Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

ümumiləşmə tələb edir. Buna görə fənlərarası sinergetik tədqiqatların çoxaldığı və

iqtisadi təhlil vasitələrinin genişləndiyi şəraitdə iqtisadi nəzəriyyənin ayrı-ayrı fən-

lərə parçalanması yox, əksinə, onun fundamental bir elm kimi tədqiqat predmetinin

yetkinləşməsi prosesi gedir. Bu gün iqtisadi nəzəriyyənin predmetinə iqtisadi hadi -

sələrin və iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi

tədqiqatların metodoloji əsaslarının işlənib hazırlanması ilə yanaşı, xüsusi və sahə

iqtisadi tədqiqatlarının predmetodoloji ümumiləşdirilməsi baxımından yanaşmaq

lazımdır.

İqtisad elmləri  sisteminə nəzər yetirsək, iqtisadi nəzəriyyənin bu sistemdə tut-

duğu yer və yaradıcı funksiyaları daha aşkar görünə bilər. Çünki iqtisadi nəzəriyyə

iqtisadi sistemi bütövlükdə araşdırır, onun ümumi iqtisadi qanunauyğunluqlarını və

qarşılıqlı əlaqələrini öyrənir. Sahə iqtisad elmləri isə əvvəla, iqtisadi biliklərin struk-

turunun qalan elementlərini təşkil edir, ikincisi, əmək bölgüsünün inkişafına, milli

və dünya təsərrüfatının müvafiq surətdə mürəkkəbləşməsinə daha həssaslıqla reak-

siya verir və nəhayət, bu və ya digər ölkə iqtisadiyyatının milli xüsusiyyətlərini

özündə  təcəssüm  etdirir.  Ayrı  cür  ola  da  bilməz.  Milli  xüsusiyyətlərə,  milli

özünəməxsusluğa söykənməyən iqtisad elmlərini bünövrəsi olmayan bir binaya

bənzətmək olar. Dolayısı ilə ümumi iqtisadi qanunauyğunluqlarla yanaşı milli xü-

susiyyətlərdən doğan iqtisad elmlərinin özünəməxsusluqlarının da nəzərə alınması

çox mühüm bir məsələdir.

Son onilliklərdə dünyada baş verən inkişaf prosesləri göstərir ki, bazar prinsipləri

qlobal miqyasda yayılır. Bu baxımdan yanaşdıqda bazar iqtisadiyyatının universal

iqtisadi nəzəriyyəsindən və ümumi prinsiplərindən danışmaq olar. Amma bu o demək

deyil ki, bazar iqtisadiyyatının universal, hamı üçün ümumi olan bir modeli mövcud-

dur. Hər ölkənin öz milli  xüsusiyyətlərinə daha çox uyğun gələn milli bazar mo -

dellərini də inkar etmək olmaz [3]. Bu hal, eyni zamanda Azərbaycanda da bazar

münasibətlərinin yaranmasında və formalaşmasında özünü göstərməlidir. Bu və ya

digər ölkələrdəki fərqli bazar modellərinə xas olan ümumi və xüsusi prinsiplər, qa-

nunlar iqtisadi nəzəriyyənin tədqiqat predmeti ola bilər. Lakin bu məsələlər sahə

iqtisad elmləri tərəfindən də araşdırılmalı və daha konkret  formalarda təhlil olun-

malıdır.

İqtisadiyyatın, onun qarşılıqlı əlaqə və qanunauyğunluqlarının sistemli şəkildə

öyrənilməsinin təmin edilməsi son vaxtlar iqtisadi nəzəriyyənin başlıca problem-

lərindən birinə çevrilmişdir. Təkrar istehsal və onun iqtisadi artımı fərdi səviyyədə

və ictimai miqyasda baş verir. Deməli, struktur baxımından iqtisadi nəzəriyyə özündə

mikroiqtisadiyyatı və makroiqtisadiyyatı ehtiva edir. İqtisadiyyatın iki əsas səviyyəyə

mikro və makroiqtisadiyyata bölünməsi və bunların vahid iqtisadi sistem çərçi -

vəsində öyrənilməsinə hansı nəzəri metodoloji prinsiplərlə yanaşılması elmin ən ak-

tual məsələsidir. Mikro və makroiqtisadiyyat səviyyəsində elmi-nəzəri təhlil iqtisadi

nəzəriyyənin predmetidir. Bu, hazırda tədris olunan iqtisadi nəzəriyyə kursunda ən



100

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


çox təhlil olunan problemdir. Burada əsas məsələ mikro və makroiqtisadiyyata, onun

izah və şərhinə hansı elmi üsullarla yanaşılması başlıca yer tutur. Tədris prosesində

mikro və makroiqtisadiyyatın vəhdəti və fərqi, kəmiyyət və keyfiyyət cəhətləri

nəzərə alınmaqla təhlil süzgəcindən keçirilməlidir. Bu məsələyə elmi yanaşma iqti-

sadi qanunların və kateqoriyaların (rəqabət, tələb, təklif, qiymət, pul, kredit və s.),

iqtisadi idarəetmə prinsiplərinin mikro və makroiqtisadi səviyyədə dərk edilməsi və

onların fəaliyyət mexanizminin aşkara çıxarılmasına yönəldilməlidir. Bu metod

eynilə milli iqtisadiyyatın elmi - nəzəri təhlilində də tətbiq olunmalı, bu sahədə milli

iqtisadiyyata xas olan xüsusiyyətlər də nəzərdən qaçırılmamalıdır.

Qeyd etmək lazımdır ki, metodoloji baxımdan iqtisadi nəzəriyyənin mikro və

makroiqtisadi səviyyələri heç də iki ayrı-ayrı müstəqil elm deyildir. Bunlar daha çox

ümumi  predmeti olan vahid iqtisadi nəzəriyyənin tədqiqat quruluşunu əks etdirir.

Qərbi Avropa ölkələrinin aparıcı universitetlərinin təcrübəsinə istinad edərək son il-

lərdə bir sıra MDB ölkələrində bakalavr tədris pilləsində yeni tərtib edilən tədris

planlarında iqtisadi nəzəriyyənin yerinə mikroiqtisadiyyat və makroiqtisadiyyat fən-

lərinin ayrı-ayrılıqda salınması fundamental elm olan, iqtisad elmlərinin anatomiyası

sayılan iqtisadi nəzəriyyənin tam və hərtərəfli öyrənilməsi və mənimsənilməsini

çətinləşdirir, onun iqtisad elmləri sistemində yerini və rolunu tam əks etdirmir.

İqtisadi nəzəriyyə bütün konkret iqtisad elmləri üçün nəzəri- metodoloji əsasdır.

Konkret iqtisadi problemləri öyrənən xüsusi iqtisad elmlərindən fərqli olaraq, iqtisadi

nəzəriyyə iqtisadiyyat haqqında ümumnəzəri elm sayılır. Konkret iqtisad elmlərinin

də nəzəri hissəsi vardır, lakin onlar iqtisadi nəzəriyyənin çıxardığı nəticələrə əsas -

lanır. Müəyyən fəaliyyət dairəsində təsərrüfat subyektlərinin qarşılıqlı əlaqəsinin və

fərdi davranışının nəticəsi kimi təzahür edən iqtisadi proseslər konkret iqtisad elmləri

tərəfindən xüsusi hal kimi tədqiq edilir. Təzahür formasından asılı olmayaraq bu

iqtisadi proseslərin mahiyyəti iqtisadi qanunların fəaliyyətinin nəticəsi kimi iqtisadi

nəzəriyyə tərəfindən öyrənilir. Elmi ümumiləşdirmələr əsasında iqtisadi kateqo -

riyaların mahiyyətini müəyyənləşdirməklə iqtisadi nəzəriyyə konkret iqtisad elmlə -

rinə tədqiqat və nəzəri ifadə üçün metodoloji əsas yaradır. İqtisadi nəzəriyyənin

funk siyası iqtisadi qanunları öyrənmək, tədqiq etmək və üzə çıxarmaqdır. İnsanların

iqtisadi fəaliyyəti isə iqtisadi qanunlar çərçivəsində həyata keçirilir. Belə ki, iqtisadi

qanunları nəzərə almadan həyata keçirilən iqtisadi fəaliyyət uğursuzluğa məhkum-

dur.

Bu gün cəmiyyətdə iqtisadi nəzəriyyənin rolu böyükdür. O, iqtisadi siyasətin və



təsərrüfat fəaliyyətinin əsası olmaqla yanaşı, cəmiyyət, onun quruluşu və fəaliyyəti

haqqında elmi, sistemləşdirilmiş biliklər işləyib hazırlamalıdır. İqtisadi nəzəriyyə

keçid dövrünü yaşadığımız bir vaxtda yeni iqtisadi sistemin formalaşmasının daha

səmərəli yollarını müəyyən etməyə imkan verən milli iqtisadi modellərin işlənib

hazırlanmasının elmi əsaslarını müəyyənləşdirməlidir.

Müasir dövrdə iqtisadi nəzəriyyənin rolunun artması heç də onun bir elm kimi



101

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə