Xülasə Tədqiqatın məqsədi müasir inkişaf mərhələ sinin xüsusiyyətləri və onların iqtisadi nəzəriyyəyə



Yüklə 179,5 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix05.02.2018
ölçüsü179,5 Kb.
#25750
növüXülasə
1   2   3   4   5   6   7

3. İqtisad elmlərinin təsnifatı

Hazırda  ali  məktəblərdə  tədris  sisteminin  təkmilləşdirilməsi  üçün  iqtisadi

nəzəriyyənin vaxtı çatmış təsnifat problemlərinin, onların sisteminin məntiqi qay-

daya salınması da mühüm əhəmiyyət kəsb edir. İqtisadi nəzəriyyə insanların iqtisadi

fəaliyyətlərində onların arasında baş verən iqtisadi münasibətlərin forma və məz-

munun tədqiqinə həsr olunmuş bir elm sahəsidir. İqtisadi fəaliyyət bir tərəfdən hər

birisinin öz tədqiqat predmeti olan, həmin fəaliyyətin xüsusiyyətlərinə uyğun priz-

madan spesifik yanaşan, digər tərəfdən isə idrak metodları, məqsədləri və vasitələri

ilə fərqlənən müxtəlif elmlər tərəfindən öyrənilir. Bu baxımdan, iqtisad elmlərini

öyrənilən obyektin nəzəri cəhətdən ümumiləşdirilməsi dərəcəsinə görə bir-birindən

fərqlənən iqtisadi tədqiqatların müxtəlif səviyyələrinə ayırmaq olar [2 s.27-28]. İqti-

sadi nəzəriyyəyə aid olan fundamental metodoloji və ya ümumnəzəri problemlər

birinci səviyyəni təşkil edir. İkinci səviyyənin problemləri xüsusi və ya funksional

iqtisad elmlərinin (əməyin iqtisadiyyatı, maliyyə və kredit, marketinq, menecment,



proqnozlaşdırma, iqtisadi statistika, mühasibat uçotu və audit, təsərrüfat fəaliyyə-

tinin təhlili və s.) tədqiqat predmetinə daxildir. Üçüncü səviyyənin problemləri sahə

iqtisad elmlərinin (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, tikintinin iqtisadiyyatı



və  s.)  tədqiqat  predmetini  təşkil  edir.  Bunlardan  əlavə,  bir-birinə  yaxın  olan

sahələrarası və ya qarışıq iqtisad elmlərinin (iqtisadi tarix, iqtisadi sosiologiya, iqti-



sadi coğrafiya və s.) tədqiqat predmeti olan aralıq səviyyənin problemlərini də qeyd

etmək olar. Sistem şəklində fəaliyyət göstərən bütün iqtisad elmlərinin təsnifatı on-

ların fundamental və tətbiqi elmlərə bölünməsi ilə tamamlanır. Fundamental elmə

iqtisadi nəzəriyyə, tətbiqi elmlərə isə yerdə qalan bütün iqtisad elmləri daxildir. Ümu-

miyyətlə,  belə  təsnifatlaşdırma  nisbi  xarakter  daşıyır  və  bunun  rolunu  mütləq -

ləşdirmək doğru olmazdı.

İqtisadi nəzəriyyə bütün iqtisad elmləri sisteminin təməli kimi çıxış edir. Bu, ilk

növbədə, onunla izah olunur ki, bu elm, fundamental qanunlar olan, yəni iqtisadi

hadisələrin mahiyyətini bütövlükdə əks etdirən iqtisadi münasibətlər sisteminin

ümumi qanunauyğunluqlarını öyrənir. İqtisad elmləri sistemində iqtisadi nəzəriy -

yənin fundamental rolunun qnoseoloji əsası məhz bununla əlaqədardır. Məhz buna

görə  də  bu  elm  dünyagörüşü  xarakteri  daşıyır,  yəni  iqtisadi  problemlərə  ümu-

miləşdirilmiş prinsiplər müstəvisindən sistemli yanaşma metodlarını formalaşdırır.

Deməli, iqtisadi nəzəriyyə artıq öz tədqiqat predmetinə görə başqa iqtisad elmləri

üçün metodoloji resurs rolunda çıxış edir. İqtisadi nəzəriyyənin müəyyənləşdirdiyi

kateqoriyalar, qanunlar, onların arasında olan qarşılıqlı əlaqə digər iqtisad elmlərinin

tədqiqat metodologiyasının əsası kimi çıxış edir. Bu metodoloji əsas üzərində inkişaf

edən iqtisad elmlərinin sonradan formalaşaraq müstəqil elm sahəsinə çevrilməsinin

özü də iqtisadi nəzəriyyənin elmi məntiqinə söykənir.

İqtisadi nəzəriyyənin elmi statusu insanların iqtisadi fəaliyyətlərinin şərtləri və



98

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


formaları haqqında tam təsəvvür yaratması ilə də müəyyən olunur. Bu məqsədlə

tədqiqat prosesində bütün iqtisadi hadisələr və proseslər tam halında nəzərdən keçi -

rilir.  Burada  birincisi,  onların  yaranma  səbəbləri,  ikincisi,  inkişaf  qanunları  və

üçüncüsü, məhv olub getməsinin şərtləri aşkarlanır. Konkret iqtisad elmlərinə nis-

bətən iqtisadi nəzəriyyənin predmetinin spesifik xüsusiyyətləri  elə buradan irəli

gəlir.  Bu  elm  iqtisadiyyatı  idarə  edən  qanunları  -  cəmiyyətin  müxtəlif  inkişaf

səviyyəsində maddi nemətlərin və xidmətlərin bölüşdürülməsi, mübadiləsi və is-

tehlakı qanunlarını tədqiq edir, həm də məhdud istehsal resurslarından səmərəli is-

tifadə olunması üsullarını öyrənir («ekonomiks»). XX əsrdə iqtisadiyyatın bütün

sahələrində əmək bölgüsünün sürətlə inkişafı, təkrar istehsal prosesinin  keyfiyyətcə

yeni informasiya sistemləri ilə təminatı  milli və dünya  təsərrüfatlarında ixtisaslaş-

manın  və  çoxsahəliliyin  artmasına  səbəb  olmuşdur.  Bu  hal  müasir  iqtisadi

nəzəriyyənin  məzmununda,  məntiqi  təhlilində  və  strukturunda  öz  ifadəsini  tap-

malıdır. Bu, eyni zamanda  iqtisad elmləri sistemində konkret fənlərin sayının art-

ması və iqtisadi nəzəriyyənin özünün bir elm olmaqla mürəkkəbləşməsində, onun

predmetinin müəyyən dərəcədə təkmilləşməsində özünü göstərir.

Dünya təsərrüfatında baş verən dəyişikliklər, əmək bölgüsünün dərinləşməsi iqti-

sadi elmlər sistemində ixtisaslaşmanın daha da inkişafına səbəb olur. Yeni yaranmış

sahələrin öyrənilməsi iqtisad elminin şaxələnməsinə, müvafiq istiqamətdə iqtisadi

biliklərin inkişafına səbəb olur. Daha dar ixtisaslaşmış sahə iqtisad elmlərinin rolu-

nun artmasında və onların əhəmiyyətinin çoxalmasında özünü göstərir. Ayrı-ayrı

iqtisadi proseslərin nəzəri təhlili, elmi cəhətdən qiymətləndirilməsi çox hallarda

müxtəlif elm sahələrinin biliklərindən istifadə etmək zərurəti yaradır. Nəticədə fən-

lərarası araşdırmalar, birgə elmi tədqiqatların sayı çoxalır. Son illərdə təsərrüfat fəl-

səfəsi, iqtisadi sosiologiya, institusional iqtisadiyyat və başqa bu kimi elmi sahələrin

meydana gəlməsi buna sübutdur. Digər tərəfdən, ictimai inkişafın, o cümlədən iqti-

sadi proseslərin tədqiqində daha çox riyaziyyat, fizika, kimya, mexanika kimi elm-

lərin təhlil metodlarından geniş istifadə olunur. Aydındır ki, bu cür qarşılıqlı təsir və

yeni bilik sahələrinin yaranması qədim fəlsəfədən başlayaraq geniş mənada elmin

obyektiv inkişaf qanunauyğunluğudur. Bir çox elmlər, xüsusilə təbiət elmləri öz ta -

rixində bu cür diferensiasiya prosesinə uğramış və çoxsaylı bölmə, yarımbölmə,

şöbələr halında vahid elmin istiqamətləri kimi bu gün özlərini doğrultmaqdadır.

Məsələn, fiziki kimya, fiziki biologiya, kvant mexanikası və başqa törəmə elmlər

bugünkü fundamental fizika elmi ilə yanaşı yaşayır. İqtisadi nəzəriyyə elmində belə

diferensiasiya prosesləri indi daha intensiv şəkildə gedir. Müasir dünyanın iqtisadi

həyatında baş verən proseslərin elmi inikası, yuxarıda göstərdiyimiz kimi, iqtisadi

nəzəriyyənin daha çox şaxələnməsinə, iqtisadi biliklərin yeni istiqamətlərinin yaran-

masına səbəb olmuşdur. Bu hal, bir tərəfdən, iqtisadi hadisələrin yeni reallıqlarının

öyrənilməsində  kəmiyyət  etibarilə  tədqiqatın  elmi  yükünü  yüngülləşdirir,  digər

tərəfdən, keyfiyyət səciyyəsi kimi tədqiqatın nəticələrində elmi bütövlük, inteqral



99

Ə.Babayev

XXI ƏSRİN ÇAĞIRIŞLARI VƏ MÜASİR İQTİSADİ NƏZƏRİYYƏNİN İNKİŞAF...



2(128)/2016


Yüklə 179,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə