında bəşər sivilizasiyasının inkişafı problemlərinə bütöv halda baxış təmin ol-

unur.


İqtisadi  nəzəriyyənin  inkişafı  və  həmin  prosesin  tərkib  hissəsi  kimi  tədqiqat

metodlarının zənginləşməsi davamlı xarakter daşıyır. Bu sahədə riyazi və infor-

masiya texnologiyaları metodları faydalıdır. İqtisadi problemlərin öyrənilməsində

və tədrisində riyaziyyatdan həmişə istifadə olunmuşdur. Hesablayıcı elektron maşın-

ların və riyazi modelləşdirmənin geniş tətbiqi ilə əlaqədar iqtisadi nəzəriyyədə ali

riyaziyyatsız  keçinmək  mümkün  olmamışdır.  İqtisadiyyatın  özündə  qarşılıqlı

əlaqələr о dərəcədə mürəkkəbləşmişdir ki, riyazi aparatın iqtisadi tədqiqatlara geniş

tətbiqi obyektiv olaraq dönməz xarakter almışdır. Bu, bir sıra hallarda riyazi metod-

ların mütləqləşdirilməsinə, təhlilin həddindən ziyadə formallaşdırılmasına və sistemli

yanaşmanın sıxışdırılmasına gətirib çıxarmışdır.

Riyaziyyatın dili yalnız abstraksiyalar dilidir, iqtisadi nəzəriyyənin predmeti isə

təkcə abstraksiyalar deyil, həm də reallıqlardır. İqtisadi kateqoriyaların hər biri

konkret iqtisadi məzmuna malik olub, bu iqtisadi hadisənin və ya prosesin mahiyyə-

tini ifadə edir. Riyaziyyatın əhəmiyyətini əsla azaltmadan, qeyd etmək lazımdır ki,



108

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


iqtisadi  nəzəriyyənin  riyazi  dili  ona  hərtərəfli  universallıq  və  anlaşıqlılıq  key-

fiyyətləri verir. Bu, onun üstünlüyüdür. Amma, digər tərəfdən, riyaziyyat real pro -

sesləri formallaşdırmağa meyillidir, iqtisadi nəzəriyyə isə həmin proseslərin dərin

qarşılıqlı əlaqələrinin üzə çıxarılması ilə məşğul olur. İqtisadi nəzəriyyədə, bir qayda

olaraq, kəmiyyət parametrlərinin ayrılmasından əvvəl məzmun analizi və ya key-

fiyyət analizi aparılır. 

Riyazi metodlara həddən artıq aludə olmaq müasir ekonomiksi riyaziyyat elminin

bir şaxəsinə çevirir və beləliklə, sözün təfəkkür aləti kimi çıxış etdiyi iqtisad elminin

imkanlarını zəiflədir. Alman filosofu İ.Kantın (1724-1804) fikrincə, söz - yeganə

universal təfəkkür alətidir. Bunu unudanlar sözü şübhəli vasitə elan edir, onun yanlış

fikirlər üçün böyük imkanlara malik olduğunu bildirərək, ədədin, ölçünün, riyazi

əməliyyatların yeganə təfəkkür vasitəsi olduğunu iddia edirlər. Bu halda keyfiyyət

tamamilə kəmiyyətlə əvəz edilir.

İqtisad elmində riyazi və informasiya texnologiyaları metodlarından indiki za-

manda geniş istifadə olunması bəzən heç bir əsası olmadan iqtisad elminin sosial,

humanitar elm olmaması və həmin elmin təbiət elmləri və ya fızika-riyaziyyat və

texniki  elmlər  bölməsinə  daxil  edilməsi  kimi  absurd  təşəbbüslər  irəli  sürülür.

Bununla əlaqədar qeyd etməliyik ki, müasir dövrdə ən sürətlə inkişaf edən elmlərdən

biri tibb elmidir və bunun da əsaslı amillərindən biri kimi həmin elm sahəsində riyazi

və informasiya texnologiyaları metodlarının geniş tətbiqidir. Buna əsaslanaraq tibb

elmini fizika-riyaziyyat elmləri ilə bir sıraya qoymaq heç kimin ağlına gəlmir.  

Bu gün iqtisadi artım problemi yeni şəkildə təzahür edir. İqtisadi artımın bütün

bəşəriyyətə rifah gətirəcəyinə və bu artım nə qədər çox olsa, bütün insanların bir o

qədər qazanacağına inam - yanlış fikirdir. Yeni iqtisadi sistemin formalaşması prin-

siplərində dəyişikliklər edilməlidir. Sənaye cəmiyyətində qarşıdakı 30-50 ildə artımın

prioritetlərini nəzərdə tutmaq və bu müddət başa çatanda qabaqcıl ölkələr sırasına

daxil olmaq mümkün idisə, indi  yeni iqtisadiyyatın formalaşması şəraitində prio -

ritetlər sürətlə dəyişir. Məsələn, adambaşına kompüter istehsalı göstəricisi üzrə bütün

dünyanı üstələməyə çalışmaq olar, amma bu istək reallığa çevriləndə məlum olacaq

ki, həmin kompüterlər artıq lazım deyil. Müasir dövrdə istehsal amillərinin mənəvi

aşınması sürətlə və qısa zaman ərzində baş verir.

Yeni iqtisadiyyatda bazarda fəaliyyət göstərən “firmaların təbiəti” dəyişir, onlar

daha çox intellektual xarakter alır. Bu gün intellektual firmanın ənənəvi anlamda is-

tehsal fondları ümumiyyətlə olmaya bilər, çünki maddi aktivləri intellektual (qeyri-



maddi)  aktivlər,  cari  aktivləri  isə  informasiya  sıxışdırıb  çıxarmağa  başlayır.

İntellektual firmanın rəqabətqabiliyyətiliyini məhz qeyri-maddi aktivlər müəyyən-

ləşdirir.  Analitiklər  firmanı  qiymətləndirərkən  çox  vaxt  maddi  aktivlərini

qiymətləndirməkdən  imtina edirlər. Məsələn, Microsoft şirkətinin aktivlərinin bazar

kapitallaşdırılması  göstəricisi  IBM  şirkətinin  analoji  göstəricisindən  yuxarıdır,

hərçənd Microsoft daha az məhsul satır. Bu firmanın səhmlərini əldə edən investorlar



109

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


ənənəvi anlamda fondları almırlar. İntellektual firmanın böyük aktivlərə ehtiyacı

yoxdur, burada əsas fondların dəyərinin azalması meyili mövcuddur. İnvestisiyalar

duyulmayan aktivlər şəklində mövcuddur, onların yekun dəyərini müəyyən etmək

isə kifayət qədər çətindir və ya ümumiyyətlə mümkün deyil.

Yeni iqtisadiyyat məşğulluğun yeni formalarını doğurur. “Məsafədən iş” konsep-

siyası geniş yayılmaqdadır. Həmin konsepsiyaya görə, əməyin təşkilinin klassik ofis

sxeminin potensialı çoxdan tükənmişdir, çünki bu sxem işçilərin əmək məhsuldar-

lığının davamlı artmasını təmin etməyə imkan vermir. Bu konsepsiyanın əvəzində

keçən əsrin 80-ci illərində D.Nilles tərəfindən təklif edilmiş telekompyutenq (“dis-

tans iş”) konsepsiyası geniş yayılmışdır. Telekompyutenq konsepsiyasından istifadə

edilməsi sayəsində əmək məhsuldarlığı orta hesabla 15%, ayrı-ayrı sahələr üzrə hətta

40%-ə qədər artmışdır. Məşğulluğun bu forması dövlət səviyyəsində dəstəklənir.

Məsələn,  ABŞ-da  öz  əməkdaşları  üçün  distans  iş  yerlərini  təchiz  edən  müəs-

sisələrdən tutulan vergilərin azaldılması haqqında qanun qəbul edilmişdir.

6. Nəticə

Müasir dövrdə iqtisadi münasibətləri öyrənən iqtisadi nəzəriyyəsiz iqtisad elmini

inkişaf etdirmək mümkün deyildir. Yeni iqtisadi sistemə keçid şəraitində iqtisad

elminin inkişafı, elmi tədqiqatların vahid metodoloji axara salınması əhəmiyyətli

dərəcədə  iqtisadi  nəzəriyyə  elminin  əldə  etdiyi  nəticələrin  dərinliyindən  və  is-

tiqamətlərindən asılıdır. Bu elm iqtisadi siyasətin və təsərrüfat fəaliyyətinin əsası ol-

maqla yanaşı, ölkənin iqtisadi quruluşu və insanların səmərəli fəaliyyəti haqqında

elmi,  sistemləşdirilmiş  biliklər  işləyib  hazırlamalıdır.  İqtisadi  nəzəriyyə  müasir

dövrdə yeni iqtisadi sistemin formalaşmasının daha səmərəli yollarını müəyyən et-

məyə imkan verən milli iqtisadi modellərin işlənib hazırlanmasının elmi əsaslarını

müəyyənləşdirməlidir.

Ədəbiyyat siyahısı

1. İqtisadi nəzəriyyə kursu (2007). Müəllif kollektivinin rəhbəri və elmi redaktor,

i.e.d., prof. A.V. Sidorobiçin rəhbərliyi ilə M.V.Lomonosov adına MDU. M.: “İş

və xidmət” nəşriyyatı.

2.  İqtisadi  nəzəzriyyə.Mikroiqtisadiyyat  -1,2  (2010).  Dəslik  /RF  əməkdar  elm

xadimi, i.e.d., prof., Q.P.Juravlyovanın  ümumi redaktəsi ilə, 4-cü nəşr,yenidən

işləmiş və əlavələr edilmiş. M.:”Daşkov və K”nəşriyyat. 

3. Кульков В.М. Национальное в экономической теории и в ее вузовских кур-

сах. Российский экономический журнал, 2004, №4. (İqtisadi nəzəriyyədə  mil-

lilik  və o ali məktəblər  kurslarında.).

110

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


4. Хубиев К.А.  Экономикс: о методолого-теоретическом содержании и воз-

можности синтеза с политэкономической традицией. Российский Экономи-

ческий журнал, 1999, №7. (Ekonomiks: metodoloji-nəzəri məzmunu və siyasi

iqtisad ənənələrinə  sintez  imkanları.).

5. Пороховский А.В. ХХI век и экономическая теория: мировые тенденции и

российские  реальности.  Российский  экономический  журнал,  1999

№ 11-12. ( ХХI əsr  və iqtisadi nəzəriyyə: dünya meyilləri  və Rusiya  reallıqları.).

6. Черковец В.Н. Политическая экономия как наука: историческая тенденция

и социальная востребованность. Российский Экономический  журнал,  1996,

№3. (Siyasi iqtisad bir elm kimi: Tarixi meyillər və sosial tələb.). 

7. Пороховскиий A.В.(2015). Цивилизационное значение политической эконо-

мии . Российский экономический журнал  № 3, (Siyasi iqtisadın sivilizasiyalı

əhəmiyyəti.). 

Бабаев Алиджан Пириджан оглы

д.э.н., проф. Азербайджанский Государственный Экономический Университет 



Вызовы ХХI века и тенденции  развития современной 

экономической теории

Аннотация

Цель исследования – анализируются особенности  современного этапа раз-

вития и их влияние на экономическую  теорию.



Методология  исследования – системный подход и сравнительный анализ 

Результаты исследования – предлагаются принципы процесса преподава-

ния экономической  теории, отражающие   ведущую роль человека. 



Ограничения исследования – вызовы ХХ века и тенденции развития нуж-

даются в еще  большем  исследовании с точки зрения  экономической  теории.



Практическая  значимость  исследования – полученные  результаты  иссле-

дования и выдвинутые  предложения  могут быть  использованы  в процессе

преподавания экономической теории.

Оригинальность и научная новизна  исследования – даны основные струк-

турные части современной  экономической теории, характеризуется  современ-

ное  состояние экономической теории, проблемы и задачи ее развития.

Ключевые слова: политическая экономика, экономикс, институциональное

экономическая теория, предмет,  метод и  объект экономической теории, эко-

номическое развитие.

111

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


BabayevAlijan Pirijan oglu

Prof., Dr., Azerbaijan State University of Economics



Challenges of XXI century and development tendencies 

of the modern economic theory

Abstract

Purpose – features of the present stage of development and their influence on

economic theories are analyzed.



Design /methodology – systematic approach and comparative analysis.

Findings – are offered the principles of process of teaching the economic theory

reflecting the leading role of the human.



Research limitations – challenges of the XX century and tendencies of the deve -

lopment need a bigger research from the point of view of the economic theory.



Practical implications – received results of research and the made proposals can

be used in the course of teaching the economic theory.



Originality /value – are given the main structural parts of the modern economic

theory, characterized the current state of economic theory, its development challenges

and tasks.

Keywords: political economy, economics, institutional economic theory, subject,

method and object of economic theory, economic development.

JEL Classification Codes: A12, B1, B4.

Məqalə redaksiyaya daxil olmuşdur: 29.02.16.

Təkrar işləməyə göndərilmişdir: 14.03.16.

Çapa qəbul olunmuşdur: 05.04.16.



112

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016

Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə