Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Mül.IX.5.  Şagird şəxsiyyət və cəmiyyət üçün əhəmiyyətini dərk etməklə
sağlam həyat qaydasına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Sağlam və qeyri-sağlam ərzaqları fərqləndirirsə, sağlam ərzaqların insanın/cəmiyyətin
rifahı və dayanıqlı inkişafı üçün əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;

Tarazlaşdırılmış gün rejimi barədə mülahizə yürüdür və bunu əsaslandırmağı bacarırsa
(təhsil-istirahət), onun insanın sağlamlığı və cəmiyyətin xoş rifahı üçün əhəmiyyətini
əsaslandıra bilirsə;

Tütündən istifadə ilə əlaqədar riskləri təsvir edir və onların insan sağlamlığına və
cəmiyyətin rifahına mənfi təsirini göstərməyi bacarırsa;

Alkoqoldan xəstə halda istifadə etməyin nə demək olduğunu izah edirsə, müvafiq risklər
barədə mülahizə yürüdür və alkoqolun insanın/cəmiyyətin rifahına mənfi təsirini
əsaslandırmağı bacarırsa;

Qeyri-leqal narkotik vasitələrin nə demək olduğunu izah edə bilirsə, müxtəlif narkotik
vasitələrdən xəstə halda istifadə etməklə əlaqədar ümumi və spesifik risklər barədə
mülahizə yürüdürsə;

Sağlam həyatın adi preventiv qaydalarına əməl edirsə, tütün, alkoqol, narkotik
vasitələrdən istifadə etməyin və qumar oyunlarında iştirakın qeyri-
mümkünlüyü/məhdudluğu prinsiplərinə əməl edirsə;

Sağlamlıq üçün təhlükəsiz mühitin təminatı üçün məktəb qaydalarına və qanunun
tələblərinə əməl edirsə;

Sağlam ətraf mühitin insanın/cəmiyyətin rifahı üçün əhəmiyyəti barədə mülahizə
yürüdürsə; sağlam mühitə hansı hərəkətlərin təhlükə yaratdığını təsvir edə bilirsə; hansı
növ hərəkətlərin ətraf mühitin mühafizəsinə təsir etdiyini təsvir edə bilirsə;

Onların tələbatları, maraqları və hüquqlarının nəzərə alınması ilə öz sinif yoldaşları ilə
əməkdaşlıq edirsə;

Sosial xəstəliklərə (məs.: alkoqolizm, narkomaniya, immun çatışmazlığı, vərəm və s.)
malik adamlara cəmiyyətin qalan üzvlərinin münasibəti barədə inşa yaza bilirsə, harada
ki, onun tərəfindən təsvir edilmiş münasibətlərin ədalətliliyi barədə öz mövqeyini
əsaslandırırsa.
Mül.IX.6.  Şagird ictimai təhlükəsizliyin əsas problemlərini həll etmək üçün
əməkdaşlıq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:



İnsanın hər hansı bir tələbatını insanın müəyyən hüququ ilə uyğunlaşdırırsa (məs.:
qida/həyat, əmək və başqa hüquqları; əlaqələr-həyat, söz, əmək, təhlükəsiz mühit və
başqa hüquqları və s.) və öz cavabının düzgünlüyünü əsaslandırırsa;

Ona məlum olan sosial mühitin nümunəsində (ailə, qonşuluq, sinif, məktəb, dostlar
qrupu, insan məskəni) onları bir-birindən asılı edən amilləri ayırır (məs.: ümumi əqli
dəyərlər, mühitlər və s.). Bədii ədəbiyyatdan və tarixdən misallar gətirirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə sinfin və ya məktəbin təhlükəsiz ətraf
mühitinin təminatı üçün zəruri əşyaları və yaxud işlərin siyahısını tərtib edirsə və bu
siyahıdan əldə edilməsini və ya həyata keçirilməsini qrupda başqalarının köməyi olmadan
yerinə yetirə biləcəyi bir neçəsini seçirsə;

Öz seçimini sinif yoldaşları ilə bölüşür və onu mövcud məhdudiyyətlərin və
alternativlərin müzakirəsi ilə əsaslandırırsa;

Fiziki sağlamlığın göstəricisi kimi qeyri-zorakılıq münasibətləri barədə mülahizə yürüdə
bilirsə;

Zorakılıq təhlükəsi hədələyən adamlarla münasibətdə onlara həmrəylik və şəriklik ifadə
edirsə;

“Əgər hamının yalnız hüququ olarsa və öhdəliyi olmazsa nə baş verərdi? Məsuliyyət
zəruridirmi və nəyə görə?” sinif diskussiyasında iştirak edirsə;

Şəxsiyyətin qanuna əməl etməyə nə üçün borclu olduğunu izah edə bilirsə; qeyri-qanuni
hərəkətlərlə müşayiət olunan təhlükələri sadalayırsa;

“Bizim firavanlığımız nədən asılıdır?” mövzusunda inşa yazırsa və onda müxtəlif
fənlərdən (məs.: tarix, coğrafiya, riyaziyyat, təbiətşünaslıq və s.) alınmış informasiyadan
və statistik analiz metodlarından istifadə etməklə öz mövqeyini əsaslandırırsa;

İnsan hüquqlarını, davranış standartlarının işlənib-hazırlanmış və razılaşdırılmış
əsaslarının müxtəlif miqyaslı cəmiyyətdə (məs.: ailə, məktəb, idman klubu, icma, ölkə və
s.) təhlil edə bilirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə, özünün yaşadığı məskəndə yeniyetmələr
tərəfindən tütün, alkoqol və narkotiklərdən istifadə etməklə müşayiət olunan təhlükələri
tədqiq edirsə; müvafiq statistik göstəriciləri Gürcüstan, qonşu ölkələr və dünya üçün
müzakirə edirsə; analiz əsasında istifadə olunması onun yaşadığı məntəqədə  mümkün
olan səmərəli preventiv tədbirlərin nümunələrini söyləyə bilirsə;

Silahlı münaqişə şəraitlərində ictimai təhlükəsizliyin müəyyənləşdirici amillərini saya
bilirsə; mübarizə aparan tərəflərin vəzifələrini formalaşdırırsa.
Mül.IX.7.  Şagird Gürcüstanın rəngarəngliyinin əsas xüsusiyyətlərini bir-biri
ilə əlaqələndirə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Gürcüstan əhalisində yayılmış cəmiyyətin rəngarəngliyinin xarakterik əlamətlərini
sadalaya bilirsə;

Öz məktəbinin və ya yaşadığı yerin nümunəsində cəmiyyətin rəngarənglik diaqramını
tərtib edirsə;

İnsani ləyaqətlərin, bərabərliyin və cəmiyyətin rəngarəngliyinin əlamətlərini bir-biri ilə
əlaqələndirə bilirsə;

Gürcüstan əhalisində müxtəlif əlamətlərə  əsasən çoxluq və azlığa bölünmə prinsipləri
barədə mülahizə yürüdə bilirsə (məs.: etnik, siyasi, iqtisadi, sosial, mədəni, dini və s.);

Gürcüstanın əhalisinin nümunəsində rəngarəngliyin bir neçə əlamətinə əsasən birləşmiş
(məs.: etnik, dil, dini və yaxud sosial, cinsi və yaş) qrupları təqdim edir;

Gürcüstanın hər hansı bir regionunu seçir, onun əhalisinin rəngarəngliyini əlamətlərinə
görə xarakterizə edirsə və mövcud rəngarəngliyin tarixi-coğrafi səbəblərini sadalaya
bilirsə.
Mül.IX.8.  Şagird cəmiyyətdə dinc yanaşı yaşamağın əsaslarını və şərtlərini
tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Sinif yoldaşları ilə birlikdə, özünün şəxsi müşahidələri əsasında hər hansı bir münaqişəli
halı seçir və oynaya bilirsə; onun nizama salınmasının mümkün yollarını müzakirə edirsə
(məs.: mənafelər mövqeyindən – danışıqlarla, qaydalar mövqeyindən – məhkəmə ilə və
ya başqa yolla);

Verilmiş hallar üçün ən səmərəlisini seçirsə və öz mülahizəsini əsaslandıra bilirsə;

Sinif yoldaşları ilə birlikdə dinc ətraf mühit üçün zəruri gündəlik davranışın dövlət
sənədlərini yaradırsa (məs.: buklet, plakat, yaddaş) və məktəbin özünüidarə orqanlarına
təqdim edirsə;

Doğma diyarında yayılmış ənənəvi və müasir iqtisadi fəaliyyətləri səmərəliyinə görə
müqayisə edə bilirsə; iqtisadi fəaliyyət sahəsini dəyişməyə səbəb olmuş amillər barədə
mülahizə yürüdə bilirsə;

Cəmiyyətdə ədalətlilik şərtlərini dinc yanaşı yaşamağın əsasları ilə əlaqələndirməyi
bacarırsa;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə