Xx əsrdə bədii inkişafın xüsusiyyətləri



Yüklə 42,5 Kb.
səhifə3/3
tarix09.01.2022
ölçüsü42,5 Kb.
#82756
1   2   3
AVANQARDIZM veREALIZM

Naturalizm. Naturalizm XIX əsrin sonlarında əvvəlcə fransız ədəbiyyatının təşəkkül tapmış, sonra isə Avropaya və ABŞ-a yayılmış ədəbi cərəyandır. Müəyyən dəyişikliklərə uğramaq şərtilə XX əsrdə bütün ədəbi prosesə təsir göstərmiş və bu gün də göstərməkdədir. Bu ədəbi cərəyan ədəbi-bədii fəaliyyəti elmi idrak ilə,həyatın obyektiv təsvirilə,gündəlik həyatın elementlərilə çuğlaşdırmağa çalışır. Naturalizmin ədəbi-bədii konsepsiyasının əsası cismani insanın maddi aləmdə təsdiqidir. İnsan yüksək səviyyədə təşkil olunmuş fərd olmaqla yanaşı həm də maddi təlabatı olan varlıqdır. Bu o deməkdir ki,insan yalnız öz hisslərinə,ideyalarına qapıla bilməz,onun maddi varlığı gerçəklikdə davranışını ona diktə edir. Bu xüsusilə ona görə vacibdir ki, insan maddi gerçəkliyin tərkib hissəsini təşkil edir və onun qanunlarilə yaşayır. Bu baxımdan naturalizmin ədəbi-bədii konsepsiyasında istək və imkan, ideal və reallıq arasında tarazlıq yaratmaq meyilləri özünü biruzə verir. Naturalist sənətkarlar insanın və dünyanın kamil olmasını,idealdan çox uzaq olduğunu görür, lakin hər hansı bir dəyişikliyin həyata keçirilməsini qeyri-mümkün hesab edirlər və bəşər övladını öz maddi qismətilə razılaşıb hərəkət etməməyə çağırırdılar. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, naturalizm gerçəkliyin və insanın şəxsiyyətinin də ilk növbədə Darvinin bioloji təkamül nəzəriyyəsindən çıxış edirdi və pozitivizm metodlarının ədəbi-bədii prosesə tətbiq etməyə cəhd göstərirdi. Naturalizmin tərəfdarları bütün diqqətlərini insanın sosial əhatəsinin ona mənfi təsirinə yönəltmişdilər. Məhz buna görə dsə insan təbiətinin naturalist anları mahiyyət etibarilə pessimist xarakter daşıyır.

Naturalizm reallığın dəqiq,obyektiv təsvirinə can atır. Bu baxımdan hadisələrin və əşyaların mahiyyətindən daha çox onu onların zahiri təzahür formaları maraqlandırır. Naturalist sənətkarlar belə hesab edirlər ki, insan xarakterləri və fəaliyyəti şəxsiyyətin bioloji təbiəti və onu əhatə edən mühit öncədən müəyyən olunmuşdur. İnsan xarakterinin belə bir anlamından aşağıdakı nəticəyə gəlmək olar: izah azadlığına malik deyil və onun bütün hərəkətləri və fəaliyyəti fiziologiyası tərəfindən öncədən müəyyən olunmuşdur. Gerçəkliyin naturalist dərki ictimai laqeydliyə aparır,həyat hadisələri qeyri-sosial,bioloji xarakter kəsb edirlər. Naturalizm ədəbi-bədii yaradıcılığı dünyadərkin elmi metodları kimi tətbiq edir və ədəbiyyatı faktiki olaraq eksperimental laboratoriya və yaxud patoloqo-anotomik kabinəyə çevirir.



Naturallist sənətkarlar həyatın diktəsi altında yazmağa cəhd göstərirdilər. Bu,bədii reallığın yaradılmasında obyektivliyin son cəhdidir. Dünya ədəbiyyatında naturalizmin aparıcı simaları Emil Zolya və Gi De Mopassan hesab olunur.
Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə