Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

İstiqamət: şəxsi inkişaf
Mül.IX.1. Şagird özünün şəxsi xüsusiyyətlərini, nailiyyətlərini və imkanlarını
təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İnsanın mövcudluğu üçün nə lazım olduğunu sayırsa və onları öz arzularına
uyğunlaşdırırsa; İnsanın tələbatların və arzularına əməl etmək yollarını saya bilirsə;

İnsanın hisslərini, emosiyalarını, xüsusiyyətlərini sadalayır və onları müsbət-mənfi
nöqteyi-nəzərdən qruplaşdırırsa;

Cəmiyyətdə tamdəyərlə yaşamaq üçün zəruri olan insanın özü ilə dünyaya gəlmiş və
sonradan qazandığı xüsusiyyətləri fərqləndirməyi bacarırsa;

Onun üçün məqbul şəxsi xüsusiyyətləri seçir və özü üçün onların inkişaf yollarını əks
etdirirsə;

Özünün güclü hisslərini idarə edirsə (məs.: vəcdə gəlmək, stress, apatiya, mürtəce və s.);

İnsani ləyaqəti izah edirsə, həyatdan misallar gətirirsə, bədii ədəbiyyatdan onun
tapdalanması və müdafiə olunması barədə misallar gətirirsə;

Diskussiya zamanı insan ləyaqətinə hörmət nümayiş etdirirsə (məs.: ona qarşı
yönəldilmiş fikri axıra qədər sakitcə, hisslərə qapılmadan dinləyir; şəxsi xüsusiyyətlər
barədə söhbətdən kənar öz mövqeyini müdafiə edir və ya başqasının fikrinə qarşı çıxırsa
və s.);

Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan ləyaqətinin ləkələndiyi və ya azadlığı
tapdalandığı situasiyasını oynayırsa; bu ləyaqətlərin əhəmiyyəti barədə öz fikrini söyləyir
və əsaslandırırsa; öz şəxsi hisslərini büruzə verə bilirsə (məs.: nə zaman ki, hiss edir, nə
başqasından üstündür və ya nə də pis, nə zaman  hiss edir ki,  ləyaqətlə davranır);

İmpulsiv davranış (“istəyirəm”) və onlar arasında könüllü davranış (“zəruridir”) arasında
fərq barədə mülahizə yürüdürsə, konkret misallar gətirirsə və əsaslandırılmış seçim
edirsə. Şəxsiyyət öz davranışına görə məsuliyyəti öz üzərinə götürdüyü hallarda və ya
belə etmədiyi təqdirdə bunları müzakirə edirsə, bunlardan hər hansı birinə dəlillərlə
tərəfdar çıxırsa;

Cəmiyyətin inkişafı üçün dəyərlərə əsaslanan şəxsi seçimin əhəmiyyətini
qiymətləndirirsə.
Mül.IX.2.  Şagird cəmiyyətdə öz yerini və əhəmiyyətini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Savadlılığı, nəzakətliliyi və intizamlılığı insanın və cəmiyyətin rifahı ilə əlaqələndirirsə,
cəmiyyətin inkişafı üçün/hərəkət qabiliyyətliliyi üçün onların rolunu və əhəmiyyətini
təhlil edirsə;

Cəmiyyətdə davranış motivlərini təhlil edirsə (məs.: cəzalanma qorxusu, mükafat/səmərə,
başqalarına xoş gəlmək/konformizm, qanunatabelilik, vicdanın səsi və s.) ;

Əxlaqi seçimi və davranışı cəmiyyətin təsiri ilə həyata keçirilmiş seçimdən və
davranışdan fərqləndirirsə;

Cəmiyyətin əsas dəyəri və insanın başlıca mühiti kimi ailə barədə mülahizə yürüdürsə.
Onda ailənin strukturu və funksional rollarını dəqiqləşdirirsə. Ailədə məsuliyyətlərin
bölünməsi məsələsini təhlil edir və özünün məsuliyyəti barədə mülahizə yürüdürsə;

Həm sinif və həm də məktəb icmasının üzvləri qarşısında özünün rolunu, funksiyalarını,
hüquqlarını, vəzifələrini və öhdəliklərini təsvir edə bilirsə;

Öz imkanlarına və maraqlarına müvafiq olaraq, məktəbin və sinfin həyatında düşünülmüş
və fəal iştirak edirsə (məs.: məktəb müsabiqələri və konfranslarında, sinfə və ya məktəbə
qayğı-sahiblik etməkdə və onları abadlaşdırmaq işində, şagirdlərin özünüidarəsi ilə
konstruktiv əməkdaşlıqda, məktəb komandalarında və ya onların tərəfdaşları klublarında
və s.);

Sinifdə, məktəbdə və cəmiyyətdə mövcud olan ümumi qaydalara əməl edirsə və ictimai
normalara hörmət göstərməyin əhəmiyyətini əsaslandırırsa;

İnsanın və cəmiyyətin qarşılıqlı asılılığı barədə mülahizə yürüdürsə, şəxsiyyətin və
cəmiyyətin mənafelərini fərqləndirməyi bacarırsa.
Mül.IX.3.  Şagird şəxsiyyətin inkişafı üçün peşəkarlığın əhəmiyyətini təhlil edə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

İnsanın tələbatlarının artdığı barədə müxtəlif nəzəriyyələrin müzakirəsində kiçik qrupla
birlikdə iştirak edirsə, qrup tərəfindən irəli sürülmüş və əhəmiyyətinə görə yerləşdirilmiş
insan tələbatlarının siyahısını sinfə tanış edirsə; Qrupun razılaşdırılmış mövqeyini
əsaslandırırsa;

Onun fikrincə, bir neçə nailiyyətli insanı sayırsa, onların nailiyyətlərinin şəxsi səbəblərini
müzakirə edirsə və onlardan peşəkarı ayıra bilirsə;

İnsanın peşəkarlığının xarakterik xüsusiyyətlərini sadalayırsa və onları insanın özü ilə
dünyaya gəlmiş və sonradan qazandığı xüsusiyyətlərlə əlaqələndirməyi bacarırsa;

Peşəkarlığın xarakterik xüsusiyyətlərini şəxsi xüsusiyyətlər və xarici amillərə əsasən
qruplaşdırmağı bacarırsa;



İnsanın peşəkarlığının şəxsi xüsusiyyətlərini bilik, qabiliyyət və əməyə münasibətə
əsasən qruplaşdırmağı bacarırsa;

Məsuliyyət hissinin peşəkarlıqla əlaqəsini və əhəmiyyətini əsaslandırmağı bacarırsa;

İnsan peşəkarlığının onun vəziyyətinə və cəmiyyətdə tanınmasına nə dərəcədə təsir
göstərdiyini dərk edirsə.
Mül.IX.4.  Şagird özünün gələcək fəaliyyətinin planını tərtib edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Karyera ilə əlaqədar öz məqsədlərini sadalaya bilər (məs.: təhsilli, varlı, sağlam, gözəl,
işsiz olmaq istəyirəm, təhlükəsiz yaşamaq arzusundayam və s.); onların reallaşması və
onlara nail olmaq yolları barədə fikirləşirsə; məqsədlərə nail olmağın yollarını müvafiq
vəzifələrlə əlaqələndirməyi bacarırsa;

Özünün imkanlarının və məqsədlərinin təhlili əsasında fəaliyyətin ehtimala əsasən
özünün gələcək fəaliyyəti ilə əlaqələndirdiyi sahəsini sadalayır;

Sinifdə öz həmfikirlərini aşkar edirsə, hansılarla ki, birlikdə gələcək peşə barədə
informasiya toplayır və onu müzakirə etdikdən sonra mini-layihə “Mənim gələcək
peşəm” layihəsini təqdim edirsə;

Müəllimin köməyi ilə, sinif yoldaşlarından ibarət qrupla birlikdə nəzərdə tutduğu, ona
peşə seçiminə kömək göstərəcək yollarını əks etdirirsə: informasiyanın axtarılması və
təhlilinin mərhələlərini, müddətlərini, istifadə olunma metodlarının (məs.,sorğu,
müsahibə, yerində tanış olma və s.) müəyyənləşdirilməsi;

Müəllimlə və həmfikir sinif yoldaşlarından ibarət qrupla birlikdə orta pillədə tədris
olunası seçmə fənləri müzakirə edirsə, müvafiq pedaqoqlarla əməkdaşlıq edirsə və
onların əhəmiyyətlərini dərk edirsə. Nəzərdə tutulan peşəyə yiyələnməkdə ona kömək
göstərəcək fənləri ayıra bilirsə;

Orta pillədə seçmə fənlərdən onun üçün maraqlı olanı və lazımi fənləri ayıra bilirsə; öz
seçimini əsaslandırmağı bacarırsa;

Öz imkanları və nailiyyətlərinin təhlili əsasında “Mənim gələcək karyeramı necə təsəvvür
edirəm” mövzusunda inşa yaza bilirsə (qarşıya qoyulan məqsədlər və onlara nail olmaq
yolları, arzuedilən və yankeçilməz hadisələr, onun düşüncəsinin cəmiyyətin maraqlarına
uyğunluğu); inşanı öz sinif yoldaşlarına təqdim edirsə.
İstiqamət: sabit inkişaf


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə